14.05.2011

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ (XX-XXVI yazı)

İbrahim Sel               Professional Oxucu Liqası

  XX yazı: Fasiləsiz şoklar silsiləsindən sonra əhalinin hədəf qrupu elə bir vəziyyətə düşür ki, bundan sonra onun üzvləri dəyişən şəraitdə seçim etmək arzusunda olmur

 Ginzberqin ən yaxın dostlarından olan Kenni Lav "Nyu-York Tayms" qəzetində beş səhifdə material dərc etdirdi. "Tavistok"un və "Stenford"un metodologiyası bunu deyir: əgər beyinlərin kifayət qədər yuyulmaması səbəbindən ictimaiyyətin bütövlükdə hələ qəbul edə bilmədiyi nə isə reklam olunmalıdırsa, onda bu məsələnin bütün aspektlərini açan məqalə sifariş etmək lazımdır. Başqa bir metod canlı efirdə televiziya tok-şousunun təşkil olunmasıdır ki, burada ekspertlər qrupu məhsul və ideyaları "müzakirə etmək" adı altında onları reklam edirlər. Şounun iştirakçıları müxtəlif nöqteyi-nəzərlər nümayiş etdirir, tərəfdarlar və əleyhdarlar lehinə və əleyhinə çıxış edirlər. Hər şey qurtaranda isə müzakirə olunan məsələ tamaşaçıların şüuruna möhkəm ilişmiş olur. Yetmişinci illərin əvvəllərində bu metod yenilik idi, bu gün isə çiçəklənən bütün tok-şouların standart praktikasına çevrilmişdir.
 Beləlikilə, Kenni Lavın LSD-ni və Ginzberqi tərifləyib göylərə qaldıran beş səhifəlik məqaləsi təxirəsalınmadan “Nyu-York Tayms” qəzetində dərc olundu. Əgər Ginzberq belə bir sahəni qəzetlərin reklam səhifələrində almağa cəhd etsəydi, bu ona 50 000 dollara başa gələrdi. Lakin narahat olmaq üçün Ginzberqin azcıq da olsa səbəbi yox idi; Ginzberq geniş reklamı dostu Kenni Lavın sayəsində tamamilə havayı əldə etdi. Komitet 300-ün nəzarəti altında olan “Nyu-York Tayms” və “Vaşinqton Post” kimi qəzetlərin köməyi ilə bu havayı reklam növü istəniən məsələ üçün tətbiq olunur, xüsusilə də əgər cəmiyyətə dekadent həyat tərzini– narkotika, gedonizm və ümumiyyətlə, Amerika xalqını həqiqi yolundan sapdıra biləcək istənilən şeyi sırımaq lazımdırsa. Ginzberq və LSD ilə bağlı ilk sınaq cəhdindən sonra Komitet 300 cəmiyyətə sırımaq istədiyi ideyalara və onları yayan adamlara yer ayırmaq tələbi ilə ABŞ-ın əsas qəzetlərinə müraciət etməyi adi praktikaya çevirdi.
 Bundan da pis olanı budur ki,– və yaxud da yaxşı olanı (bu, artıq, nöqteyi-nəzərdən asılıdır), -Ginzberqin və LSD-nin xeyrinə olan Kenni Lavın havayı reklamını “Yunayted Press” Mətbuat Agentliyi dəstəklədi və “xəbərlər” adı altında onu telekslə ölkənin hər yerindəki yüzlərlə qəzet və jurnala ötürdü. Hətta “Harpers Bazar” və “Taym” kimi sanballı jurnallar da Ginzberqi diqqətə və hörmətə layiq adam kimi təqdim etdi. Əgər belə bir ümummilli reklam Ginzberqə və LSD-ni yayanlara reklam agentlikləri tərəfindən təqdim olunsaydı, onda buna sərf edilən ümumi xərclər 1970-ci illərin qiymətləri ilə ən azı 1 milyon dollar təşkil edərdi. Bu gün isə bu qiymət 15-16 milyon dollardan az olmazdı. Əbəs yerə mütəfəkkirlər kütləvi informasiya vasitələrini “çaqqal” adlandırmırlar.
 Komitet 300 haqqında kitab yazmış Con Kelman göstərir ki: “Mən sizə elə bir kütləvi informasiya kanalı tapmağa cəhd etməyi təklif edirəm ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) haqqında materialları onun vasitəsilə ictimaiyyətə çatdırmaq mümkün olsun. Vaxtilə mən belə bir cəhd etmişdim. Mən özündə dünyada ən möhtəşəm fırıldağın inandırıcı dəlillərlə ifşasını əks etdirən məqaləmi bütün iri qəzetlərə, televiziya kanallarına, radiostansiyalara, jurnallara, eləcə də bir neçə tok-şounun aparıcılarına təklif etdim. Onlardan bəziləri ümidverici cavab verirdi– “bizə təqribən bir həftə vaxt verin və biz sizinlə əlaqə saxlayarıq”. Təbii ki, heç kəs mənimlə əlaqə saxlamadı, məqalə isə qəzet və jurnalların səhifələrində dərc olunmadı. Belə təəssürat yaranırdı ki, mənə və işıqlandırmağa cəhd etdiyim problemin üzərinə sükut pərdəsi çəkilmişdir və bu həqiqətən də belə idi”. Budur Amerikada mətbuat azadlığı adlanan ağ yalan!
 Kütləvi informasiya vasitələrinin qulaqbatıran isterikası və praktiki olaraq bütün gün ərzində edilən fasiləsiz reklam olmadan rok-musiqi və narkotiklərin hippi-bitnikçi kultu cəmiyyətdə heç vaxt ilişib qala bilməzdi; o marginal sayıqlama səviyyəsində olduğu kimi də qalardı, vəssəlam. “Bitlz” öz cingildəyən gitaraları, əbləh simaları, narkotika dəmli jarqonları və axmaq geyimləri ilə küçə təlxəkləri səviyyəsindən yuxarı heç vaxt qalxa bilməzdilər. Lakin bunun əvəzinə kütləvi informasiya vasitələrində “Bitlz” qrupunun reklamı “doymaq nöqtəsinə” çatır və bunun nəticəsində ABŞ bir-birinin ardınca mədəni şok yaşayırdı.
 Beyin mərkəzlərində və tədqiqat institutlarında gizlənən, adları və simaları yalnız çox dar dairəyə bəlli olan adamlar mətbuatın öz rolunu oynamasının qayğısına qaldı. Və əksinə, gələcək mədəni təlatümlərin arxasında duran qüvvələrin gizlin saxlanmasında kütləvi informasiya vasitələrinin mühüm rolu böhranın mənbəyinin heç vaxt aşkarlanmayacağına zəmanət verir. Beləcə, cəmiyyət psixoloji şok və gərginliyin köməyi ilə ağılsız vəziyyətə çatdırılmışdır. “Ağılsız vəziyyətə çatdırılanlar”– bu ifadə “Tavistok”un praktiki vəsaitlərindən əxz edilmişdir. 1921-ci ildə təvazökarlıqla başlayan “Tavistok” 1966-cı ildə Amerikada qüdrətli və dönməz xarakterli mədəni inqilab başlamağa hazır vəziyyətə çatmışdır və həmin inqilab indiyə qədər də qurtarmayıb. “Dolça sui-qəsdi”– bu, həmin inqilabın ayrılmaz tərkib hissəsidir.
 Hesab olunurdu ki, bu cür təsirdən sonra ölkə narkotiklərin, “quru qanun” epoxası ilə müqayisə oluna biləcək miqyasda yayılması üçün tamamilə yetişmişdir, özü də bunda çox böyük pulların qazanılması planlaşdırılırdı. Bu da “Dolça sui-qəsdinin” ayrılmaz tərkib hissəsi idi. Narkotiklərin yayıması “Tavistok”un Susseks Universiteti nəzdindəki “Elmi Siyasətin Tədqiqat Mərkəzi”ndə öyrənilən problemlərdən biri idi. Bura “Gələcəyin Şokları Mərkəzi” kimi tanınırdı– bu ad, təyinatı əhalinin bütöv qrupları ilə manipulyasiya etmək, onlarda “gələcəyin şoklarını” yaratmaq olan xüsusi psixologiyanın, “gələcəyə istiqamətlənən psixologiyanın” adıdır. Bura, Tavistokun yaratdığı bir neçə bu cür idarədən birincisi idi.
 “Gələcəyin şokları” özü ilə böyük sürətlə baş verən elə hadisələr silsiləsini təcəssüm etdirir ki, bu vaxt insan beyni informasiyanı dərk etmək iqtidarında olmur. Əvvəl də göstərdiyimiz kimi, elm nümayiş etdirmişdir ki, şüur dəyişikliklərin həm kəmiyyətinin, həm də onların təbiətinin dərk olunması cəhətdən dəqiq hüdudlara malikdir. Fasiləsiz şoklar silsiləsindən sonra əhalinin hədəf qrupu elə bir vəziyyətə düşür ki, bundan sonra onun üzvləri dəyişən şəraitdə seçim etmək arzusunda olmur. Onlar apatiyaya qərq olurlar ki, bu vəziyyətin ərəfəsində çoxsaylı mənasız –Los-Ancelesdə küçə müharibələrinə bənzər- zorakılıqlar, silsilə qətllər, zorlamalar və uşaqların oğurlanması kimi cinayətlər baş verir.
 Belə qrup asanlıqla idarə olunur və o istənilən əmrlərə müqavimətsiz tabe olacaq ki, bu cür təsirin məqsədi də məhz budur. “Elmi Siyasətin Öyrənilməsi Mərkəzi”nin müəyyən etdiyinə görə, “gələcəyin şokları” özü ilə “insan şüurunun düşünülmüş qərarların qəbul edilməsinə cavabdeh olan hissəsinin həddən artıq gərginləşməsi səbəbindən meydana çıxan fiziki və psixoloji sınmanı təcəssüm etdirir”. Bu– “Tavistok” jarqonudur və “Tavistok”un praktiki vəsaitlərindən əldə edilmişdir.
 Həddən artıq yüklənən elektrik şəbəkəsində qoruyucular necə yanıb-sıradan çıxırsa, eyni ilə insanlarda da “qoruyucular” yanır. Tibb hələ indi-indi bu sindromun dərk olunmasına yaxınlaşır, halbuki Con Roulinq Riz bu sahədə eksperimentləri hələ keçən əsrin iyirminci illərində keçirirdi. Müəyyən edilmişdir ki, “qoruyucular” təsir göstərilən hədəf qrupunda “yanmağa” hazırdır və bu qrupun üzvləri daim düşünülmüş seçim etmək zərurətindən qaçmağın vasitəsi qismində narkotik qəbul etməyə başlayır. Amerikalı “bit-nəsil” arasında narkotik bax, buna görə belə sürətlə yayılmışdı. “Bitlz”dan və havayı LSD dozalarından başlanan bir şey, bütün Amerikanı qərq edən narkotika sunamisinə çevrilmişdir.
 Narkotika ticarəti Komitet 300-ün ierarxiyasının ən yüksək səviyyələrinin nəzarəti altındadır. Bu ticarətə “Britaniya Ost-Hind Kompaniyası” başlamış və “Hollandiya Ost-Hind Kompaniyası” dərhal ondan nümunə götürmüşdü. Bu kompaniyaların hər ikisinə “300-lər Şurası” nəzarət edirdi. “Britaniya Ost-Hind Kompaniyası”nın üzvləri və səhmdarlarının adlarının siyahısı iki damcı su kimi Debretts perlərinin siyahısına oxşayır. Kompaniya “Çin Daxili Missiya”nı təsis etdi. Missiyanın vəzifəsi çinli kəndlilərdə və ya onların adlandırıldıqları kimi- kulilərdə tiryək çəkmək vərdişini yaratmaq olub. Bu iş tiryək üçün böyük bazar yaratdı və bu bazarı “Britaniya Ost-Hind Kompaniyası” ələ keçirdi.
 Komitet 300 “sosial narkotiklərin” Amerikanın gəncləri və Hollivud tusovkası arasında populyarlaşdırılması üçün oxşar tərzdə “Bitlz”ı istifadə etmişdi. Ed Sallivan İngiltərəyə, “Tavistok İnstitutu”nun ABŞ-a səfər edən ilk rok-qrupu ilə tanış olmağa göndərildi. Bundan sonra Sallivan elektron kütləvi informasiya vasitələri üçün qrupun “qablaşdırılması” və “təqdimatı” üzrə strategiyanı işləyib-hazırlamaq üçün Amerikaya qayıtdı. Ed Sallivanla elektron KİV-in tam birgə əməkdaşlığı olmadan publika “Bitlz”a və onların “musiqisinə” heç bir diqqət verməzdi. Bunun əvəzində ameriakanların milli həyatı və Birləşmiş Ştatların ruhunun özü dönməz olaraq dəyişdirildi.
 İndi yəqin sizə “Bitlz”ın narkotiklərin yayılması üzrə reklam kampaniyasının nə qədər müvəffəqiyyətli olduğu aydın olur. “Bitlz” üçün musiqinin və mətnlərin Teo Adornonun yazması faktı publikadan cidd-cəhdlə gizlədilirdi. “Bitlz”ın əsas funksiyası “tineycer”lərin (yeniyetmələr) onları “kəşf” etməsini təmin etmək idi. Bundan sonra “bitl musiqisi” aramsız sel kimi onların üzərinə ta o vaxta qədər axırdı ki, bu səslərin xoşlarına gəldiyi haqda onlarda möhkəm əminlik yaranır və bunun nəticəsində onlar həm bu musiqini, həm də onunla bağlı olan hər şeyi qəbul edirdi. Liverpul qrupu onlarla bağlı gözləntiləri tamamilə doğrultdu və “dostlarından gələn kiçicik köməklə” (bu ifadə onların mahnısından götürülmüşdür), başqa sözlə, narkotika adlandırdığımız maddələrin köməkliyi ilə “Tavistok İnstitutu”nun sifariş etdiyi nümunəni dəqiq təkrar edən amerikalı gənclərin bütöv yeni bir sinfini yaratdı.
 Tavistok aydın tanınan və  narkotiklərin yayılması üzrə fəaliyyət göstərməli olan “yeni tip” yaratdı. “Xristian missionerlərinin” “Çində Daxili Missiya”sı 1960-cı illərdə mövcud olan şəraitdə artıq işə yaramırdı. “Yeni tip”– sosioloji jarqondan əxz edilən ifadədir. Bu, “Bitlz”ın yeni sosial nümunələr yaratmağa müvəffəq olması deməkdir və bu “yeni tipin” əsas məqsədi narkotika istifadəsini, geyim və saç düzümündə yeni zövqləri populyarlaşdırmaq və gündəlik məişət səviyyəsinə çatdırmaq idi. Bütün bunlar gəncləri yaşlı nəsildən radikal surətdə fərqləndirməli idi- “Tavistok” məhz elə bunu planlaşdırılırdı.
 Tavistokun tətbiq etdiyi danışıq dilinin məqsədyönlü surətdə bölünməni meydana çıxarmasını qeyd etmək vacibdir. “Tineycerlərin” heç ağlına da gəlməzdi ki, onların can atdıqları bütün qeyri-ənənəvi “dəyərlər” İngiltərənin və Stenfordun beyin mərkəzlərində yaşı ötmüş alimlər tərəfindən böyük dəqiqliklə işlənib-hazırlanmışdır. Özlərinin “müsibət” adətlərinin və ifadələrinin yaşı ötmüş sosioloqlar qrupu tərəfindən xüsusi olaraq yaradıldığını bilsəydilər, onlar sarsılardılar!

