06.05.2011

ƏRƏBİSTANIN HANSI ŞAHI FƏLƏSTİNİ SATIB

Son zamanlar ərəb medialarında bununla bağlı faktlar ortaya qoyulub



FaktXeber.com-un “Əl-Haras” jurnalına istinadən verdiyi məlumata görə, vaxtilə Fələstin torpaqlarını Ərəbistanın o vaxtkı kralı satıb.  Jurnal, tarixi sənəd kimi Ərəbistanın o zamankı kralı Əbdul-əziz bin Əbdurrəhmanın İngiltərənin xüsusi nümayəndəsinə, sözügedən mövzu ilə əlaqədar məktubunu dərc edib. Məktubda, Ərəbistan kralı heç bir qanuni haqqı olmadan İngiltərəyə belə yazır: “Mən, sultan Əbdul-əziz bin Əbdurrəhman Əs-səud böyük Britaniyanın xüsusi nümayəndəsi olan Ser Persi Koksa min dəfə bildirmişəm ki, mən Fələstin torpaqlarını yəhudlərə verilməsində heç maneə görmürəm. İngiltərə dövləti bununla bağlı hər hansı bir tədbir görməkdə ixtiyarlıdır. Mənim bu fikirim qiyamətə kimi belə olacaqdır və əsla dəyişməyəcəkdir.”
Qeyd edək ki, vaxtilə Fələstin torpaqları Osmanlı imperatorluğunun tabeliyində idi. Sonralar imperatorluq zəiflədikdə, İngiltərnin yardımı ilə hakimiyyətə gətirilimiş Səud tayfasından olan Əbdul-əziz bin Əbdurrəhman, İsrail rejiminin yaradılması məqsədilə İngiltərənin planının həyata keçirilməsində əsas rola malik olub. İngilislər Ərəbistan kralının köməyindən yararlanaraq, Fələstin torpaqlarını zorla Fələstinlilərdən alır və çox keçmir ki, İsrailə köçən yəhudilər bu diyarı özləri üçün müstəqil İsrail ölkəsi elan edir.


Комментариев нет:

Отправить комментарий