16.05.2011

İSRAİL HUMANİTAR YARDIM GƏMİSİNƏ ATƏŞ AÇDI

İsrail əsgərlərinin, Qəzzaya yardım aparan Malayziya gəmisinə atəş açdığı bildirilib


FaktXeber.com-un verdiyi məlumata görə, Pardana Qlobal Sülh təşkilatından verilən açıqlamada, İsrail rejiminin donanması, Qəzzaya humanitar yardım aparan gəmini əhatə edərək atəş açıblar. Hadisədə ölən ya da yaralanan olmayıb.

Yardım gəmisində 7 malayziyalı, iki irlandiyalı və 2 hindli könüllüsünün olduğu bildirilib. Gəmi, Qəzzanın dağıdılan kanalizasiya sisteminin yenidən bərpa olması üçün plastik tullantı və su borusu aparırmış.

Комментариев нет:

Отправить комментарий