Fələstində təxminən 5 ildir davam edən daxili çəkişməni sona çatdıran Əl-Fəth və Həmasın razılığa gəlməsi, İsrailin xoşuna gəlməyib
FaktXeber.com-un verdiyi məlumata görə, bununla bağlı İsrailin baş naziri benyamin Netanyahu bəzi açıqlamalar səsləndirib. O, Fələstin Adminstrasiyasının rəhbəri Mahmud Abbasa, ''Həmasla razılaşmanı ləğv edib, İsraillə sülh yolunu seçməsi'' çağırışını edib. İsrail Baş Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu belə bir açıqlamanı, günortadan sonra Orta Şərq Dördlüsünün xüsusi nümayəndəsi Toni Bleyerlə görüşündə səsələndirib. Bundan əlavə İsrailin baş naziri, Fələstin Rəhbərliyi ilə Həmas arasındakı razılaşmanı, sülh müddətinə ''ağır bir zərbə'' kimi xarakterizə edib. Qeyd edək ki, 1967-ci ildən Fələstin torpaqlarını işğaı altında saxlayan İsrail, bu illər ərzində dəfələrlə Fələstinin qalan ərazilərinə hücum edərək minlərlə günahsız insan qanı axıdıb və daim sülh proseslərinin başladığı anda qarışıqlıq yaradaraq bölgədə müharibə küləkləri əsdirib. |
Комментариев нет:
Отправить комментарий