06.05.2011

"İşgəncə kralı" adlandırılan rəis müavini danışdı


Mətbuatda İctimai Palatanın 2 və 17 aprel mitinqlərində Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun aksiya iştirakçılarına qarşı şəxsən zorakılıq etməsi barədə məlumatlar dərc olunub. Rəis müavini barəsində “Yeni ”işgəncələr kralı" peyda olub" sərlöhvəli yazı da dərc olunub. S.Nemətov isə bu iddialara cavab verməyib. Dünən S.Nemətovla əlaqə saxlayıb barəsində yazılanlara aydınlıq gətirməyə çalışdıq.
"İşgəncə kralı" adlandırılan rəis müavini danışdı

- İctimai Palatanın 2 və 17 aprel mitinqləri zamanı tutulanların əksəriyyəti sizin onlara işgəncə verdiyinizi və bundan həzz aldığınızı deyirlər.

- Bunlara Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab verib. Mən də deyirəm ki, bu, özünümüdafiə, şər və böhtan xarakterli fikirlərdir, çalışqan polis zabitinə atılan ləkədir. Mən bunların hamısını təkzib edirəm, yalandır, böhtandır. Düşünürəm ki, onlar özlərini reklam edirlər. Mən belə düşünürəm.

- Bir foto yayılıb, həmin fotoda...

- İndi hər bir fotoda, sözünü kəsdiyim üçün bağışla, hər cür fotomontaj etmək mümkündür.

- Videolar da var axı?

- ...

- Mitinqlərdən sonra mətbuatda barənizdə “işgəncələr kralı” kimi ifadələr işlədilib. Buna münasibətiniz necədir?
"İşgəncə kralı" adlandırılan rəis müavini danışdı
- Bu, mənim üçün təhqirdir. Düşünən adam olsa, həmin sözü deməz. Həmin adamlar özlərini reklam üçün belə deyirlər.

- Deyirsiniz ki, çalışqan polis zabiti olduğunuza görə barənizdə belə deyirlər. Belə çıxır ki, digər polis zabitləri, əməkdaşları çalışqan deyil?

- Hamısı çalışqandır. Mənə niyə çaşdırıcı suallar verirsən?

- Sadə sualdır, nəyi çaşdırıcıdır?

- Onlar özlərini reklam edirlər.

- Mitinqçilər onları döyməyinizi, işgəncə verməyinizi deyib özlərini necə reklam edirlər?

- Güya ki, onlar döyülüb, işgəncə alıblar. Onlarla tam sivil qaydada, Azərbaycan qanunlarına uyğun olaraq davranılıb və bizim məhkəmə orqanları barələrində qanunamüvafiq tədbir görüb. Başqa sözüm yoxdur.
"İşgəncə kralı" adlandırılan rəis müavini danışdı
- Tutaq ki, hansısa müxalifətçi özünü reklam etmək üçün deyir ki, mitinqdə döyülmüşəm. Axı hər dəfə sizin adınızı niyə çəkirlər?

- İnanmayın onlara.

- Suallara konkret cavab verməməklə ortada olan iddiaları təsdiqləmiş olursunuz.

- Cəmiyyət onları yaxşı tanıyır, bilir ki, onlar bundan da artıq şər ata bilərlər. Ona görə susqunluqla qarşılayırıq dediklərini.
"İşgəncə kralı" adlandırılan rəis müavini danışdı
- Belə iddialar da var, mitinqçilərə divan tutmaqla, onları döyüb işgəncə verməklə Nəsimi Rayon Polis İdarəsinin və ya Bakı Şəhər Baş Polis İdarəsinin rəisi postunu tutmaq istəyirsiniz.

- Mən... Yox... Mən arzu edirəm ki, Şuşa, Xocalı, Laçın və digər işğal altında olan torpaqlarımız azad olunsun, orada polis şöbələrində ən aşağı rütbəli vəzifələrdən birində işləməyə hazıram.
Bundan sonrakı suallara S.Nemətov cavab verməkdən imtina edib dəstəyi asdı.

E.MƏMMƏDƏLİYEV
musavat.com

Комментариев нет:

Отправить комментарий