10.05.2011

"İsrailin siyasəti Şərqi Qüdsdə yaşayan 270 min fələstinlinin həyatına mənfi təsir edir"



FaktXeber.com-un verdiyi məlumata görə, BMT-nin Şərqi Qüdslə bağlı hesabatında İsrailin ünvanına təndiqlər yer alıb. Hesabatda İsrailin siyasətinin Şərqi Qüdsdə yaşayan 270 min fələstinlinin həyatına mənfi təsir etdiyi bildirilib.

Sənəddə İsrailin Şərqi Qüdsdəki sonradan məskunlaşanların haqq və hüquqlarını fələstinlilərdən daha öndə tutduğu vurğulanıb.

İqtisadi, sosial, səhiyyə və din baxımından mərkəz mövqeyində olan Şərqi Qüdsün digər Fələstin torpaqları ilə əlaqəsinin azaldılmağa çalışıldığı vurğulanan hesabatda bu bölgədə yeni yaşayış məskənlərinin inşasının da fələstinlilər arasında ayrılıq yaratdığı qeyd edilib.

Комментариев нет:

Отправить комментарий