  XXI yazı: Yaşlı nəsil anlamaq iqtidarında belə deyildi ki, onların övladlarının narkotikə otuzdurulması spontan proses yox, yuxarı dairələrin həyata keçirdikləri məqsədli siyasətin nəticəsi idl!


ХОРОШО ЗАБОТЯТЬСЯ : об урожае для русских потребителей
 Narkotiklərin milli miqyasda yayılmasında kütləvi informasiya vasitələrinin rolu fövqəladə dərəcədə mühüm olub və bu hazırda da belədir. Kütləvi informasiya vasitələri küçə bandalarının müharibələrini işıqlandırmağa qəfil son qoyanda həmin bandalar sosial fenomen kimi sadəcə yoxa çıxdılar- ardınca yeni "narkotiklər erası" gəldi. KİV həmişə "yeni meyllərin" katalizatoru qismində çıxış edib və o dövrdə onların diqqəti narkotiklər və onları yayanlar üzərində cəmləşmişdi. "Bitniklər nəsli"- bu, Tavistokun ABŞ-da sosial dəyişikliklərin həyata keçirilməsi səyləri çərçivəsində ixtira etdiyi növbəti bir ifadədir.
 Narkotiklərin istifadəsi Amerikada gündəlik həyatın tərkib hissəsinə çevrildi. Tavistokun işləyib-hazırladığı bu proqram milyonlarla gənc amerikalı tərəfindən qəbul edildi və yaşlı nəsil düşünməyə başladı ki, Amerika təbii sosial inqilaba məruz qalıb. Yaşlı nəsil bunu anlamaq iqtidarında deyildi ki, onların övladlarında baş verən dəyişikliklər spontan (hazırlıqsız, planlaşdırılmadan) proses yox, Amerikanın sosial və siyasi həyatını dəyişmək məqsədilə həyata keçirilən sırf süni təsirlərin nəticəsi idl!
 “Britaniya Ost-Hind Kompaniyası”nın varisləri narkotiklərin yayılması üzrə öz proqramlarının uğuruna heyran olmuşdular. Onların “himayəyə götürdükləri” (Amerikanın gənc nəsli) lizergin kislotasına (LSD) möhkəmcə “oturmuşdular”. LSD-ni isə Amerika gəncliyinə Oldos Haksli və qüdrətli bankir sülaləsi olan Varburqlar tərəfindən maliyyələşdirilən İsveçrənin hörmətli SANDOZ (farmasevtik) kompaniyası kimi narkoticarət patronları səmimi-qəlbdən təqdim edirdi. Yeni “möcüzə-narkotika” sınaq bağlamalarda bütün rok-konsertlərdə və kolleclərdə pulsuz paylanırdı. Qeyri-ixtiyari sual meydana çıxır, Federal Təhlükəsizlik Bürosu bəs bu vaxt nə işlə məşğul idi?
 “Bitlz”ın məqsədi tamamilə aydın oldu. Londonun ali cəmiyyətinə məxsus olan “Britaniya Ost-Hind Kompaniyası”nın varislərinın sərvətlərinə yeni milyardlarla dollar axmağa başlayanda onlar özlərini yəqin, əla hiss edirdilər. “Rok”un (bundan sonra biz bu sözü Adornonun iblisanə bədniyyətli musiqisini qısaca ifadə etmək üçün istifadə edəcəyik) gəlişi ilə narkotiklərin, xüsusilə də marixuananın istifadəsinin dəhşətli artımı qeydə alındı. Narkoticarət bütövlükdə “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin nəzarəti və idarəsi altında işə salındı.
 Bu Mərkəzə Liland Bredford, Kennet Damm və Ronald Lippert başçılıq edirdi. İnsanlarda “gələcəyin şoklarını” doğurmaq üçün onların yüksək ixtisaslı rəhbərliyi altında “yeni elmlər” üzrə xeyli mütəxəssis hazırlanmışdı. Bu cür “şoklardan” biri amerikalı tineycerlərdə narkotiklərin istifadəsinin kəskin artması idi. “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin konseptual işlər qismində müxtəlif hökümət agentliklərinə, o cümlədən də “Narkotiklərlə Mübarizə  Agentliyi”nə-hərçənd onu “Narkotiklərin Məcburi Tətbiq Olunması Agentliyi” adlandırmaq daha düzgündür- sırıdığı işçi təlimatlar onlara, Reyqan və Buş administrasiyasının guya apardığı “narkotiklərlə dağıdıcı müharibənin”- bunu isə “narkotik müharibə” adlandırmaq daha düzgündür- gedişini diqtə edir.
 Bütün bunlar Tavistokun konsepsiyaları əsasında yetişdirilən müxtəlif komitet və şuraların (onlar səmimi olaraq inanırlar ki, bu konsepsiyalar onların özlərinə məxsusdur), eləcə də “daxili hökümətin” Birləşmiş Ştatları idarə etməsi üçün bu gün istifadə olunan metodların prelüdiyası idi. Bu “naməlumlar” ABŞ-da mövcud olan dövlət idarəetmə formasını və həyatın keyfiyyətini həmişəlik dəyişdirəcək qərarlar qəbul edirlər. “Böhranlı adaptasiya” vasitəsilə amerikanlar elə bir dərəcədə dəyişmişlər ki, müasir amerikan cəmiyyətilə əllinci illərin amerikalıları arasında ortaq heç nə artıq qalmamışdır. Bundan başqa, amerikanları əhatə edən mühit dəyişmişdir.
 “Bizim dövrümüzdə ətraf mühit haqqında çox danışırlar. Bu vaxt əsas etibarilə yaşıl meşələr, duru çaylar və təmiz hava nəzərdə tutulsa da, bundan heç də az əhəmiyyətli olmayan başqa bir ətraf mühit də mövcuddur, konkret olaraq– narkotik ətraf mühit. Bizim həyat tərzimizin ətraf mühiti zəhərlənmişdir; bizim təfəkkürümüz zəhərlənmişdir. Öz taleyimizi idarə etmək qabiliyyətimiz zəhərlənmişdir. Biz təfəkkürümüzü elə bir dərəcədə zəhərləmiş olan dəyişikliklərlə üzləşmişik ki, ümumiyyətlə nə etmək lazım olduğunu bilmirik. “Dəyişikliklər mühiti” milləti eybəcər hala salır; biz vəziyyətə qətiyyən nəzarət edə bilmirik və bu hal narahatlıq və çaşqınlıq doğurur” (Con Kelman, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, “Sirli dünya”).
 Fərdi qərarlar əvəzinə xalq problemlərin həllini qruplar halında axtarır. Problemlərin həlli üçün fərdi resurslardan istifadə olunmur. Bunun əsas səbəbi narkotiklərdən istifadənin kəskin artmasıdır. Bütün bunlar “yeni elmlər” üzrə mütəxəssislərin və “sosial mühəndislərin” işləyib-hazırladıqları niyyətli strategiyanın nəticəsidir və bu xalqın ən zəif cəhətinə- hər kəsin özü haqqında təsəvvürlərinə, bizim öz özümüzü necə qəbul etdiyimizə tuşlanıb. Şüura bu cür təsir ona gətirir ki, xalq kəsilməyə aparılan qoyun sürüsünə bənzəməyə başlayır. Diqqət! Bizə təqdim olunan çoxsaylı variantlar arasında daim seçim etmək zərurəti psixikamızı artıq tükəndirmişdir və biz əvvəl–axır tam apatiyaya qərq olmuşuq.
 Geniş xalq kütlələri ilə manipulyasiya edənlər bədniyyətli adamlardır, biz isə bunu heç düşünmürük də. Bu xüsusilə də narkotika ilə ticarətə münasibətdə həqiqətdir və amerikanlar hazırda qüvvədə olan konstitusion dövlət quruluşu formasından imtina etməyə məcbur ediləcəyimiz keçid mərhələsindədirlər. Buş administrasiyası bu istiqamətdə nəhəng addım artıq atmışdır. Hər şeyin məhz bu cür olduğuna dəlalət edən bütün sübutlara baxmayaraq, inadkarcasına “Amerikada bu mümkün deyil” fikirləşən adamlar hələ qalsa da, faktdır ki, BU ARTIQ BAŞ VERMİŞDİR. Aramsız təzyiqlər nəticəsində amerikanlar müqavimət göstərmək iradəsindən tamamilə məhrum olmuşlar. Eynən bizdəki kimi, bəziləri “biz müqavimət göstərəcəyik”,– deyir, lakin real olaraq bunu çox az adam edəcək və onlar həmişə azlıqda olacaqlar.
 Narkotiklərlə ticarət bizim ətraf mühiti məkrli surətdə dəyişmişdir. Necə deyərlər, “narkotiklərə qarşı müharibə”– farsdır, onun (müharibənin) miqyasları elədir ki, “Britaniya Ost-Hind Kompaniyası”nın varisləri onu heç hiss də etmirlər. Kompüterləşməyə əlavə olaraq amerikanlarla birgə elə biz də, demək olar total “beyin yuyulmasına” məruz edilmişik– bizə sırınan dəyişikliklərə müqavimət göstərmək qabiliyyətindən tamamilə məhrum olmuşuq. Bütün bunlar daha bir “ətraf mühitin”,  hökümətlərin bunsuz öz oyunlarını oynaya bilmədikləri ŞƏXSİYYƏT ÜZƏRİNDƏ NƏZARƏT- bu, həm də şəxsi informasiya üzərində nəzarət adlandırılır- “mühitinin” formalaşdırılması deməkdir.
 Məsələ bu yerdədir ki, hökümətin sərəncamında onlar hansı informasiyanın olduğunu öyrənməyə amerikanların, sadə xalqın heç bir imkanı yoxdur. Hökümətin kompüter faylları ictimai nəzarət üçün tamamilə əlçatmazdır. Yəni, biz hələ də kütbeyincəsinə inanırıq ki, şəxsi informasiya toxunulmazdır? Yadda saxlayın– hər bir cəmiyyətdə artıq hüquq-mühafizə orqanlarını nəzarət altında saxlayan zəngin və qüdrətli ailələr var. Düşünməyin ki, bu ailələr bizim haqqımızda nəyi isə öyrənmək istəsələr, bunu edə bilməyəcəklər. Belə ailələr başqaları ilə müqayisədə Komitet 300-də daha çox yer tapan ailələrdir.
 Misal üçün, Kissinceri götürün. Onun şəxsi sərəncamında təkcə ABŞ-da yox, eləcə də bütün dünyada yüzlərlə və minlərlə adamın dosyesi var. Biz Kissincerin düşmənləri siyahısında varıqmı? Düşünürsünüz ki, bu sual barmaqdan sovurulub, ya da tavandan götürülüb? Əsla. “P-2” Mason Lojası və “Monte Karlo Komitəsi”ni götürün– onlar minlərlə insanın adı olan siyahılara malik idilər. Yeri gəlmişkən, Kissincer– onların arasındadır. Başqa “özəl” kəşfiyyat xidmətləri də var, məsələn, bir qədər aşağıda rastlaşacağımız İNTEL.
 Heroinin Avropaya çatdırılması kanallarından biri Monako knyazlığından keçir. Heroin Korsikadan bərələrlə gəlir ki, yay mövsümündə həmin bərələr Korsika və Monte Karlo arasında lap çox sayda reys edir. Bu vaxt nə yüklər, nə də sərnişinlər qətiyyən heç bir yoxlamaya məruz qalmır. Fransa ilə Monako arasında keşik çəkilən sərhəd olmadığından, narkotiklər, xüsusilə də heroin və yaxud qismən emal edilən tiryək Monakonun açıq sərhədlərindən sel halında keçərək, Fransadakı laboratoriyalara gəlir. Əgər təmiz heroin gəlirsə, onda narkotika birbaşa yayıcılara ötürülür.
 Qrimaldi ailəsi artıq bir neçə yüz ildir ki, narkotika qaçaqmalçılığı ilə məşğul olur. Ailənin yaxın tarixində baş verən epizodlardan birinə diqqət yetirək: tamah Knyaz Ranyeni rahat qoymur, o, narkotika qaçaqmalçılığından həddən ziyadə haqq almağa başlayır və üç ciddi xəbərdarlıqdan sonra belə bunu davam etdirir. Buna görə onun həyat yoldaşı Qreys “avtoqəzada” öldürüldü. Onun “Rover”ində əyləc sistemi elə nizamlanmışdı ki, hər dəfə əyləc pedalını basanda sistemdən müəyyən miqdarda yağ axıb gedirdi və beləliklə, avtomobil dağ yolunun kəskin döngələri olan ən təhlükəli hissəsinə çatanda əyləc sistemi artıq işləmirdi və avtomobil tam sürətlə uçuruma düşdü.
 Komitet 300-ün agentləri Knyaginya Qreysin öldürülməsi ilə bağlı həqiqəti ört-basdır etmək üçün mümkün olan hər şeyi etdilər. Onun avtomibili bu günə qədər də Fransa polisində saxlanılır, lakin ona hətta yaxınlaşmaq belə qadağandır.

