15.05.2011

TÜRKİYƏ İSRAİLİN "MAVİ-MƏRMƏRƏ" HESABATINI RƏDD EDİB

                          "Mavi Mərmərə" yenidən Qəzzaya yola düşəcək



Türkiyə, keçən ilin mayında Qəzzaya yardım üçün yola düşən «Mavi-Mərmərə» gəmisində baş verən qətliamın araşdırılması üçün istintaq qrupunun tərkibindən çıxacağı barədə açıqlama verib. Bu addıma səbəb kimi isə hesabatın İsrailin lehinə olmasını göstərib.
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyə tərəfinin verdiyi bəyanatda, “Ankara belə hesab edir ki, istintaq qrupu İsrailin nəzər nöqtəsini qəbul eləyib, halbuki İsrail hərbi dəniz qüvvələrinin «Mavi-Mərmərə» gəmisinə hücumu beynəlxalq hüquqların pozulmasıdır”, - deyə bildirilir.
Xatırladaq ki, «Mavi-Mərmərə» gəmisi 2010-cu ilin mayın 31-də Qəzzaya yardım apararkən İsrailin dəniz sərhəddində hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmışdı. Nəticədə 9 Türkiyə vətəndaşı öldürülmüş, onlarla insan yaralanmışdı.
İsrail və Türkiyə layihənin hesabatını BMT-yə təqdim eləyib. Hesabatın yaxın günlərdə dərc ollunacağı gözlənilir. Lakin Türkiyə hesabatda dəyişikliklər olmayacağı təqdirdə, hesabatın dayandırılacağını bildirib.
Hesabatın iyunun ortalarında nəşr olunacağı planldaşdırılır. Qeyd edək ki, yardım karvanını təşkil edənlər 1-ci alınmamış yürüşün şərifinə 2-cini həyata keçirməyi planlaşdırırlar.

Комментариев нет:

Отправить комментарий