17.05.2011

İstanbulda 150 milyon dollarlıq "Baku Plaza" oteli açıldı



image
Biznesmen Mübariz Mənsimova məxsus 7 ulduzlu otel Avropada birinci, dünyada isə ikinci sayılır

2003-cü ildə “Əl-Qaidə” terror təşkilatı tərəfindən partladılmış HSBC bankı bu gün İstanbulun ən bahalı otelinə dönüb. İstanbulun mərkəzində - Ləvənddə dəyəri 150 milyon dollar olan 7 ulduzlu “Baku Plaza” otelinin açılışına start verilib.
“Baku Plaza” həmyerlimiz Mübariz Mənsimovun növbəti uğurudur. Bu otel Avropada birinci, dünyada isə ikincidir. Otelin ən bahalı otağı 7500 avrodur. Otelin açılışına Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Türkiyənin digər rəsmiləri qatıldığı bildirilir.
Bu münasibətlə baş tutacaq konsertdə Türkiyənin məşhur müğənnisi Sezen Aksu, nüfuzlu Enbe orkestrı, müğənni Hadisə, habelə Rusiyadan dəvət olunmuş Nikolay Baskov iştirak edəcək. Otelin özəlliyi həm də orasındadır ki, dünya brendi olan otel özündə dörd dünya brendini birləşdirir. Bura “Edisson” otellər şəbəkəsi, dünya şöhrətli brend olan “Kipriani” italyan restoranı, “SPA” və “Formula -1” yarışlarının sahibinə məxsus “Bilyoner klub” daxildir.
Açılış iki gün davam edəcək. Açılış mərasimi Türkiyə kanalları ilə canlı nümayiş olunacaq.
ANS PRESS 

Комментариев нет:

Отправить комментарий