06.05.2011

İSRAİL SƏFİRİ AYAQQABI YAĞIŞINA DÜŞDÜ

İsrail rejiminin İsveçdəki səfiri Binyamin Daqan Stokholm universitetində dediyi mühazirəsi zamanı ayaqqabı atəşinə məruz qalıb, - "Haarets" qəzeti xəbər verir. Daqan İsrail rejimində qarşıdan gələn seçkilər barəsində danışdığı zaman zalda olan 50 nəfər əlinə keçənləri, o cümlədən ayaqqabılarını səfirə tolazlayıb. Qeyd edək ki, polis etirazın qarşısını alaraq iki nəfəri həbs edib. Aksiyada iştirak edən tələbələr bildiriblər ki, onlarda etiraz yaradan səbəb İsrail rejiminin Qəzzada törətdikləri cinayətlər və fələstinlilərə münasibəti olub. Xatırladaq ki, son vaxtlarda etiraz əlaməti olaraq ayaqqabı atılması iraqlı jurnalistin ABŞ adminstrasiyasının yeritdiyi siyasətə etiraz olaraq Amerikanın keçmiş prezidenti Corc Buşa öz ayaqqabılarını atmasından sonra xüsusilə məşhurlaşmışdı. Qeyd edək ki, ərəb dünyasında ayaqqabı atılması böyük təhqir əlaməti olaraq qəbul edilir.

Комментариев нет:

Отправить комментарий