 Komitet 300-ün nəzarəti altında olan narkotika ticarəti özündə bəşəriyyətə qarşı cinayət ehtiva edir. Lakin “Tavistok İnstitutu”nun illər uzunu fasiləsiz olaraq həyata keçirdiyi bombardmanların təsiri ilə cəmiyyət zəiflədiyindən narkotika ticarətini öhdəsindən gəlməyin mümkün olmadığını, “həddindən artıq böyük problem” hesab edərək, onları əhatə edən dəyişdirilmiş mühiti az və ya çox dərəcədə qəbul etmişik. Bu belə deyil.
 “Əgər biz bütöv bir milləti səfərbər edə bildiksə, milyonlarla amerikalı əsgəri qarışmalı olmadığımız müharibədə döyüşmək üçün hazırlayıb Avropaya göndərə bildiksə, əgər biz böyük və güclü dövləti məğlub edə bilmişiksə, onda biz İkinci Dünya Müharibəsinin taktikasından istifadə edərək narkotiklərlə ticarəti də məhv edə bilərik. İkinci Dünya Müharibəsinə müdaxilə edərkən həll edilməli olan təchizat və infrastruktur problemləri hətta bu gün də insanın təsəvvürünü heyran edir. Və bununla belə, o vaxt biz bütün problemləri müvəffəqiyyətlə həll edə bildik. Əgər belədirsə, onda sərəncamımızda daha müasir silah və texnika olduğu halda niyə dəqiq məlum olan, Almaniyadan qat-qat kiçik və daha zəif düşməni məğlub etmək mümkün deyil?” (Con Kelman, “Sirli dünya”).
 Narkoticarətin çiçəklənməsinin əsl səbəbi ondan ibarətdir ki, bu, dünyanın ən yüksək vəzifəli ailələrinin nəzarəti altında olan və vasitəsilə astranomik pullar qazanılan koordinasiya olunmuş nəhəng mexanizmin bir hissəsidir.
 1930-cu ildə Cənubi Amerikaya qoyulan Böyük Britaniya kapitalının həcmi, onun “dominionlarına” qoyulan kapitalı üstələdi. Böyük Britaniyanın xarici investisiyaları üzrə görkəmli mütəxəssis olan Qrexem bildirirdi ki, Böyük Britaniyanın Cənubi Amerikaya yatırdığı kapitalın həcmi “bir trilyon funt sterlinqi keçmişdir”. Xatırlayın, bu 1930-cu il idi və o vaxt bir trilyon funt sterlinq ağlasığmaz məbləğ idi. Cənubi Amerikaya belə nəhəng investisiyaların qoyuluşunun səbəbi nə idi? Bu investisiya qoyuluşunun yalnız bir səbəbi vardı- narkotiklər!

  XXII yazı: Narkotikin xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil etdiyi halda, distribütorlara kiloqramı 20 000 dollara satılır, son istehlakçıya çatanda isə bir kiloqramının qiyməti 50 000 dollara qədər yüksəlir
 
 Böyük Britaniya banklarına nəzarət edən plutokratiya pul cilovlarını əlində tutmuşdu və indi olduğu kimi, o vaxt da özünün çirkli biznesi üçün etibarlı pərdə (örtük) təşkil edirdi. Heç kim heç vaxt onların çirkli əllərindən tuta bilməyib. Əgər iş düzgün getməsə, bu halda həmişə onların günahı öz üzərinə götürən adamları olub və bu indi də belədir. O vaxt da, indi də narkotika ticarəti ilə əlqələr gizlin olub. Böyük Britaniyanın Komitet 300-ə daxil olan "əsl-nəcabətli" ailələrinin üzvlərinin üzərinə heç kim heç vaxt yüngülcə kölgə də sala bilməyib.
 Böyük əhəmiyyət kəsb edən məsələ budur ki, bu nəhəng imperiyaya Parlamentin yalnız 15 üzvü nəzarət edirdi; onların içərisində ən görkəmliləri Ser Çarlz Barri və Çemberlenin ailələri idi. Bu maliyyə superlordları əməliyyatları Argentina, Yamayka və Trinidad kimi yerlərdə keçirirdilər ki, buralar narkotika ticarəti sayəsində onlar üçün dibi olmayan qazanc mənbəyinə çevrilmişdi. Britaniyalı plutokratlar quldan azacıq yüksək pul ödəməklə bu ölkələrdə nifrətlə “buyerli” (ruscada “tuzemtsı”) adlandırdıqları adamlar saxlayırdılar. Karib hövzəsi ölkələrində həyata keçirilən narkotika ticarətində çoxları nəhəng varidat toplamışdı.
 Plutikratlar “Trinidad Leaseholds Limited” kimi kompaniyaların arxasında gizlənirdilər, lakin onların REAL MƏQSƏDİ həmişə narkotika olub və bu, indi də belədir. Biz heç olmasa bu nümunədə indi də bunu görə bilərik ki, Yamaykanın Ümumi Daxili Məhsulu (ÜDM) demək olar tam həcmdə qanca satışından (qanca– güclü təsirə malik marixuana növü) ibarətdir. Qanca ticarətinin mexanizmi David Rokfeller və Henri Kissincer tərəfindən “Karib hövzəsi təşəbbüsü” adı altında yaradılmışdı.
 Çində tiryək ticarəti ilə bağlı əsl həqiqət yaxın vaxtlara qədər tamamilə naməlum idi. Bu hadisə həmişə mümkün qədər məxfi saxlanılırdı. Çinlilərin tiryək çəkməyi nə üçün belə çox sevdiyi anlamağa çalışan ekspertlər belə əldə edilməsi mümkün olan ziddiyətli mənbələrə əsaslanaraq Çində əslində nə baş verdiyindən qətiyyən baş çıxara bilməzdilər. Əksəriyyəti düşünürdü ki, çinli fəhlələr sadəcə olaraq tiryəki bazardan alıb çəkir, ya da sayı minlərlə olan tiryəkxanadan birinə gedir və öz dəhşətli həyatlarını bu yolla müvəqqəti də olsa unudurdular.
 Həqiqət isə ondan ibarətdir ki, Çinə tiryəkin gətirilməsində Britaniya inhisara malik idi. Bu, Britaniya hökümətinin RƏSMİ inhisarı və Britaniyanın rəsmi siyasəti idi. Çində həyata keçirilən Hind-Britaniya tiryək ticarəti ən ciddi sirrlərdən biri idi. Onun ətrafında “Hindistan xəzinələri”, Redyar Kiplinqin gözəl qələmə aldığı kimi, Britaniya ordusunun “İmperiyanın” şərəfinə göstərdiyi şücaətlər haqqında boş əfsanələr və hekayələr, eləcə də viktorian İngiltərəsində yüksək cəmiyyətin qonaq otaqları üçün gətirilən Çin çayı yükü ilə okeanlarda şütüyən “çay klipperləri” haqqında nağıllar qoşulurdu. Gerçəklikdə isə Britaniyanın Hindistanı işğal etməsi və Britaniyanın Çində apardığı “Tiryək Müharibələri” Qərb sivilizasiyasının tarixinin ən qaranlıq səhifələrindəndir.
 Britaniyanın hökmranlığı dövründə Hindistanın gəlirlərinin demək olar 13 %-i Britaniyanın nəzarəti altında Çində fəaliyyət göstərən tiryək yayıcılarına satılan yüksək keyfiyyətli Banqladeş tiryəkindən əldə olunurdu. Müasir “Bitlz” kimi, “Çin Daxili Missiya”sı tiryəkin kasıb çinli fəhlələr (onlar bu adamları kuli adlandırırdılar) arasında istifadəsini dəbə mindirmək istiqamətində çox böyük iş gördü. Eynilə ABŞ-da narkoman-yeniyetmələr kimi, bu narkomanlar da öz-özünə havadan meydana gəlməmişdi. YADDA SAXLAYIN: HƏM BUNLARİ, HƏM DƏ ONLARI MƏQSƏDYÖNLÜ SURƏTDƏ TƏRBİYƏ ETMİŞDİLƏR. Çində əvvəl tiryək bazarı yaradılmış və bundan sonra bu bazar Banqladeşdə istehsal edilən tiryək ilə doldurulmuşdu. Eyni qaydada ABŞ-da da marixuana və LSD bazarı əvvəl yuxarıda göstərilən metodlarla yaradılmış, sonra da britaniyalı plutokratlar və onların amerikalı qohumları Böyük Britaniya bank isteblişmentinin superlordlarının köməyi ilə bu bazarı tutmuşdular.
 Gəlirli narkotika ticarəti– bu, insanların bədbəxtliyində pul qazanmağın ən pis nümunələrindən biridir. Başqa bir nümunə- bu, Rokfellerə məxsus olan, lakin əsas kompaniyaları İsveçrədə, Fransada və Böyük Britaniyada fəaliyyət göstərən və “Amerika Səhiyyə Assosiasiyası” tərəfindən tam şəkildə dəstəklənən farmasevtik kompaniyalar tərəfindən əsas etbarilə ABŞ-da həyata keçirilən narkotiklərin leqal satışıdır. Dopinq və narkotiklərlə aparılan çirkli sövdələşmələrin verdiyi pullar London Sitisindən, eləcə də Honkonqdan, Dubaydan və İsrailin Livana daxil olması sayəsində yaxın vaxtlardan bu ölkədən axır.
