15.05.2011

MOSSAD KOSMOSA UÇUR

Hərbi Hava Qüvvələri bildiriblər ki, hazırda orbitdə 6 "nəzarətçi peyk" var, onlardan 4-ü dövlətə, 2-si isə xüsusi şirkətlərə aiddir



FaktXeber.com-un verdiyi məlumata görə, İsrail rejimindən verilən məlumata görə, çox böyük məbləğ tutan bu çoxillik «peyk-cəsus» layihəsi «müdafiə» üçün nəzərdə tutulub. Bu peyklər 24 saat İran və başqa «İsraili maraqlandıran zonaları» izləyəcək. İsrail peyklərininə cavabdeh olan Hərbi Hava Qüvvələri bildiriblər ki, hazırda orbitdə 6 «nəzarətçi peyk» var, onlardan 4-ü dövlətə, 2-si isə  xüsusi şirkətlərə aiddir. Bu peyklərdən yalnız «TecSar 1» gecə və pis havada ən yüksək keyfiyyəttlə şəkil ötürmə qabiliyyətinə malikdir. Lakin 2008-ci ilin yanvarında xüsusi  məxfiliklə buraxılan bu peyk belə  «maraqlı dairələri» yalnız hər  90 dəqiqəqədən bir izləyə bilər.
Qeyd edək ki, müdafiə qurumları İran və Suriya kimi ölkələri izləmək üçün daha keyfiyyətli və müasir avadanlıqlarla təchiz olunmuş aşağıorbitli peyklər əldə etmək istəyir: «Bizim arzumuz bu bölgələrin real vaxtda videogörüntülərini əldə etməkdir. Hazırda biz hələ ki, hədəflərimizə aid onlarla kadr verə bilər»-deyə isrialli rəsmilər bildirib. Orbitdə olan digər peyklər «Ofek»in 3 seriyasını özündə cəmləşdirir. Onlar 5, 7 və  9 sayları adı altında 2010-cu ilin iyununda buraxılıblar. Bundan əlavə «Eros» seriyasından «A» və «B» ticari peykləri də var.
Ancaq hərbçilər 2009-cu ilin aprelində Hindistandan buraxılan 300 kq olan RİSAT-2 peyki haqqında danışmamağı üstün tuturlar. Bu peyk multispektrli aparutarı radar video-kamera rolunu oynayır.
Qeyd edək ki, kosmik aparatların Hindistandan buraxılmasının İsrail üçün həyati önəm daşıyır. Belə ki, Avropa dövlətləri coğrafi yerləşməsinə görə bu ərazidən «cəsus - peykləri» ancaq Yer kürrəsinin fırlanmasının əksinə tərəf qərb istifamətinə buraxmaq olar. Bu da İran üstündə orbit diapazonunu məhdudlaşdırır. Ancaq Hindistanın cənub qərbində yerləşən Satiş Dxavan kosmodromundan İsrail peykləri şərqə tərəf gedir ki, bu da İranı müşahidə etmək üçün çox əlverişlidir.
Hazırda Müdafiə Nazirliyi Rafael kompaniyasının üzərində işlədiyi texnologiyaya böyük diqqət ayırırlar. Bu texnologiya ilə «cəsus peyklər» kosmodromdan deyil, f-15 reaktiv qırıcılarından buraxılacaq. «Hərbi hava qüvvələri döyüş sahəsini əhatə edəcək çoxlu sayda 100 kq-lıq  peyklər buraxmaq istərdilər»- deyən Müdafiə Nazirliyinin kosmik proqramlar üzrə direktoru Xaim Əşəd, bunu 2010-cu ildə Baş nazir Benyamin Natanyaquya bildirilmiş iddialı planın bir hissəsi olduğunu dilə gətirib. İsrail peyk industriyası üçün növbəti addımı Opsat-3000-lə başlayacaq ki, bu da "Ofek" aparatlarından daha güclü sensorlara malik olacaq.

Комментариев нет:

Отправить комментарий