15.05.2011

MİSİR XALQI İSLAM DÖVLƏTİ İSTƏYİR

                          Misirlilərin çoxu ölkədə İslam hökumətinin qurulmasını istəyir



FaktXeber.com-un verdiyi məlumata görə, "Press TV"-nin Misirdə apardığı sorğu zamanı  məlum olub ki, misirlilərin çoxu ölkədə İslam hökumətinin qurulmasını istəyir. "Əl-Əhram" qəzetinin verdiyi məlumata görə, sorğuda iştirak edənlərin 60 faizi ölkədə islam dövləti olarsa demokratiyanın bərqərar olacağına inandıqlarını deyiblər. Respondentlərin 24 faizi İslam qanunları olmadan "demokratik dövlətin" qurulmasını, 4 faizi dünyəvi dövlətin yaranmasını, 3 faizi isə hakimiyyətin hərbçilər tərəfindən idarə olunmasını istədiklərini bildirib.
Qeyd edək ki, bu sorğu Misirdə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən tarixi xalq inqilabından 2 ay sonra aparılıb. Mübarək rejimini devirəndən sonra Misir xalqı ölkədə azad və düzgün seçkilər keçirmək niyyətindədir.

Комментариев нет:

Отправить комментарий