Hüsamə bin Sərxan Qarazəncir Antimason Lojası
“Bala Putin”
Nə yatmısan, qoca Putin
Çeçen qoynunda-qoynunda.
Qarazəncir gözlər sizi,
Qoyun qoynunda, qoynunda.
Nəmnə boyda polis
Cəlilabad rayon polis şöbəsində Asif adlı təhqiqatçı var. O, hələlik bu dünyada rastlaşdığım ən əzəmətli polis işçisidi. Allah ondan böyüyün (boy mənasında) mənə göstərməsin.Yaxınlarda yolu biz tərəflərdən düşmüşdü. Gart-part, cart-curt... Aramızda yüngülvari anlaşılmazlıq yaşandı və səhərisi gün eşitdim ki, heç bir əsas olmadan kimiməsə yavalıq edib. Buna görə onu qınamıram. Zira, polisin peşəsi yavalıq etməkdir. Hərçəndi səbəbi xoşuma gəlmədi. Guya mən onu həyətimdən qovmuşam. Düzü bir az pərt-fason oldum. Çünki xoşməramlı qonaq-qaranı çox sevərəm və düşmənimi belə qapımdan qovmaram. Bir-neçə saatlıq araşdırma və təfəkkür sərfindən sonra məsələnin mahiyyətini anladım. Heç demə Asif kimi polis əməkdaşı həyətinə təşrif buyuranda ən azı ayağının altında xoruz kəsməliymişsən. Ay sənin xoruzun ölsün, cənab təhqiqatçı! Xoruz çox iridi, sənin kimisinə heç sərçə kəsmərəm. Amma yaxşılara qoç da qurbandı, üstəlik öküz də. Söz yox ki, nə xoruzum var, nə də öküzüm. Mənim ən qiymətli varidatım “lojam”dır ki, o tozlu “loja”da özümdən savayı heç kim oturmaq istəməz. Çoxdan canı çıxmış “Moskviç-412”-nin sidelniki. Necədi, brat?
...Nə vaxtsa mason olmaq istəyirdim. Fəqət, istəmək azmış, həm də hər şey istəməklə düzəlsəydi, hörmətli Fəzail Ağamalı “Ana Vətən” yox, “Papa Vətən” partiyası yaradardı. Əstəğfürullah, Fəzail bəyi qınamıram, başqa cürə mümkünsüz. Çünki Vətən həmişə anadır və o ananı erməniyə, rusa, yəhudiyə satmağın hər zaman yeri də, alıcısı da olub.Kişi ona deyərəm papasını satsın.
“Bala Putin”
“Papa” dedim, köhnə dərdim təzələndi, yadıma Andrey düşdü. Axı mən rus kəndində doğulmuşam. Bir zamanlar bu kəndin adına Andreyevka deyərdilər. Çox bərəkətli, abırlı kəndlərdən biri, bəlkə də birincisi idi.Sonra hansısa gözəgörünməz qüvvə SSRİ adlı nəhəng imperiyanı çökdürdü. Əvvəlcə heyvandarlıq fermalarındakı yaraşıqlı “ərəsey” cöngələri, ardından əslən “ərəsey”lilər kəndimizdən qeybə çəkildi. Bir də ayıldıq ki, “orıs” köçüb, yurdu çöküb. Dinimiz, mədəniyyətimiz, bərəkətimiz onlarla getdi, brat. Bəlkə də nə vaxtsa hər şeyi qaytarmaq olacaq, amma nə mən, nə Sveta adlı sarışın “orıs” balası heç vaxt əvvəlki əhvalımızda olmayacağıq. Ruslar bizə çox şeylər öyrətdilər: ov etmək, balıq tutmaq, üzüm əkmək, kitab oxumaq, hamamda çimmək... Hər dəfə yaz gələndə əhvalım dəyişir, özümü həddindən artıq nodərəmət hiss edirəm. Kəndin siması büsbütün dəyişib öz yerində, keçmiş iyindən əsər-əlamət qalmayıb. Hər il bu vaxtlar vəhşi sarıçiçəyin, yerli qızılgül və yasəmənin qoxusu atlını atdan salar, göydəki quşları yerə endirərdi. Rusun qızartdığı kartofun, xüsusi üsulla bişirdiyi çörəyin iyi və dadı insanı vəcdə gətirərdi. “Samadelni” çaxırla qaynadılmış yumurtanın özgə ləzzəti vardı. Qaynadılmış kartof, çəllək şorabası, yanında da yarım letr samaqon və daha nələr, nələr...