 Bütün bunları şübhə altına alanlar da tapılacaq. Onlar deyəcəklər: “Faynenşl Tayms” qəzetindəki işgüzar məqalələrə baxın və deməyin ki, bütün bunların narkotika ticarətinə aidiyyatı var”. ƏLBƏTTƏ VAR, lakin düşünməyin ki, İngiltərənin əsl-nəcabətli lordları və lediləri bu faktı reklam edəcəklər. “Britaniya Ost-Hind Kompaniyası”nı xatırlayırsınızmı? Rəsmi olaraq onun bütün biznesi çay ticarətindən ibarət idi!
 Londonun “Tayms” qəzetinin Böyük Britaniya publikasına bunu deməyə heç vaxt cəsarəti çatmayıb ki, çay ticarətində NƏHƏNG GƏLİR qazanmaq mümkün deyil. Eyni ilə bu parlaq qəzet Londonun feşenebelli klublarında vaxt keçirən və ya “Kral Vindzor Klubu”nda polo oynayanların cidd-cəhdlə həyata keçirdikləri tiryək ticarəti və yaxud da İmperiyaya xidmət etmək üçün Hindistana yollanan zabit-centlemenlərin öz maaşlarını İSTİSNASIZ olaraq tiryəkə vərdiş etdirilən milyonlarla çinli kulinin dərdi bahasına əldə olunan böyük gəlirlərdən alması haqqında heç kəkələyə də bilməzdi.
 Tiçarəti məşhur “Britaniya Ost-Hind Kompaniyası” (bundan sonra BOHiK) həyata keçirirdi. BOHiK-in ABŞ-ın siyasi, dini və iqtisadi işlərinə bezikdirici müdaxiləsi 200 il ərzində dünyaya baha başa gəlib. Kompaniyanın üç yüz üzvü qalan bütün bəşəriyyətdən bir pillə yuxarıda dururdu. Onların qüdrəti elə əzəmətli idi ki, lord Bertran Rassel bununla bağlı belə demişdi: “Allahın göylərdə problemi meydana çıxanda, onlar Allaha da məsləhət verə bilərdi”. Ötən illər ərzində nəyin isə dəyişdiyini ehtimal etməyinə dəyməz. Komitet 300-ün üzvləri EYNİLƏ HƏMİN MÖVQENİ TUTUBLAR və bax buna görə də onlar tez-tez özlərini “Olimpiyaçılar” adlandırırlar.
 Bir müddət sonra “Britaniya Ost-Hind Kompaniyası”na Britaniya taxt-taçı, yəni, kral ailəsi də qoşuldu. Taxt-tac, necə deyərlər, “daşınma rüsumları” vasitəsilə, yəni, Kompaniyanın ixracına nəzarət etməklə BOHiK-i Banqladeşdə, eləcə də Hindistanın başqa yerlərində tiryək istehsalı işində istifadə edirdi. Başqa sözlə, taxt-tac dövlət orqanlarında tələb olunan şəkildə qeydiyyata alınan tiryək istehsalçılarından və Çini tiryək ilə təchiz edənlərin hamısından vergi tuturdu.
 Ticarətin hələ “qeyri-leqal” olduğu –bu söz tiryək istehsalçılarından daha çox pul qoparmaq üçün istifadə olunurdu- 1896-cı ilə qədər ticarəti dayandırmaq üçün kiçicik belə cəhd də edilmirdi; Hindistandan çox böyük həcmdə tiryək “çay klipperlərində”- yelkənli gəmilər, onların Hindistan və Çindən London birjalarına guya çay daşıdıqları haqda əfsanə və rəvayətlər qoşulmuşdur -daşınmışdı.
 Kompaniyanın lordları və lediləri o dərəcədə qudurmuşdilar ki, onlar ABŞ-da Vətəndaş Müharibəsi dövründə bu ölümcül maddəni İttifaqın və Konfederasiyanın ordularına ağrıkəsici vasitə adı altında satmağa da cəhd etmişdilər. Onların planının baş tutacağı təqdirdə nə baş verə biləcəyini təsəvvür etmək çətin deyil! Yüz minlərlə əsgər tiryək dəminə aludə olub döyüş meydanını tərk edərdi. Bir müddət sonra isə “Bitlz” milyonlarla yeniyetmə və gənc insanın narkomana çevrilməsində daha böyük uğur qazandı.
 Bədbəxt çinli kulilərə tiryək satışından “Britaniya Ost-Hind Kompaniyası”nın seyflərinə axan nəhəng pul məbləğləri banqladeşli tacirləri, onların britaniyalı nəzarətçilərini və bankirləri piyləndirib azğınlaşdırmışdı. BOHiK-in hətta həmin illərdəki qazancı belə “Ceneral Motors”, “Ford” və “Kraysler” kompaniyalarının çiçəkləndikləri dövrdəki birgə qazancından çox idi. 1960-cı illərdə narkotika istehsalından nəhəng gəlir götürülməsi işi LSD-nin istehsalçısı “Sandos”, valiumun istehsalşısı “Hoffman la Roş” kimi narkotik ölümün “leqal” tacirləri tərəfindən davam etdirilmişdi. “Hoffman la Roş” kompaniyası üçün valiumun xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil edir. Kompaniya məhsulunu distribütorlara kiloqramı 20.000 dollara satır. Valium son istehlakçıya çatanda bir kiloqramının qiyməti 50.000 dollara qədər yüksəlir. ABŞ-da və Avropada valium çox böyük həcmlərdə istifadə olunur. Ola bilsin ki valium dünyada bu növdən olan ən geniş yayılan narkotikdir.
 “Hoffman la Roş” eyni şeyi “C” vitamini ilə də edir. Belə ki onun istehsal xərcləri bir kiloqram məhsul üçün bir sentdən də ucuzdur. Vitamin “C” 10.000 % gəlirlə satılır. Avropa İqtisadi Birliyinin qanunlarına zidd olaraq digər istehsalçılarla inhisar sövdələşməsinə girən bu cinayətkar kompaniya ilə bağlı bir araşdırmaçı həyacan təbili vurunda onu İsveçrə-İtaliya sərhəddində tutdular və türməyə saldılar. İsveçrə polisi onun həyat yoldaşını hədə-qorxularla intihara çatdırdı. Onun vəziyyəti haqda məlumat alınandan dərhal sonra o, Böyük Britaniyanın təbəəsi kimi, Böyük Britaniyanın Berndə konsulu tərəfindən xilas olundu; onu azadlığa buraxdılar və ölkədən sürgün etdilər.
 O, “Hoffman la Roş” kompaniyasının sirrlərini açmağa cəsarət etdiyinə görə öz həyat yoldaşını və təqaüdünü itirdi. İsveçrəlilər sənaye cəsusluğu haqqında öz qanunlarına çox ciddi əməl edirlər...
 İsveçrə dağlarının xizək cığırlı yamacları, gözəl keşikçiləri, bakirə dağları və bahalı saatları ilə bağlı al-əlvan reklam prospektlərini görəndə bütün bunları yada salın. Əsl İsveçrə bütün bunlarda deyil. Əsl İsveçrə- ən iri İsveçrə bankları tərəfindən həyata keçirilən saysız milyardlarla çirkli dollarların yuyulması, Komitet 300-ün bayrağı altında “leqal” narkotika istehsalıdır. İsveçrə- qlobal fəlakət dövründə onların pulları və gövdələri üçün əsas “sığınacaqdır”.
 Bu mənfur fəaliyyətlə bağlı istənilən informasiyanın açılması üçün böyük xoşagəlməs hadisələrə düçar qalmaq olar. İsveçrə bunu “sənaye cəsusluğu” kimi nəzərdən keçirir və buna görə beş illik müddətə türmə nəzərdə tutulur. Jurnalistlər üçün daha təhlükəsiz olanı budur ki, İsveçrənin çirkli bank mətbəxinə nəzər salmağa cəhd etmək əvəzinə, onu gözəl təmiz ölkə kimi qəbul etdiyini göstərəsən.
 1931-ci ildə Böyük Britaniyanın “Böyük beşlik” adlandırılan kompaniyasını idarə edən direktorlar narkopulların yuyulması işində fəaliyyətləri müqabilində İngiltərənin Peri adına layiq görüldülər. Bu qərarı kim çıxartmışdı və onları bu şərəfə kim layiq görmüşdü? Dünya narkoticarətində həlledici mövqe tutan həmin şəxslərə bu iltifatı İngiltərənin kraliçasının özü göstərmişdi. Bu dəhşətli biznesdə iştirak edən Böyük Britaniya banklarının siyahısı burada göstərilmək üçün çox böyükdür, lakin onlardan ən mühümlərinin bir neçəsinin adını çəkmək lazımdır: Britaniya Yaxın Şərq Bankı, Midland Bank, Milli Vestministr Bankı, Barklayz Bank, Kanada Kral Bankı, Honkonq və Şanxay Bank Korporasiyası, Berinq Qardaşlarının Bankı.

