07.05.2011

Yeddi samuraya 60 milyon dollar


Kurasavanın rimeykinin qiyməti bu qədərdir

Tanınmış Hollivud prodüserləri Vaynşteyn qardaşları yapon kinosunun klassiklərindən biri Akira Kurosavanın “Yeddi samuray” filminə rimeyk çəkmək üçün rejissor tapıblar.

Kulis.az-ın Variety nəşrinə istinadən verdiyi xəbərə görə, bu məşhur “Yarış” döyüş filminin rejissoru Skott Mann olacaq.

A.Kurosavanın 1954-cü ildə lentə aldığı “Yeddi samuray” XVI əsr Yaponiyasında baş verir. Vətəndaş müharibəsi zamanı kəndlərdən birininin sakinləri quldurlardan qorunmaq üçün yeddi samuray tuturlar.

Yeni filmdə isə hadisələr Tailandda, müasir dövrümüzdə cərəyan edəcək. Filmin büdcəsi 60 milyon dollardır.


Rəna Nevzat

Комментариев нет:

Отправить комментарий