Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının xətti ilə Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı işıq üzü görüb.
DAK-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, kitabın nəşrinə təşəbbüskarlardan biri Elşad Ərşadoğlu bildirib ki, 28 May Respublika günü münasibətilə nəşr olunan kitaba marağın və sifarişlərin səviyyəsini nəzərə alıb kitabı ilkin mərhələdə 500 tirajla nəşr etdiriblər.
Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Məqalələrdə Rəsulzadə XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.
Kİtab Azərbaycan tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.
Nərgiz Ehlamqızı

Комментариев нет:
Отправить комментарий