07.05.2011

Pomada, göz qələmi, dırnaq boyası - POSTMODERN


25 min funt mükafat… 

İngilis rəssam Jozef Turnerin şərəfinə adlandırılan “Turner mükafatları”nın “short list”i açıqlanıb. “Short list”ə düşən iki rəssam – Karla Blek və Corc Şou diqqət mərzkəzindədir. Onlardan biri dodaq boyası, göz qələmi, dırnaq boyası ilə, digəri isə qatarlar və təyyarələri rəngləmək üçün istifadə olunan boyalarla şəkillər çəkir.

Kulis.az-ın “Guardian”a istinadən verdiyi məlumata görə, İngiltərənin müasir incəsənət muzeyi “TATE”in keçirdiyi müsabiqəyə bu rəssamların adlarını arxitektor Martin Boys və rəssam Hilari Lloyd təklif ediblər.

Mükafatın münsiflərindən olan Katrina Braun müsabiqədə “bir rəssam, bir əsər, bir hərəkatın deyil, müxtəlifliklərin daha çox olmasına üstünlük verdiklərini” qeyd edib.

Qeyd edək ki, “Turner mükafatları” 1984-cü ildən verilir. 5 Dekabrda müəyyən olunacaq qalib 25 min funt sterlinq, “short list”ə düşən üç rəssam isə 5 min funt sterlinqlə mükafatlandırılacaq. Məlumat üçün bildirək ki, “Turner mükafatları” laureatları arasında Emin Trasey, Suzan Filips, Riçard Rayt da yer alır.

Günel ƏSGƏRZADƏ

Комментариев нет:

Отправить комментарий