  XXIII yazı: Siqaret istehsalında istifadə olunan kağıza əvvəlcə tiryək hopdurulur, siqaret çəkənlər bax buna görə öz vərdişlərinə belə bərk bağlıdırlar

 Kommersiya banklarının bir çoxu qulaqlarına qədər narkoticarət çirkabına batıblar. Məsələn, Ser Coselian Hambronun rəhbərlik etdiyi "Hambros" bankını göstərmək olar. Çində tiryək ticarətinin həqiqətən də maraqlı və ətraflı öyrənilməsi üçün Londonda yerləşən "Hindistan Ofisi"nə daxil olmağa imkan əldə etmək vacibdir. Kəşfiyyatda xidmət etməyim sayəsində mənə bura daxil olmaq və sənədlərin səlahiyyətli qoruyucusu, mərhum professor Frederik Uells Uilyamsondan böyük kömək almaq müyəssər oldu. O, "Britaniya Ost-Hind Kompaniyası"nın XVIII və XIX əsrlərdə Hindistanda və Çində apardığı tiryək ticarəti ilə bağlı mənə çoxlu informasiya verdi. Əgər bu sənədləri dərc etdirmək mümkün olsaydı, Avropanın taxt-tac sahibi olan əfilərin başları üzərində necə də tufan qopardı.
 Hazırda narkoticarət bu planda bir qədər dəyişmişdir ki, Şimali Amerika bazarının əhəmiyyətli hissəsini o qədər də bahalı olmayan kokain tutmuşdur. 60-cı illərdə Honkoqdan, Livandan və Dubaydan gələn heroin seli ABŞ-ı və Avropanı qərq etmək təhlükəsi yaratmışdı. Bir müddət sonra tələb təklifi üstələyən vaxt kokainə keçmək qərara alındı. Lakin indi, 1991-ci ilin sonlarında əks tendensiya müşahidə olunur; nisbətən aşağı təminatlı təbəqələrdə kokain ağlasığmaz populyarlıq qazanmış olsa da, bu gün birinci yerdə yenə də heroindir.
 Deyilənə görə, narkomanları heroin daha çox qane edir; onun təsiri kokainə nisbətən daha güclüdür və daha uzun müddət davam edir, digər tərəfdən, heroin istehsalçılarına beynəlxalq diqqət də Kolumbiya kokain kartellərinə olduğu kimi böyük deyil. Eynilə bu da az ehtimal olunur ki, Çin ordusunun nəzarəti altında olan “Qızıl üçbucaqda” tiryək istehsalına son qoyulması üçün ABŞ real səylər göstərmiş olsun. Əgər hər hansı bir ölkə tiryək ticarətinə mane olmağa çalışsa, ciddi müharibə baş verə bilər. Tiryək ticarətinə ciddi hücum Çinin hərbi müdaxiləsinə səbəb ola bilərdi.
 Britaniyalılar bunu bilir; “kökənin” daha böyük hissəsinin kimə çatacağı ilə bağlı təsadüfi deyişmələr nəzərə alınmasa, britaniyalılar Çinlə heç vaxt küsüşmürlər. Böyük Britaniya artıq iki yüz ildən çoxdur ki, Çində tiryək ticarətində iştirak edir. Heç kəs bu dərəcədə axmaq olmayacaq ki, britaniyalı oliqarxların hesablarına milyonlarla və milyardlarla dollar axdığı, eləcə də London və Nyu-York birjalarında birlikdə satılan qızıldan çox qızılın Honkonq bazarında satıldığı bir vaxtda qayığı yırğalasın.
 “Qızıl üçbucağın” ərazisindəki təpələrdə çinli və ya birmalı xırda narkotika alverçisi ilə hər hansı bir razılığa gələ biləcəyini səmimi olaraq düşünən insanlar, görünür bütün bunların arxasında nəyin durduğunu qətiyyən təsəvvür etmirlər. Əgər onlar bunu bilsəydilər, onda tiryək ticarətinə son qoyulması barədə heç kəkələməzdilər də. Bu mövzu ətrafında söhbətlər yalnız Çində tiryək ticarətinin miqyasları və xarakteri barədə heç bir məlumatın olmadığını nümayiş etdirir. Böyük Britaniyalı plutokratlar, rus KQB-si, MKİ və ABŞ bankirləri– hamı Çinlə əl-ələ verib işləyir. Kim isə bu ticarəti saxlaya və ya heç olmasa ona xırdaca bir xələl gətirə bilərmi? Bunu təsəvvür etmək absurd olardı.
 Heroin nədir və bu gün ona kokainə nisbətən nə üçün daha çox üstünlük verirlər? Bu məsələdə görkəmli nüfuz sahibi olan professor Qalenə görə, heroin– bu, tiryəkdən alınan, hissləri kütləşdirən və uzunmüddətli yuxu doğuran narkotikadir. Narkomanların əksəriyyəti də məhz elə bunu sevir, bu, “Morfeyin ağuşunda olmaq” adlandırılır. İnsana məlum olan qalan bütün narkotiklərə nisbətən tiryək daha tez vərdiş doğurur. Bir çox farmasevtik vasitələrdə müxtəlif dərəcədə tiryək istifadə olunur və hesab edilir ki, siqaret istehsalında istifadə olunan kağıza əvvəlcə tiryək hopdurulur. Siqater çəkənlər bax buna görə öz vərdişlərinə belə bərk bağlıdırlar.
 Tiryəkin alındığı lalə toxumu Hindistan Moqollarına lap çoxdan məlum idi. Onlar bunu çayla qarışdırır və çətin həmsöhbətlərə təklif edirdilər. Bu bitki həm də xloroform və digər anestetikləri geniş surətdə əvəz edərək, keçmiş dövrlərin ağrıkəsici vasitəsi kimi istifadə olunurdu. Tiryək viktorian Londonunun feşenebelli klublarının hamısında populyar idi və sirr deyildir ki, Haksli qardaşları onu intensiv istifadə edirdi. Elladanın orfik-dionisiya kultlarının və viktorian cəmiyyətinə daxil olan Ptolomey Misirində Ozaris-Qor kultunun üzvləri, hamı tiryək çəkirdi, çünki “belə qəbul edilmişdi”.
 Bizim hansı dünyada yaşamalı olduğumuzla bağlı qərar qəbul etmək üçün 1903-cü ildə “Müqəddəs Ermin” hotelində toplaşanlar da eyni şeyi etmişdi. “Müqəddəs Ermin” hotelində keçirilən yığıncaqda iştirak edənlərin nəsillərinin davamçılarını biz indi Komitet 300-də tapa bilərik. Məhz bu üzdəniraq liderlərin ətraf mühitdə doğurduqları dəyişikliklər narkotiklərin yayılmasını elə bir həddə çatdırmışdır ki, hüquq-mühafizə və güc orqanlarının adi metodlarının köməyi ilə bu gün bunun qarşısını almaq artıq mümkün deyil. Bu hal xüsusilə də böyük şəhərlərin gerçəkliyidir, çünki böyük əhali sıxlığının hökm sürdüyü iri şəhərlərdə nəyin baş verdiyini gizlətmək daha asandır.
 Kral dairələrində bir çox insan mütəmadi qaydada tiryək çəkirdi. Favoritlərdən biri yazıçı Kudenxouv-Kalergi idi. O, 1932-ci ildə, özündə dünyanın orta əsrlər dövrünə qaytarılması proqramını ehtiva edən “TEXNOLOGİYA VASİTƏSİLƏ İNQİLAB” kitabını yazmışdı. Bu kitab faktiki olaraq Komitet 300-ün ABŞ-dan başlamaqla ümumdünya deindustrializasiyası üzrə planları üçün işçi material oldu. Əhali artımının ciddi problem olduğunu bəyan edən Kalergi “açıq məkanlar” adlandırdığı həyata qayıtmağı məsləhət görür. Məgər bu, “Qırmızı kxmerlərin” və Pol-Potun irəli sürdüklərinə bənzəmir? Budur, həmin kitabdan bir neçə hissə:
 “Gələcəyin şəhəri öz infrastrukturu ilə Orta Əsrlərin şəhərini xatırladacaq,.. və öz peşəsinə görə şəhərdə yaşamaq qismət olmayan adamlar köçüb kənd yerlərində yaşayacaq. Bizim sivilizasiya– bu, böyük şəhərin mədəniyyətidir; buna görə də sivilizasiya özü ilə, öz iradəsi və ya özündən asılı olmayan səbəbdən həyatın bu dalanına düşən degenerativ, xəstəhal və səviyyəsiz adamlar tərəfindən yaradılmış “bataqlığı” təcəssüm etdirir”.
 Bu, “Ankarvat”ın verdiyi, “onun”  Pnom Pen əhalisini ixtisar etmək üçün irəli sürdüyü əsaslandırma ilə eyni səslənmir.
 İlk tiryək partiyaları İngiltərəyə 1683-cü ildə Benqaliyadan “Britaniya Ost-Hind Kompaniyası”nın “çay kliperlərində” gətirilmişdi. İngiltərəyə tiryəki sınaq üçün, eksperiment qismində, sadə xalqı– kəndliləri və aşağı sinifləri bu narkotikə öyrəşdirməyin mümkün olub-olmadığını yoxlamaq üçün gətirmişdilər. Bizim dövrümüzdə bunu yeni məhsulun “sınaq marketinqi” adlandırırlar. Lakin ingilis kəndlisinin və “aşağı siniflərinin” möhkəm qoz olduğu aydın oldu və sınaq marketinqi ilə bağlı eksperiment tam iflasa uğradı. Britaniya cəmiyyətinin “aşağı sinifləri” tiryək çəkməyi qətiyyətlə inkar etdi.
 Londonun yüksək cəmiyyətinin plutokratları və oliqarxları daha üzüyumşaq və həssas satış bazarı axtarmağa başladılar. Belə bir bazarı onlar Çində tapdılar. “Hindistan Ofisində” “Digər qədim qeydlər” şöbəsindəki sənədlərdə Çində tiryək ticarətinin “Britaniya Ost-Hind Kompaniyası” tərəfindən maliyyələşdirilən “Çində Daxili Missiya”nın yaradılmasından başlandığını təsdiq edən bütün sübutlar var. Bu Missiya özü ilə zahirən xristian missionerlərin cəmiyyətini təcəssüm etdirirdi, lakin gerçək işdə onlar bazarda yeni məhsulu, yəni TİRYƏKİ yaymaqla məşğul olan “reklam agentləri” idi. “Çində Daxili Missiya”nın missionerləri sınaq paketlərini paylamağa və kulilərə tiryəki necə çəkmək lazım olduğunu başa salmağa başlayandan bir qədər sonra bu narkotikin böyük partiyaları Çinə yayılmağa başladı. Heç “Bitlz” da bu məsələnin öhdəsindən bundan yaxşı gələ bilməzdi (Hər iki halda narkoticarət, “Bitlz”ı açıq dəstəkləyən Britaniya Kral ailəsinin sanksiyası ilə həyata keçirilirdi!). “Britaniya Ost-Hind Kompaniyası”nın İngiltərə ilə bağlı planları iflasa uğrasa da, milyonlarla yoxsulun özünün aciz və çıxılmaz vəziyyətindən müvəqqəti də olsa qaçmaq üçün tiryək çəkməkdə bir vasitə tapdığı Çində bu planlar tam uğur qazandı.
 Tiryək pritonları Çinin hər yerində göbələk kimi artmağa başladı. Şanxay və ya Kanton kimi böyük şəhərlərdə yüz minlərlə yoxsul çinliyə tiryək çəkəndən sonra belə gəlirdi ki, həyat o qədər də dözülməz deyil. Çin höküməti baş verənləri özü üçün aydınlaşdırana qədər “Britaniya Ost-Hind Kompaniyası” 100 il ərzində tam fəaliyyət azadlığına malik olub. Tiryək çəkməyi qadağan edən ilk qanunlar Çində yalnız 1729-cu ildə qəbul olunmağa başladı. BOHK-in İdarə Heyətinin üç yüz üzvü bundan xoşhal olmamışdı və Kompaniya tezliklə Çin höküməti ilə açıq qarşıdurmaya başladı.
 Bütünlüklə britaniyalıların nəzarəti altında olan Hindistanın Qanq çayı hövzəsindəki Benares və Bixarenin lalə plantasiyalarında “Britaniya Ost-Hind Kompaniyası” yüksək keyfiyyətli tiryək verən lalə növlərini yetişdirdi. Hindistanın digər vilayətlərində yetişdirilən aşağı keyfiyyətli tiryək ucuz olduğu halda, bu tiryək ən yüksək qiymətə satılırdı. Bu, çox yüksək gəlirli bazarı əldə saxlamaq üçün Britaniya taxt-tacı Çin ordusuna qarşı hərbi əməliyyatlara başladı və onları məğlub etdi. Analoji olaraq Amerika höküməti də fasiləsiz olaraq narkobaronlara qarşı müharibə aparır və çinlilər kimi, daim məğlubiyyətə uğrayır. Lakin burada əhəmiyyətli bir fərq var: Çin höküməti qələbə qazanmaq məqsədilə mübarizə aparırdısa, ABŞ höküməti qələbəni qətiyyən istəmir. “Narkotiklərlə Mübarizə Agentliyində” kadr axınının niyə belə yüksək olduğu aydın olur.
 Sonralar yüksək təmizlənmə dərəcəsi olan tiryək ölkənin kimsəsiz sahillərinə Makradan keçməklə Pakistandan gəlməyə başladı, buradan isə gəmilər yükü Dubaya daşıyır və qızıla dəyişdirirdilər. Bu, hazırda heroinin kokainə nisbətən daha populyar olması faktını qismən izah edir. Heroin ticarəti– bu, daha mötəbər biznesdir, burada, Kolumbiyada demək olar adi hala çevrildiyi kimi, dövlət xadimlərini öldürmürlər. Pakistan tiryəki “Qızıl üçbucaq” və ya “Qızıl aypara” (İran) tiryəkinə nisbətən kifayət qədər ucuz satılır. Nəticədə heroinin istehsalı və satışı kəskin artdı və bunun hesabına kokain lider mövqelərdən sıxışdırılmağa başladı.
 Britaniya cəmiyyətinin yüksək dairələrində çirkli tiryək ticarəti haqqında uzun illər ərzində “imperiyanın rüsvayçılığı” kimi danışırdılar. Genişmiqyaslı tiryək ticarəti əsgərlərin Hayber aşırımında şücaəti haqqında nağılları arxa plana sıxışdırırdı. Britaniya ordusunun hissələri Hayber aşırımında tiryək xammalını daşıyan karvanları yerli dağ tayfalarının hücumlarından müdafiə etmək üçün yerləşdirilmişdi. Britaniyanın Kral ailəsi bunu bilirdimi? Yəqin bilirdi, əks təqdirdə taxt-tacı bu regionda ordu saxlamağa nə vadar edə bilərdi? Axı bu region çox yüksək gəlirli tiryək ticarətindən başqa heç nə verə biiməzdi. Ordunu uzaq ölkədə saxlamaq çox baha idi. Əlahəzrət Kraliça ordunun ora nə üçün göndərildiyi ilə yəqin ki, maraqlanmışdı. Əlbəttə, ordu orada polo və ya bilyard oynamaq üçün göndərilməmişdi.

  XXIV yazı: Rəhbər dairələrə o qədər tiryək verilməlidir ki, hökümətin ayrı-ayrı üzvləri ticarətin genişlənməsində şəxsən maraqlı olsunlar; sonra tiryək təchizatı dayandırılmalı, hökümət diz çökəndən sonra isə təchizat bərpa olunmalı idi, lakin artıq əhəmiyyətli dərəcədə yüksək qiymətə!



