16.05.2011

No Comment: Göygölün sonası


oner.blog.com

«Əlimizə keçən faktlar sübut edir ki, xalqın sərvəti olan Göygöl yalnız bir nəfərin istifadəsinə verilib. Göygölü də İlham Əliyev zəbt edibmiş. Ölkə başçısı burada özünə iqamətgah tikdirir.
«Göygöldə İlham Əliyev üçün tikilən nəhəng villanın inşasında çalışan 150 fəhlə girov saxlanılır. Bura sanki konslagerdir. Heç kəsi nə içəri, nə də çölə buraxırlar. Artıq beş aydır ki, fəhlələrin və ustaların əməkhaqqı verilmir. Səsimizi eşidən, tələblərimizə məhəl qoyan yoxdur. İş o yerə çatıb ki, fəhlələrdən biri özünü yandırmaq istədi. Onun əlindən benzin
«butılka»sını zorla aldıq».
                                                                            Demokrat qəzeti
Məlumat çox dəqiqdi. Necə deyərlər, səhih hədisdir. Kütlə buna çox normal yanaşır. Hər biri İlham Əliyevin yerində olsa, Dubayda, Göygöldə özünə mülk alardı. Bu Azərbaycan hakimiyyətinin insanlara qarşı yürütdüyü manqurtlaşma siyasətinin nəticəsidir. Kim bu siyasətin qurbanı olmayıbsa o bizimlədir. Sabah da bizimlə olacaq.
Hasta la victoria siempre!

Комментариев нет:

Отправить комментарий