08.05.2011

“Əkrəm Əylisli “Yazıçı” nəşriyyatını satıb”


Əkrəm Əylisliyə qarşı şok ittihamƏkrəm Əylisliyə qarşı şok ittiham

“Qızıl kəlmə” mükafatının təqdimat mərasimində münsiflər heyətinin üzvü kimi çıxış edən xalq şairi Sabir Rüstəmxanlı xalq yazıçısı Əkrəm Əylislinin ünvanına şok ittiham səsləndirib. “Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən S.Rüstəmxanlı Ə.Əylislini “Yazıçı” nəşriyyatını satmaqda ittiham edib. O, vaxtilə min bir əziyyətlə sözügedən nəşriyyatı qurub-yaratdıqlarını, lakin bu nəşriyyata rəhbərlik edən Əkrəm Əylislinin mədəniyyət ocağını satdığını deyib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli belə deyib: “Yəqin mənim o nəşriyyatı satmağımı Sabir bəy yuxuda görüb. Əgər kimlər üçünsə maraqlıdırsa, mən alqı-satqı sənədlərini ortaya qoya bilərəm. Və bunun belə olmadığı görünər. Yəqin Sabir Rüstəmxanlı bu sözü Anarın xoşuna gəlmək üçün deyib”.
Hazırda ciddi yaradıcılıq işi ilə məşğul olan Ə.Əylisi “Əlimdə bir işim var, ancaq adını demirəm”- deyə bildirib.

Комментариев нет:

Отправить комментарий