Tolstoyun islam və islam mədəniyyəti barədə mülahizələri
![]() ![]() Diqqət çəkmək istədiyimiz ikinci məqam yazıçı əməyinin xarakteridir. Yazıçının böyük tekstoloji iş gördüyü təbii ki, aydındır. Onun Quranla tanışlığı da şübhə doğurmur. Bu barədə onun həyat və yaradıcılığının bütün tədqiqatçıları yazır. Hətta o da məlumdur ki, onunla bir müddət görkəmli azərbaycanlı alim Mirzə Kazımbəy məşğul olub. ![]() İslamın Allah və həqiqəti xüsusi izahını aşağıdakı hekayə ifadə edir. «Allah iki tərəfi də hasarlanmış, pərdələrlə örtülmüş qapıların çıxdığı bir yol yaratdı. Bu yolun əvvəlində «Bu yolla düz gedin və ondan sapmayın»- deyən rəhbər dayanıb. Bu rəhbərdən yuxarıda qapılara istiqamətlənən hər bir insana «Bu qapıdan girməyin, girsəniz çox güman ki, yıxılacaqsınız.» deyən başqa bir rəhbər dayanıb. Və bu yol həyatdır. Ona açılan qapılar Allahın qadağan etdiyi əməllər, qapıları örtən pərdələr Allahın qoyduğu hədlərdir. Birinci rəhbər Allahın sözləri, ikincisi hər bir iman gətirən insanın qəlbində olması fikri Tolstoya çox yaxın idi. Hətta onun bir çox demək olr ki, bütün əsərlərində bədii ifadəsini verir. Allah və insan arasında belə münasibətin dərki müsəlmana bir tərəfdən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq imkanı verir; digər tərəfdən əminlik yaradır ki, Allaha müraciət etmək heç kim üçün heç vaxt gec deyil, hətta ömür boyu öz bütlərinə sitayiş etmiş bütpərəst üçün də. «Allah insanın qəlbindədir»- bu islamdan başqa heç bir dində yoxdur: «Məhəmməd barmağı ilə yerə toxundu, və onun sinəsinə toxunaraq ürəyini göstərib dedi: «Qəlbinin səsini dinlə!» o bunu üç dəfə təkrar etdi və dedi «Xeyirxahlıq sənin qəlbinə mətanət və sakitlik verəndir, şər isə başqaları sənə haqq qazandıranda belə şübhəyə salandır.» (səh. 15) Bu Tolstoy kredosuna çevrildi. O, bütün ömrü boyu yalnız öz qəlbini dinlədi və onun haraylarına, özünün Allah anlayışına tabe oldu. Hətta onu lənətləyəndə də danmadı.Onun bütün qəhrəmanları belədir. Onlar qəlblərinin harayına qulaq asmaq zərurətinə gəlib çıxırlar, çünki o heç vaxt aldatmır. Bu fikir islam baxışları kontekstində çox mühümdür. Tolstoy da ona çox ciddi yanaşırdı. ![]() İslam mentaliteti bilavasitə əbədiyyət haqqında kəlamları əks etdirir. Məsələn, «Qəbir əbədiyyətə doğru ilk addımdır.» (səh.18) Əgər onları diqqətlə oxusan anlayırsan ki, o yəhudi-xristian-müsəlman dünya görüşləri kontekstində qəbirə münasibətdə yeni bir qavram əks etdirir. Məhz qəbirə, ölümə yox. Bəlkə də o, bir qədər buddist baxışlarına bənzəyir, lakin fərq ondadır ki, buddizmdə ümumiyyətlə qəbir yoxdur. İslamda isə qəbir, basdırılma var. Bu Adəmin torpaqdan yaradılmasına inamla bağlıdır. (qədim yəhudi dilində adama-torpaq sözündən) Torpaqdan yaranan torpağa qayıtmalıdır. Anacq bu yalnız bədən üçün təbiidir. Axı yalnız o torpaqdan yaranıbdır. İnsan ruhdur, ruh Allahın yanına qayıdır. Ona görə qəbir ruh və dünyəvi bədəndən ibarət olan üçün əbədiyyətə doğru addım olduğundan o, dünya həyatı kimi ötəridir. O, itməlidir, birinci pillədə heykəl qoymaq və onlara sitayiş etmək və s. Olmaz. Bu pillə zəruridir və itməlidir. Və ya «Ölüm iki dostu birləşdirən körpüdür. » (səh. 18) Dünyəvi həyata münasibət isə belədir: «Bir dəfə Məhəmməd həsirin üstündə yatırdı və qalxanda əyninin çirkləndiyi göründü. Kimsə ona dedi: «Ey Allahın Elçisi, axı sən istəsə idin o sənə yumşaq yataq göndərərdi.» Məhəmməd dedi: «Bu dünya mənim nəyimə lazımdır? Axı mən buarda ağacın kölgəsi altına girmiş və tezliklə oardan çıxacaq bir səyyaham.»» (səh.25) İslam biliyə çox böyük əhəmiyyət verir. «Elm» işıqla eyniləşdirilir. Bütün islamşünaslar nəzərə çatdırır ki, islamda bilik kultu ayradılıb. Onun zəfəri öz unikal antik mədəniyyətini xilas etməyə, bəşərin Renesans dövründəki sonrakı inkişafının bazasını yaratmağa imkan verdi. ![]() Rafiq Manaf oğlu Novruzov filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tərcümə kafedrasının müdiri |





CHOX SAVADLI VE INSANI SEXSDIR
ОтветитьУдалитьCox gozel sexsiyyetdir,isini ela aparir,Aristokrat vesemimidir.Ocen tolkoviy celovek.
ОтветитьУдалить