 "Britaniya Ost-Hind Kompaniyası" tiryək inhisarını çox qısqanclıqla qoruyurdu. Potensial rəqiblər ilə haqq-hesab qısa olurdu. 1791-ci ildə baş verən əlamətdar məhkəmə proseslərindən birində Uorren Hastinqs adlı bir kimsəyə qarşı belə bir ittiham irəli sürülmüşdü ki, o, Kompaniyaya ziyan vuraraq, dostuna tiryək ticarəti ilə məşğul olmağa kömək etmişdir.
 Bu işin “Hindistan Ofisində” saxlanılan materiallarındakı məhkəmə qərarının mətninin əsli tiryək ticarətinin nəhəng miqyasları haqqında müəyyən təsəvvürlər yaradır: “İttiham ondan ibarətdir ki, Hastinqs Stiven Sullivanı tiryəklə təchiz etmək haqqında onunla dörd illik kontrakt bağlamış və bunu açıq elan etməmişdi. Açıq-aşkar və səbəbsiz olaraq səxavətli şərtlərlə bağlanan kontrakt göstərilən Stiven Sullivanın DƏRHAL VƏ QISA ZAMANDA VARLANMASI məqsədini güdmüşdür” (seçmə müəllifindir).
 “Britaniya Ost-Hind Kompaniyası” Britaniya höküməti ilə birlikdə tiryək ticarəti üzərində inhisara malik olduqlarından, bir göz qırpımında varlanmaq yalnız “əyanlara”, “aristokratlara”– İngiltərənin plutokratik və oliqarxik ailələrinə icazə verilirdi. Bu həmin ailələrdir ki, onların əcdadları “Britaniya Ost-Hind Kompaniyası”nı idarə edən “Üçyüzlər Şurasında” əyləşdikləri kimi, bir çox sonrakı nəsilləri də Komitet 300-ün üzvləri olub. Cənab Sullivan kimi təsadüfi adamlar milyardlarla funt sterlinq gətirən tiryək biznesinə girməyə cəsarət edərdilərsə, onlar tezliklə taxt-tacın maraqları ilə konfliktə girmiş olurdular.
 “Britaniya Ost-Hind Kompaniyası”nın Şurasından olan 300 nəfər hörmətli cənab Londonun məşhur centlmen klublarının hamısının üzvü idi, eləcə də onların əksəriyyəti parlamentin üzvü, digərləri isə həm Hindistanda, həm də İngiltərədə hakim və ya magistr vəzifəsini tuturdu. Çinə gəlmək üçün “Britaniya Ost-Hind Kompaniyası”nın pasportları tələb olunurdu. Bir neçə inadkar xarici cənab Britaniya taxt-tacının yüksək gəlirli ticarətdə iştirakını araşdırmaq üçün Çinə gələndə “Britaniya Ost-Hind Kompaniyası”nın nəzarəti altında olan magistratlar dərhal onların pasportlarını ləğv etdilər və beləcə, onlar Çinə heç ayaq da basa bilmədilər.
 Çin höküməti ilə xırda anlaşılmamazlıqlar adi iş idi. Çinlilər 1729-cu ildə tiryək idxalını qadağan edən “Yunq Çin Fərmanı” qanununu qəbul etdilər, lakin buna baxmayaraq, “Britaniya Ost-Hind Kompaniyası” 1753-cü ilə qədər kömrük reyesterlərində tiryək maddəsini saxlamağa müyəssər olurdu, özü də kömrük rüsumu tiryək yüklənmiş standart yeşik üçün (adətən 108 funt çəkidə) üç tael təşkil edirdi. Britaniyanın xüsusi gizlin xidməti (o dövrün “agent 007-ləri”) nəzarət edirdilər ki, əlverməyən çinli məmurlar satın alınmış olsun, bunu etmək alınmayanda isə onları sadəcə olaraq öldürürdülər.
 1729-cu ildən etibarən Britaniyanın hər bir monarxı narkoticarətdən çox böyük fayda götürüb və bu taxt-tacın indiki sahibəsinə münasibətdə də eyni cür ədalətlidir. Onların nazirləri göz qoyurdular ki, sərvətlər kral ailəsinə məxsus olan xəzinələrə çay kimi axsın. Kraliça Viktoriyanın belə nazirlərindən biri lord Palmerston idi. O, Çində tiryək ticarətinin qarşısının alınmasına azacıq da olsa imkan verilməməsi fikrinin sərt tərəfdarı idi. Palmerstonun planı bundan ibarət idi: Çinin rəhbər dairələrinə o qədər tiryək verilməlidir ki, Çin hökümətinin ayrı-ayrı üzvləri ticarətin genişlənməsində şəxsən maraqlı olsunlar. Sonra tiryək təchizatı dayandırılmalı, Çin höküməti diz çökəndən sonra isə təchizat bərpa olunmalı idi, lakin artıq əhəmiyyətli dərəcədə yüksək qiymətə. Və beləliklə, elə hökümətin özünün köməkliyi ilə inhisar əldə saxlanmalı idi. Lakin bu plan iflasa uğradı.
 Çin höküməti cavab olaraq Kompaniyanın anbarlarındakı iri tiryək  partiyalarını məhv etdi, ingilis tacirlərindən isə Kantona (Honkonq) tiryək gətirilməsinin dayandırılması haqqında FƏRDİ müqavilə imzalamağı tələb etdi. “Britaniya Ost-Hind Kompaniyası” buna cavab kimi ağızbaağız tiryək doldurulmuş gəmilərin bütöv bir donanmasını Makaoda reyddə qoydu. Bundan sonra həmin tiryəki fərdi tacirlər yox, “Britaniya Ost-Hind Kompaniyası”nın nəzarəti altında olan kompaniyalar satmağa başladı. Çinin səlahiyyətli komissarı Lin bununla bağlı belə demişdi: “Makaoda reyddə saxlanan ingilis gəmilərinin zirzəmilərində çox böyük tiryək yükü yığılıb qalmışdır və bu tiryək gəldiyi yerə artıq qaytarılmayacaq. Əgər həmin tiryəkin Çinə Amerika bayrağı altında qaçaqmalçılığı başlansa, mən buna təəccüblənmərəm”. Linin peyğəmbərliyi heyrətamiz şəkildə dəqiq oldu.
 “Tiryək Müharibələrinin” məqsədi, Lord Palmerston ifadə etdiyi kimi, “çinliləri yerinə oturtmaq idi” və Britaniya ordusu bunu etdi. Britaniyalı oliqarxik feodal lordlara misli olmayan milyardlarin gəldiyi, Çində isə tiryək narkomanlarının artdığı bir şəraitdə çox yüksək gəlirli və genişmiqyaslı ticarətin qarşısını almaq qətiyyən mümkün deyildi. Çin sonrakı illərdə özünün nəhəng problemlərinin həllində kömək üçün Britaniyaya müraciət edir və bu köməyi alırdı da. Bundan sonra Çin hökümətləri Britaniya ilə mübarizə etmək əvəzinə, onunla əməkdaşlıq etməyin faydasını anladı və bu tendensiya Mao Tse Dunun qanlı hakimiyyəti dövründə də öz qüvvəsində qalırdı. Odur ki bu gün, artıq dediyim kimi, onların arasında əgər hər hansı bir fikir ayrılığı baş verirsə də, bu tiryək ticarətində hər bir tərəfin payının ölçüləri ilə bağlı meydana çıxır.
 Müasir mərhələdə Çin-Böyük Britaniya partnyorluğu tiryək ticarətində bərabər tərəfdaşlığı müəyyən edən Honkonq razılaşması ilə möhkəmləndirildi. Əhəmiyyətsiz insidentlər nəzərə alınmazsa, bu razılaşmanın həyata keçirilməsi rahat baş verdiyi halda, Kolumbiya kokain ticarəti zorakılıq və ölüm, qarət və qətllərlə müşayiət olunur; artıq qeyd etdiyim kimi, 1991-ci ildə çox geniş miqyas alan heroin ticarətində bu cür səviyyəsiz hərəkətlərə yol verilmirdi.
 Son 60 ildə Çin-Böyük Britaniya münasibətlərində əsas problem Çinin tiryək-heroin kökəsindən özünə daha böyük pay tələb etməsindən ibarətdir. Böyük Britaniya Honkonqu Çinin tam nəzarəti altına verməyə -bu, 1997-ci ildə baş verməliydi -razılaşandan sonra məsələ nizamlanmış oldu. Qalan məsələlərdə Partnyorlar mərkəzi Honkonqda olan gəlirli tiryək ticarətində bərabər paylarını saxlayırdılar.
 Tiryək ticarətinin çiçəkləndiyə dövrdə vaxtilə Kantonda öz yerlərini möhkəmləndirən Komitet 300-ün britaniyalı oliqarxik ailələri öz mövqelərini varislərinə ötürdülər. Kantonda yaşayan məşhur britaniyalı vətəndaşların siyahısına baxın və siz onların arasında Komitet 300-ün üzvlərinin adlarını görəcəksiniz. Eyni şeylər Honkonqa da aiddir. Feodal epoxasının bu plutokratları –onlar bütün dünyanı da həmin epoxaya qaytarmaq istəyirlər– MƏRKƏZİ Honkonq olan qızıl və tiryək ticarətinə nəzarət edirlər. Tiryək laləsinin birmalı və çinli istehsalçıları haqqlarını qızılla alır; onlar ABŞ-ın 100 dollarlıq kağızlarına inanmırlar. Bu, Honkonq birjasında çox böyük həcmlərdə aparılan qızıl ticarətini izah edir.
 “Qızıl üçbucaq” artıq ən iri tiryək istehsalçısı deyil. 1987-ci ildən etibarən bu şübhəli titulu onunla “Qızıl aypara” (İran), Pakistan və Livan bölüşür. Bunlar əsas tiryək istehsalçılarıdır, hərçənd nisbətən xırda tiryək partiyaları bəzən Əfqanıstan və Türkiyədən də meydana çıxır.  Narkotika ticarəti, xüsusilə də tiryək ticarəti bankların köməyi olmadan mövcud ola bilməzdi və biz bunu söhbətimizin davamında nümayiş etdirəcəyik.
 Sanballı reputasiyası olan banklar narkotika ticarətinə və deməli, onu müşayiət edən çirkaba axı necə cəlb edilmiş olur? Bunun çox uzun və mürəkkəb tarixi var və bu ayrıca bir kitabın mövzusu ola bilərdi. Bankların iştirakının bir üsulu, tiryəkin emal edilib heroin hazırlanması üçün tələb olunan kimyəvi maddələri ixrac edən kompaniyaların maliyyələşdirilməsidir. “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” və onun Londondakı filialı elə bu ticarətin mərkəzindədir. Onlar bunu, bankın müştəriləri olan TEJAPAIBUL adlandırılan  kompaniyalar vasitəsilə edirlər. Bu kompaniya nə ilə məşğul olur? Heroinin təmizlənməsi prosesi üçün vacib olan kimyəvi preparatların böyük hissəsini Honkonqa məhz bu kompaniya göndərir.
 Bu kompaniya “Qızıl ayparanı” və “Qızıl üçbucağı”, Pakistanı, Türkiyəni və Livanı angidrid sirkəsi ilə təmin edən əsas təchizatçıdır. Bu ticarətin faktiki maliyyələşdirilməsi “Bangkok Metropolitan Banka” tapşırılmışdır. Beləliklə, tiryək istehsalı ilə bilavasitə bağlı olmayan dolayı fəaliyyət də banklara əhəmiyyətli gəlir gətirir. Lakin “The Hong Kong and Shanghai Banking Corporation” kompaniyasının, eləcə də qalan bankların əsas gəliri bilavasitə tiryək ticarətini maliyyələşdirməkdən əldə olunur.
 Qızılın qiymətləri ilə tiryəkin qiymətləri arasında mövcud olan əlaqəni müəyyən etmək üçün geniş tədqiqat aparmaq lazımdır. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, polkovnik Con Kolman deyir: “Əgər siz qızılın qiymətini bilmək istəyirsinizsə, Honkonqda bir funt və ya bir kiloqram tyiryəkin qiymətini öyrənin”. Tənqidçilərimə cavab verirdim: “Baxın, görün 1977-ci ildə - qızılın qiymətləri üçün kritik ildə nə baş verirdi”. “Çin Bankı” xəbərdarlıq etmədən bazara dempinq qiymətləri ilə 80 ton qızıl atmaqla qızıl bazarının “panditlərini” (pandit– sanskritdən alim, müdrik) və Amerikada saya-hesaba gəlməyən müdrik proqnozçuları şok vəziyyətə saldı.
 Bunun nəticəsində qızılın qiyməti kəskin düşdü. Ekspertlər yalnız bunu deyə bildi: “Biz Çinin bu qədər qızıl ehtiyatı olduğunu bilmirdik; bu qədər qızıl haradan peyda ola bilərdi?”. Çinə bu qızıl Honkonq qızıl bazarında iri tiryək partiyaları müqabilində ödənmişdi. Bu gün Çin hökümətinin İngiltərəyə münasibətdə siyasəti XVIII və XIX əsrlərdə olduğu kimi qalmaqdadır. Əgər Çinin Honkonqla bağlı olan iqtisadiyyatının əsasını –mən televizorları, tekstili, radiomalları, saatları, pirat üsulla hazırlanan audio və video kassetləri yox, tiryək və heroini nəzərdə tuturam– Çinin Böyük Britaniya ilə bölüşdüyü tiryək ticarəti təşkil etməsəydi, onda o amansız zərbələrə məruz qalmış olardı. “Britaniya Ost-Hind Kompaniyası” öz varlığına son qoyub, lakin “300-lər Şurası”nda əyləşənlər bu gün Komitet 300-ün üzvləridir.
 Son 200 ildə tiryək ticarətində lider olan Böyük Britaniyanın çox qədim ailələri bu gün də bu ticarətdə qalırlar. Məsələn, götürün Metisonları. Bu “əsil-nəcabətli” ailə- tiryək ticarətinin dayaqlarından biridir. Bir neçə il əvvəl Çinin vəziyyəti laxlayanda Metisonlar müdaxilə etdilər və daşınmaz əmlaka investisiya etmək üçün Çinə 300 milyon dollar dəyərində zayom verdilər. Bu, faktiki olaraq “Çin Xalq Respublikası və “Matheson Bank”ın müştərək müəssisəsi” kimi rəsmiləşdirilmişdi. “Hindistan Ofisinin” 1700-cü ilə aid sənədlərində Metison adı tez-tez hallanır. Bu ad hər yerdə– London, Pekin, Dubay, Honkonq– tiryək ticarəti gedən hər yerdə üzə çıxır.

  XXV yazı: Narkotika etik, dini və siyasi həyatımızı, bizim tarixi, iqtisadi və respublikaçı dəyərlərimizi aşındırmaqla insan təbiətinin özünün dəyişməsini meydana çıxarır
 