... İndi də həmin kənddə yaşayıram. Artıq adına Qarazəncir deyirlər. Durumu heç də yaxşı deyil. Ruslardan qalma ənənə və metodları dağıtsaq da, yenisini tapa bilməmişik. Bir yandan da yayda istisinə, qışda soyuğuna tab gətirə bilmədiyimiz daş hasarlar birliyimizi, səmimiyyətimizi aradan qaldırıb. Gopsuz-filansız, rusa ehtiyacı var bu kəndin. Onlarsız heç nə alınmır, brat! Vallah alınmır, billah alınmır! Taxıl əkirik baş açmır, kartof əkirik dib bağlamır, pomidoru, qarpızı, xiyarı,- deyirsən bəs kauçukdu.Toyuqlarımız yumurtlamağı tərgidib, mal-qoyunlarımız vaxtlı-vaxtında kayflansada doğmaq istəmir. Sanki “abort” elətdirirlər. Bir sözlə heçliyin bir addımlığındayıq. Bəla odur ki, özümüz də heçik. Heçin heçliyə düşməsi isə daha böyük faciədir. Bir zamanlar bu kənddə yaşamış, hal-hazırda Rusiyanın müxtəlif ərazilərinə səpələnmiş rus bacı-qardaşlarımı yenidən kəndimizə dönməyə səsləyirəm. Qayıdın və görün, bir zamanların Andreyevkası, bu günlərin Qarazənciri nə gündə və nə rusigardadır. Qorxmayın, qayıdın! Artıq kəndimizdə AXC adına heç nə və heç kim yoxdur. İndi “Bala Putin”imiz var. Rusiyada yaşayıb fəaliyyət göstərsə də kəndlə əlaqəsini kəsmir. Hər il ən azı iki ay kənddə olur və bu mqddət ərzində yaxınlarının problemlərini həll edir, xeyir işlərini ən yüksək səviyyədə yola verir. “Bala Putin”in səxavət və xeyirxahlığından vəcdə gələn qohum-əqrabası, o, aeroporta çatmamış tələsik girişir problem axtarmağa, ya da sünnət toylarına səbəbkarlıq edəcək yeni uşaqların tədarükünə. Qız alıb-qız vermək məsələsini ona görə qeyd etmədim ki, bu sahədə hələlik boşluq var. O mənada ki, “Bala Putinin” nə vaxtsa “dədə” Putinin qəzəbinə tuş gələcəyindən ehtiyyatlanan qohum-əqrabası, bu sayaq işlərini tez-tələsik yoluna qoyublar ki, işdi-çayət “bala Putin”in başına bir iş gəlsə, ürəkləri ağrımasın. Bir sözlə, kənd sakinləri onun gəlişindən bir xeyir görməsə də, yaxınları əməlli-başlı şellənir. Əslində onu yaxınlarına qarşı səxavətli və diqqətcil edən arvadıdır. “Bala Putin” özü “nastoyaşı” qarabala olsa da, həyat yoldaşı “çisti krovnı” sarıqulaqdı. Allah üzünə baxıb, arvadı azəri-türkü olmayıb. Olsaydı, ya özünü yandırıb havaya sovurar, ya da cırıq-cırıq edib itlərə yedizdirərdi.Sirr deyil ki, azəri arvadların əksəriyyətinin əxlaqında ərin ata-anasına, qardaş-bacısına qarşı ad tapa bilmədiyim “fobiya” mövcuddur və bəlkə də Vətənin “papa” yox, Ana adlandırılmasının gerçək səbəblərindən biri də budur.
YAZININ “DABAN”I:
...Əslində Ramiz müəllim deyəni Əvəz Zeynallı da deyir, cənab Putin! Sadəcə Əvəz bəy xurallara, Ramiz müəllim dövlətinə güvənir deyə, məsələ qəlizləşir. Amanın günüdü, birdən “Xural”dan və xuralçılardan qorxub Qarazəncirə gəlməzsiniz. Xahiş edirəm belə iş tutmayasınız. “Klyanus materyu”, Əvəz bəyin PA rəhbərliyində zərrə qədər də gözü yoxdu ki, Ramiz müəllim Əvəz bəyin “Xural”ına və mülkiyyətinə göz diksin. Həm də İlham Əliyev kimi Prezidentimiz varkən, “ədalətin zəfər çalacağına” inanır və bütün hallarda son söz sahibinin Prezidentimiz olduğuna güvənirik.
...Mason ola bilməyən bütün antimasonları Qarazəncir kəndinə dəvət edirəm. Gəlmək istəyənlər özləri ilə 3 manat pul götürməyi unutmasınlar. Əks halda, ac qalacaqlar.
Комментариев нет:
Отправить комментарий