 Narkoticarətin problemi ondan ibarətdir ki, o milli suverenlik üçün təhlükəyə çevrilir. Venesuelanın BMT-də səfiri bu təhlükə haqqında bunları demişdi: "Narkotiklər probleminin sadəcə cəmiyyətin sağlamlığı və ya sosial problem olduğu dövr artıq geridə qalıb. Bu problem bizim milli suverenliyimizi hədələyən qat-qat ciddi, uzaqmənzilli nəticələri olan bir fenomenə çevrilmişdir. O milli təhlükəsizlik probleminə çevrilmişdir, çünki o millətin müstəqilliyini dağıdır. Narkotika özünün bütün təzahürlərində - istər bu onun istehsalı, satışı və ya istifadəsi olsun- etik, dini və siyasi həyatımızı, bizim tarixi, iqtisadi və respublikaçı dəyərlərimizi aşındırmaqla insan təbiətinin özünün dəyişməsini meydana çıxarır".
 “Beynəlxalq Əməliyyat Bankı” (BƏB) və BVF məhz bu yöndə fəaliyyət göstərirlər. Hamınız bilməlisiniz ki, bu idarələrin hər ikisi– narkotika ticarətinə xidmət edən klirinq palatalarından başqa bir şey deyillər! “Beynəlxalq Əməliyyat Bankı” BVF-nin göstərişi ilə “uçan” kapitalların hər hansı bir ölkəni sürətlə tərk etməsi üçün süni surətdə şərait və vasitələr yaratmaqla istənilən ölkənin iqtisadiyyatını sarsıda bilər. “Beynəlxalq Əməliyyat Bankı” “uçan” kapitallar və artıq yuyulmuş narkopullar arasında nə heç bir fərq qoymur, nə də hər hansı bir fərqi tanımır.
 “Beynəlxalq Əməliyyat Bankı” qanqstersayağı fəaliyyət göstərir. Əgər hər hansı isə bir ölkə BVF-nin talançı siyasətinə tabe olmursa, bank faktiki olaraq belə deyir: “Yaxşı, onda biz sərəncamımızda olan nəhəng həcmdə narkopullarla sizi sındırarıq”. Qızılın nə üçün sikkə qismində dövriyyədə olmadığının və onun dünya ehtiyat valyutası qismində kağız “dollarla” əvəzlənməsinin səbəbini başa düşmək asandır. Ehtiyatlarını nəğdsiz və ya kağız dollarlarda saxlayan ölkəni şantaj etmək, ehtiyatlarını qızılda saxlayan ölkəni şantaj etməkdən qat-qat asandır.
 BVF agentləri özləri də etiraf edirlər ki, onlar narkodollarları istifadə etməklə istənilən ölkənin valyutasına sözün əsl mənasında ağlasığmaz tələbat doğura, bu isə, öz növbəsində, kapitalın həmin ölkədən kəskin surətdə qaçmasını təhrik edə bilər. “Credit Suisse” bankının nümayəndəsi və Komitet 300-ün üzvü Rayner-Qutun sözlərinə görə, o, əsrin sonu üçün milli kreditin və milli maliyyələşdirmənin bir təşkilatın nəzarəti altında olacağını ehtimal edir. Honqkonqdakı həmin görüşdə Rayner-Qut təfərruatları izah etməsə də, seminar iştirakçılarının hamısı söhbətin nədən getdiyini dəqiq bilirdi.
 Kolumbiyadan Mayamiyə qədər, “Qızıl üçbucaqdan “Qızıl ayparaya” qədər, Boqotadan Frankfurta qədər narkoticarət, xüsusilə də heroin ticarəti– BÖYÜK BİZNESDİR və bu biznes yuxarısından aşağısınadək dünyanın ən “toxunulmaz” bir neçə ailəsinin nəzarəti altındadır. Belə ailələrin hər birinin Komitet 300-də ən azı bir təmsilçisi var. Bu, tində aparılan xırda alver deyil, onun rahat və maneəsiz getməsi üçün bu biznes böyük pullar və ekspertlərlə təmin olunub. Komitet 300-ün nəzarəti altında olan mexanizm bunu tam həcmdə təmin edir.
 Bu cür istedadlı tacirləri tinlərdə və Nyu-Yorkun yeraltı keçidlərində tapmaq mümkün deyil. Əlbəttə, küçə alverçiləri bu biznesin ayrılmaz tərkib hissəsidir, lakin yalnız müvəqqəti satıcı qismində. Onlar buna görə müvəqqətidirlər ki, bəzən polis küçə alverçilərini yaxalayır, bəzilərini isə rəqibləri öldürür. Lakin bundan məgər nə isə dəyişir? Bu işdə əvəzləyici həmişə tapılar.
 Bu, “Kiçik Biznes İşləri üzrə Administrasiyanın” maraq obyekti deyildir. Həmin bu çirkli narkobiznes BÖYÜK BİZNESDİR, nəhəng imperiyadır. Zərurət yarandıqca hər bir ölkədə onu hakimiyyətin ən yüksək eşelonlarından idarə edirlər. Hazırda bu, dünyada faktiki olaraq ən iri, qalan bütün hamısını üstələyən müəssisədir. Beynəlxalq terrorizm kimi, narkobiznesin də kökündən qoparılmasının qeyri-mümkünlüyü onun yuxarıdan aşağıya qədər müdafiə olunduğu faktını təsdiq edir. Ağlı başında olan istənilən adama aydın olur ki, bu iş vasitəçilərlə həyata keçirilirsə də, həmin müəssisəni kral dairələrinin sırasından, oliqarxlar və plutokratlar arasından olan ən nüfuzlu simalar idarə edir.
 Tiryək laləsini və koka yarpaqlarını yetşdirən əsas ölkələr bunlardır– Birma, Cənubi Çin, Əfqanıstan, İran, Pakistan, Tailand, Livan, Türkiyə, Peru, Ekvador, Boliviya. Kolumbiya koka yarpaqları yetişdirmir, onun böyründə yerləşən Boliviyada kokainin təmizlənməsi üzrə əsas müəssisə və kokain ticarəti üzrə əsas maliyyə mərkəzi yerləşir. Prezident Buş general Noryeqanı oğurlatdırandan və türməyə saldırandan sonra Panama pullarin yuyulması və kokain ticarətinin maliyyələşdirilməsi işində həmin mərkəzlə rəqabət aparır.
 Heron ticarəti Honkonq bankları, London bankları və Yaxın Şərqdə “British Bank of the Middle East” (“Britaniya Yaxın Şərq Bankı”) kimi bəzi banklar tərəfindən maliyyələşdirilir. Livan sürətlə “Yaxın Şərqin İsveçrəsinə” çevrilməkdədir. Heroinin yayılması və çatdırılması işinə cəlb olunan ölkələr bunlardır– Honkonq, Türkiyə, Bolqarıstan, İtaliya, Monako, Fransa (Korsika və Marsel), Livan, Pakistan. Birləşmiş Ştatlar– narkotiklərin ən çox istifadə olunduğu ölkədir, burada birinci yerdə kokaindir və heroin onunla rəqabət aparır. Qərbi Avropa və Cənubi-Şərqi Asiya ölkələri– iri heroin istehlakçılarıdır. İranda narkomanların sayı çoxdur– 1991-ci ildə 2 milyon nəfərdən artıq.
 Bir dənə də olsun hökümət yoxdur ki, narkotika ticarəti ilə bağlı nə baş verdiyindən dəqiq xəbərdar olmasın, lakin Komitet 300 öz nəzarəti altında olan ümumdünya kompaniyaları şəbəkəsi vasitəsilə hökümətlərdə mühüm postlar tutan ayrı-ayrı üzvləri satın alıb. Hökümətin hər hansı bir üzvü “narahatlıq” yaradarsa, kişi və ya qadın olmasından asılı olmayaraq, o, Pakistanda Əli Bxutto və İtaliyada Aldo Moro kimi aradan qaldırılır. Heç kəs bu, hər şeyə qadir Komitetin təsiri altından çıxa bilmir, hərçənd Malayziya hələ özünü saxlaya bilir. Malayziya narkotikalara münasibətdə dünyada ən ciddi qanunları olan ölkədir. Hətta kiçicik doza tapılsa belə, ölümlə cəzalandırılır.
 Bolqarıstanın “Kintex” kompaniyasının nümunəsi timsalında deyə bilərik ki, xırda ölkələrin əksəriyyəti bu cinayətkar işlərdə bilavasitə iştirak edir. “Kintex” kompaniyası özünə məxsus olan yük maşınlarında Qərbi Avropaya mütamadi olaraq heroin daşıyır. Həmin yük maşınlara Avropa İqtisadi Birliyinin (AİB) nişanı– TİR (“Triangle Internationale Routier” - “Üçbucaqlı Beynəlxalq Marşrut”)– vurulmuşdur. Üzərində bu nişan və Avropa İqtisadi Birliyinin qeydiyyat nömrələri olan furqonlar sərhəd-kömrük postlarında saxlanmamalıdır. TİR furqonlarına yalnız tez xarab olan mallar daşımağa icazə verilir. Ehtimal olunur ki, onlar yükü götürdükləri ölkədə baxışdan keçirilir və bu haqda şəhadətnamə, ehtimal olunduğu kimi, hər bir furqonun sürücüsündə olur.
 Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər sayəsində belə alınmışdır ki, “Kintex” kompaniyasının furqonlarına heroin yükləmək, onu “təzə meyvə və tərəvəz” kimi sertifikatlaşdırmaq, sonra isə Avropanın bütün ərazisinə daşımaq, hətta NATO-nun Şimali İtaliyadakı tamamilə məxfi bazalarına da girmək olar. Beləliklə, Bolqarıstan heroin daşınmasının əsas tranzit kanallarından birinə çevrilmişdir.
 Avropaya iri həcmlərdə heroin və kokain daşınmasının qarşısını almağın yeganə üsulu– bu üsul TİR sistemini ləğv etməkdir. Lakin bu heç vaxt baş verməyəcək. Komitet 300, özünün heyrətamiz idarəetmə şəbəkəsi və mexanizmlərindən istifadə etməklə, indicə xatırlatdığım beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri ona görə təyin etmişdir ki, Qərbi Avropaya hər cür narkotiklərın çıxışı asanlaşdırılsın. Tez xarab olan məhsulları unudun! İtaliyanın “Narkotiklərlə Mübarizə Agentliyi”nin keçmiş rezidentləri də deyirlər: “TİR– BU, NARKOTİKLƏRDİR”.
 Bunları siz, Kennedi aeroportunda ikidibli çemodanda böyük həcmdə heroin tapıldığı və hansı isə bəxtsiz “mulun” (“mul”– qatır kimi nəsil artırmaq qabiliyyəti olmayan yük heyvanı, narkotikanın daşınması üşün istifadə olunan adamlara münasibətdə jarqon ifadə kimi istifadə olunur) öz cinayətkar əməlinə görə cəza aldığı barədə növbəti dəfə qəzetlərdə oxuyanda xatırlayın. Bu, vur-tut “zərrədir”, publikanın gözünə atılan küldür və belə tamaşalarda məqsəd hökümətimizin narkotika təhlükəsinə qarşı nə isə etdiyinə bizi inanmağa məcbur etməkdır. Məsələn, Niksonun Komitet 300-dən xəbərsiz və onunla razılaşdırmadan başladığı “Fransız izi” proqramını götürün.
 Bu proqram çərçivəsində həyata keçirilən nəhəng səylər nəticəsində tutulan tiryək/heroinin ümumi həcmi, cəmi bir TİR furqonunun daşıdığının dörddə birindən də azdır. Komitet 300 nisbətən kiçik partiya heroinin müsadirə olunmasının Niksona baha başa gəlməsinin qayğısına qaldı. Məsələ heç heroinin çəkisində də deyildi. Məsələ Ağ Evin yiyəsi olmağa kömək etdikləri adamın onların köməyi və dəstəyi olmadan da hərəkət edə, hətta birbaşa yuxarıdan verilən əmrləri saya almayacağını düşünməyə başlamasında idi.
 Heroin ticarətinin mexanizmi belədir: Tailand və Birmada vəhşi dağ tayfaları tiryək laləsini yetişdirirlər. Məhsul yığımı vaxtında toxum qozaları ülgüc və ya iti bıçaqla kəsilir. Xoş ətirli maddə kəsikdən axır və qatılaşmağa başlayır. Bu, xam tiryəkdir. Yığılan xam tiryək yapışqanlı dəyirmi kürəciklər kimi olur. Vəhşi qəbilələrin nümayəndələri öz haqlarını 1 kiloqramlıq qızıl külçələr şəklində alırlar. İsveçrənin “Credit Suisse” bankının hazırladığı həmin qızıl külçələr 4/10 kimi məlumdur. O qədər də böyük olmayan belə külçələr YEGANƏ məqsədlə hazırlanır– vəhşi qəbilələrə tiryəkə görə ödəniş vasitəsi olmaq üçün. Standart qızıl külçələrini Honkonq bazarında iri xam tiryək və ya qismən emal edilmiş heroinin iri alıcıları satır. Hələ Moqollar dövründən bu işlə məşğul olan baluçilərlə -Hindistanın dağ qəbilələri- haqq-hesab aparılması üçün də eynilə bu cür metoddan istifadə olunur. “Narkotikaların mövsümü”, onu belə adlandırırlar, Honkonqda qızıl ticarətinin kəskin fəallaşması ilə üst-üstə düşür.
 Meksika nisbətən kiçik həcmlərdə heroin istehsal etməyə başlamışdır. Hollivud tusovkasında böyük tələbata malik olan bu heroini “Meksikadan qəhvəyi” adlandırırlar. Meksikada da heroin ticarəti hərbiçilərin dəstəyi ilə yüksək dövlət məmurları tərəfindən aparılır. “Meksikadan qəhvəyinin” bəzi istehsalçıları ABŞ-da öz müştərilərini təchiz etməklə ayda milyonlarla dollar qazanır. Belə də olur ki, Meksika federal polisi heroin istehsalçılarına qarşı hərkət etməyə cəhd edir. Onları, sanki yerin altından peyda olan hərbi dəstələr “zərərsizləşdirir”.
 Belə bir insident 1991-ci ilin noyabrında Meksikanın tiryək yetişdirilən regionlarından birinin aerodromunda baş vermişdi. “Narkotiklərlə Mübarizə Agentliyi”nin federal agentləri aerodromu mühasirəyə alaraq təyyarəyə heroin yükləyən adamları həbs etmək istəyəndə hərbi dəstə peyda oldu. Əsgərlər “Narkotiklərlə Mübarizə Agentliyi”nin federal polis agentlərini mühasirəyə aldılar və onların hamısını sonuncusuna qədər metodik qaydada güllələdilər. Bu aksiya Meksikanın prezidenti Qoltarin üçün ciddi təhlükəyə çevrildi, çünki ictimaiyyət ondan qətlin tam araşdırılmasını inadkarlıqla tələb edirdi. Qoltarin çıxılmaz vəziyyətə düşdü. Bir tərəfdən, o, təhqiqat aparılması ilə bağlı tələbləri saya almaya bilməzdi, digər tərəfdən, öz üzərinə hərbiçilərin ittiham olunması səlahiyyətini götürə bilməzdi. Bu, Meksikanın idarə olunmasının möhkəm zəncirində baş verən və Komitet 300-ə tərəf uzanan ilk boşluq idi.

  XXVI yazı: Müsadirə edilən partiyalar çox vaxt bu biznesə zorla girmək istəyən təzə təşkilatlara məxsus olur; bu cür rəqabət yükün hara gətiriləcəyi və onun yiyəsinin kim olduğu barədə hakimiyyət orqanlarına verilən dəqiq informasiya vasitəsilə neytrallaşdırılır

 Xam tiryək "Qızıl üçbucaqdan" Siciliya mafiyasına və Fransada son emalçılara ötürülür. Onlar da Marseldən düz Monte-Karloya qədər dəniz sahilinə səpələnən laboratoriyalarda heroinin təmizlənməsini sona çatdırırlar. Livan və Türkiyə hazırda təmizlənmiş heroin istehsalını artırır və son dörd il ərzində bu iki ölkədə çoxlu sayda heroin laboratoriyası meydana çıxmışdır. Pakistan da bir sıra laboratoriyaya malikdir, lakin onlar keyfiyyətinə görə, məsələn, Fransa laboratoriyalarından daha aşağı kateqiroyaya daxildirlər.
 Xam tiryəkin “Qızıl aypara” regionundan daşınma marşrutu İran, Türkiyə və Livandan keçir. İRAN ŞAHIN NƏZARƏTİ ALTINDA OLDUĞU DÖVRDƏ O, HERON TİCARƏTİNİ DAVAM ETDİRMƏYİ QADAĞAN ETMİŞDİ VƏ KOMİTET 300 MƏSƏLƏNİ NİZAMLAYANA QƏDƏR TİCARƏTİ DAYANDIRMAĞA MƏCBUR OLMUŞDU. Türkiyə və Livandan xam tiryək Korsikaya, oradan isə gəmilərlə Qrimaldi ailəsinin susqun razılığı ilə Monte-Karloya daşınır. Pakistan laboratoriyaları “Hərbi-Müdafiə Laboratoriyaları” ad-pərdəsi altında heroini qat-qat yüksək təmizlik səviyyəsinə çatdırırlar. Lakin ən yüksək təmizlik səviyyəsi hələlik Fransanın Aralıq dənizi sahilləri və Türkiyədəki laboratoriyalarda əldə olunur. Burada banklar da həmin əməliyyatların maliyyələşdirilməsində həlledici rol oynayır.
 Gəlin burada bir anlıq dayanaq. İnanmaq olarmı ki, bu ölkələrin sərəncamında əhəmiyyətli surətdə təkmilləşdirilmiş müasir müşahidə və izləmə vasitələri, o cümlədən də peyk kəşfiyyatının olduğu bir vaxtda bu rəzil ticarətin üstünü açmaq və onu dayandırmaq mümkün olmasın? Hüquq-mühafizə və güc idarələri nə üçün müdaxilə edə və aşkar edən kimi həmin laboratoriyaları məhv edə bilmir? Əgər məsələ məhz belədirsə və onlar hələ də heroin ticarətini dayandırmağa qadir deyillərsə, onda anti-narkotika xidmətlərini narkotiklərlə mübarizə üzrə şöbələri yox, “heriatrik” şöbələr adlandırmaq lazımdır.
 Hətta uşaq da, necə deyərlər, “narkotiklərlə döyüşçülərinə” nə etmək lazım olduğunu deyə bilərdi. Sadəcə, angidrid sirkəsini istehsal edən bütün zavodlar üzərində müşahidə qurmaq və onları izləmək lazımdır, angidrid sirkəsi isə xam tiryəkdən heroin alınması istehsalında ən vacib kimyəvi komponentdir. Sonra isə izi tutub gedin! Hər şey çox sadədir.
 Dövlət orqanları qanun qəbul edə və bu qanunla angidrid sirkəsi istehsalçılarının üzərinə onların məhsulunu kimin aldığının və hansı məqsədlə istifadə etdiyinin dəqiq uçotunu aparmaq öhdəliyini qoya bilərdi. Lakin yadda saxlayın: narkotiklər– bu, BÖYÜK BİZNESDİR və bu biznes Avropanın oliqarxik və ABŞ-ın “şərqli liberal isteblişmentinin” ailələri tərəfindən aparılır. Narkobiznes– bu, mafioz əməliyyatlar deyil, bu biznes yalnız Kolumbiyanın kokain kartelləri tərəfindən aparılmır. Böyük Britaniya və Amerikanın yüksək cəmiyyətlərinin əsl-nəcabətli ailələri bu işdə öz rollarını hər tində reklam etməyə hazırlaşmır, bu adamlar həmişə çirkli işi yerinə yetirərək, onları gizlədən adamlar təbəqəsindən istifadə edirlər.
 Xatırlayın: britaniyalı və amerikalı “aristokratiya” öz əlini heç vaxt Çində tiryək ticarətinə bulaşdırmayıb. Lordlar və ledilər bunun üçün kifayət qədər ağıllıdırlar, elə amerikalı elita da: Dilonlar, Forbslar, Eppletonlar, Beykonlar, Boylestounlar, Perkinslər, Rassellər, Kanninqhemlər, Şou, Kuliclər, Parkmanlar, Panneuellər, Kebotlar və Kodmanlar– bu, Çində tiryək ticarəti sayəsində dəhşətli şəkildə varlanan Amerika ailələrinin heç uzaqdan uzağa da tam siyahısı deyil.
 Yadda saxlayın: Amerika 60 yox, 300 ailə tərəfindən, İngiltərə isə 100 ailə tərəfindən idarə olunur və aşağıda görəcəyik ki, bu ailələr bir-birinə nigahlar, kompaniyalar, banklar vasitəsilə -onların “Qara Aristokratiya”, frankmasonçuluq, “Müqəddəs İoann İerusalimski Ordeni” və s. xəttlər üzrə əlaqələri barədə hələ heç danışmırıq -qarşılıqlı surətdə bağlıdırlar. Onlar öz vasitəçi adamlarından istifadə etməklə çox böyük həcmlərdə heroinin minimal izafi xərclər müqabilində Honkonqdan, Türkiyədən, İran və Pakistandan daşınmasını müdafiə və ABŞ, eləcə də Qərbi Avropa bazarlarını heroinlə təmin etmək üçün üsullar tapırlar.
 Kokain partiyaları bəzən həbs və ya müsadirə edilir. Bunlar adi tamaşadır. MÜSADİRƏ EDİLƏN PARTİYALAR ÇOX VAXT BU BİZNESƏ ZORLA GİRMƏK İSTƏYƏN TƏZƏ TƏŞKİLATLARA MƏXSUS OLUR. Bu cür rəqabət yükün hara gətiriləcəyi və onun yiyəsinin kim olduğu barədə hakimiyyət orqanlarına verilən dəqiq informasiya vasitəsilə neytrallaşdırılır. Böyük iş toxunulmaz qalır; heroin həddən artıq bahadır. Qeyd etməyinə dəyərdi ki, ABŞ-ın “Narkotiklərlə Mübarizə Agentliyi”nin (NMA) əməliyyat işçilərinə Honkonqa getmək qadağan edilib. Gəmilər limanı tərk etməyənə qədər onlar gəmilərin yük deklarasiyasını yoxlaya bilməz. Belə güclü inkişaf edən “beynəlxalq əməkdaşlıq” şəraitində kütləvi informasiya vasitələrinin daim “narkoticarətin alt-üst edilməsi” zərurəti barədə danışdığına yalnız heyrətlənmək qalır. Aydındır ki heroinin ticarət marşrutları “yüksək hakimiyyət” tərəfindən müdafiə olunur.
 Meksikadan başqa Cənubu Amerikanın hər yerində kokain hökmranlıq edir. Heroindən fərqli olaraq kokain istehsalı çox sadədir və “yüksək bonzlara” işləyən və onların adından öz üzərinə risq götürmək istəyən kəs böyük sərvətə yiyələnir. Heroin ticarətində olduğu kimi, burada da kənar adamları xoş qəbul etmirlər və onlar tez-tez bədbəxt hadisələrin, ya da ailə “haqq-hesablarının” qurbanı olur. Kolumbiyada narkomafiya sıx bağlı olan bir ailə kimidir. Lakin Mİ-9 döyüşçülərinin (kokain baronlarının şəxsi ordusu) Boqotoda Ədliyyə Nazirliyinin binasına hücum etməsi və məşhur prokuror və hakim Rodriqo Lara Bonillanı qətlə yetirməsi elə güclü neqativ rezonans doğurdu ki, “yüksək hakimiyyət” Kolumbiyada əməliyyatların strukturunu dəyişdirmək məcburiyyətində qaldı.
 Nəticədə Medelin kartelindən Oçoa qardaşları əmlaklarının toxunulmaz qalacağı, şəxsən özlərinə heç bir xətər yetirilməyəcəyi və ABŞ-a təhvil verilməyəcəkləri barədə vəd alaraq könüllü surətdə hakimiyyətə təslim oldular. Öz narkodollarlarını Kolumbiya banklarına repatriasiya edəcəkləri halda onlara qarşı heç bir cəza hərəkəti edilməyəcəyi barədə qardaşlarla sövdələşmə bağlandı. Xorxe və Fabio Oçoa qardaşları, onların başçıları Pablo Eskobar özəl türmələrdə saxlanmalı idilər ki, bunlar daha çox yüksək səviyyəli mehmanxanalara bənzəyir. Onlara elə həmin lüks səviyyəli türmələrdə olmaq şərti ilə iki ildən çox olmayan iş kəsilməli idi. Bu sövdələşmə indiyədək də davam edir. Bundan başqa, Oçoa qardaşlarına öz türmə-hotellərindən “bizneslərini” idarə etməyi davam etrdirmək hüququ verildi.
 Lakin bu o demək deyildi ki, kokain ticarətinin sonu çatmışdır. Əksinə, sadəcə bu ticarət dublyor Kali kartelinə keçdi və bundan “biznesin” mahiyyəti dəyişmədi. “Narkotiklərlə Mübarizə Agentliyi” (NMA) hansı isə qəribə bir səbəbdən Kali kartelini, hər halda lap son vaxtlara qədər, sadəcə olaraq saya almırdı, halbuki bu kartel öz ölçülərinə görə Medelin kartelinə barabərdir. Kali karteli Medelin kartelindən onunla fərqlənir ki, onu zorakılığın istənilən növündən qaçan və razılaşmaları heç vaxt pozmayan BİZNESMENLƏR idarə edir.
 Daha vacib olanı isə budur ki, Kali Floridada iş aparmır. Mənbə xəbər verir ki, Kali karteli kokain biznesinin digər avtoritetlərinə oxşamayan prakrik biznesmenlər tərəfindən idarə olunur. O, hesab edir ki, bu adamlar “məqsədli surətdə təyin olunublar”, lakin bunu kimin etdiyini bilmir. Qeyd olunur ki, “onlar heç vaxt özlərinə diqqət cəlb etmirlər, onlar Xorxe Oçoa kimi dərhal diqqəti özünə cəlb etmək üçün qırmızı “Ferrari”də gəzmirlər, çünki bu cür avtomobillərin Kolumbiyaya idxalı qadağan olunub”. Kali kartelinin bazarları– Los-Anceles, Nyu-York və Hyustondur, bu şəhərlər paralel olaraq həm də heroin bazarıdır. NMA-nın keçmiş əməkdaşlarından biri bu yaxınlarda demişdi: “Kalidən olan bu oğlanlar çox ağıllıdırlar. Oçoa qardaşları ilə müqayisədə onlar başqa cinsdəndir. Onlar professional biznesmenlər kimi hərəkət edirlər. Onlar indi Medelin kartelindən iridir və biz ABŞ-a indiyə qədər olduğundan çox kokain gətiriləcəyinin şahidi olacağıq. Manuel Noryeqanın oğurlanması kokain selinin və pulların çoxsaylı bankları olan Panamadan keçməsini asanlaşdırdı. Corc Buşun “Haqq işi” əməliyyatının yekunu bax budur! Bu əməliyyatın mahiyyəti bundan ibarətdir ki, əvvəllər Oçoa qardaşlarının nəzarəti altında olan Nikolas Ardiqo Barlettin həyatı yüngülləşdi və o, indi Kali kartelinin əməliyyatlarını təmin etməklə məşğul olur”.
 Mütəxəssislər qeyd edirlər ki, Komitet 300 işə müdaxilə edib və Cənubi Amerikada kokain ticarətində bütün nəzarəti öz üzərinə götürüb. Kali kartelinin nüfuzunun artmasının və general Noryeqanın oğurlanmasının başqa izahı sadəcə, yoxdur. Buş Noryeqa ilə bağlı Londondan əmr almışdımı? Belə demək üçün bütün əlamətlər mövcuddur ki, onu Panamaya girməyə və Panamada “ticarətə”, xüsusilə də bank işinə ciddi maneəyə çevrilən Noryeqanı oğurlamağa sözün əsl mənasında MƏCBUR etdilər. Panama əməliyyatının ardınca Fars körfəzində başlanan müharibədə olduğu kimi, yalnız Böyük Britaniyanın Vaşinqtondakı səfirinin bir neçə təkidli telefon zəngindən sonra Buş, nəhayət, general Noryeqaya qarşı tamamilə qanunsuz əməliyyatın həyata keçirilməsi üçün cəsarətini toplaya bildi. Buşun Böyük Britaniya mətbuatı, eləcə də Böyük Britaniya kəşfiyyatının rəhbərlik etdiyi “Nyu-York Tayms” qəzeti tərəfindən dəstəklənməsi faktı özü-özlüyündə hər şeyi bəlli edir.
 Noryeqa bir vaxtlar Vaşinqton isteblişmentinin sevimlisi idi. O, Uilyam Keysi və Oliver Nortla dostluq edir və hətta prezident Corc Buşla da azı iki dəfə görüşmüşdü. Noryeqanı tez-tez Pentaqonda görürdülər və burada ona hansısa bir ərəb hökmdarına olan münasibət göstərilirdi. “Mərkəzi Kəşfiyyat İdarəsi”nin Virciniya ştatı, Lenqlidəki mənzil-qərargahında isə onun ayaqları altına həmişə qırmızı xalça sərərdilər. ABŞ-ın ordu kəşfiyyatının və MKİ-nin ona 320.000 dollar ödədiyinə dəlalət edən sənədli sübutlar vardır.
 Üfüqdə buludlar təqribən, əsas kokain ticarətinin Oçoa qardaşları və Pablo Eskobardan Kali kartelinə keçdiyi vaxt toplaşmağa başladı. Tamamilə gözlənilmədən Noryeqaya qarşı təbliğat kampaniyası başlandı. Bu kampaniyanın başında 1985-ci ildə özünü Ariel Şarona və İsrailin “Histradut” partiyasına satan senator Cessi Helms dururdu. Cessi Helms və onun tərəfdarlarına dəstək “Nyu-York Tayms” qəzetində işləyən Böyük Britaniya kəşfiyyatının cəsusu Saymon Herşdən gəlirdi. “Nyu-York Tayms” qəzeti isə, Mİ-6-nın bossu Uilyam Stefenson RCA kompaniyasının Nyu-Yorkdakı binasını tutduğu dövrdən etibarən, Böyük Britaniya kəşfiyyatının ABŞ-da ruporu olub.

                                                                        (Ardı var)

Комментариев нет:

Отправить комментарий