04.05.2011

SƏDDAMIN ÖLÜMÜNDƏN QABAQ YAZDIĞI MƏKTUB

O, ömürünün son günlərində Ərəbistan şahına yazdığı məktubda, Küveytə hücumu ABŞ-ın əmriylə etdiyini deyib



FaktXeber.com-un “Ən-Nəxil” saytına istinadən verdiyi məlumata görə, diktator Səddam Hüseyn ömrünün sonunda Ərəbistan şahına yazdığı məktubda, bir sıra məsələlərə aydınlıq gətirib. O, Kral Abdullaha göndərdiyi məktubda salamlaşdıqdan sonra belə yazıb:
“Mən ilk günlərdən amerikalılarla əlbir olub onların alətinə çevrilmişəm. 1990-cı ilin iyul ayında Amerikanın o vaxtkı səfiri April Glaspie ilə görüşdüyüm zaman o, mənə Küveytin İraq tərəfindən işğal edilməsinə işarə edərək dedi ki, “Biz sənin ərəb ölkələri, xüsusilə də Küveytlə problemlərindən xəbərdarıq.” Səfir bu sözü dedikdən sonra gülümsündü və mən başa düşdüm ki, bu məsəslədə Amerika ilə bizim fikrimiz üs-üstə düşür. Elə buna görə də bir həftə sonra mən Küveytə hücum etdim. Amma bu zinazadələr sonradan fikrlərini dəyişərək bütün güclərini mənə qarşı səfərbər etdilər. Bu hücumdan sonra onlar İraqa hücum etdilər. “Əl-imarə” sıxınacağını bombalayaraq orada olan bütün qadın və uşaqları diri-diri yandırdılar”.
Diktator Səddam kral Abdullaha xitabən həmçinin yazır ki: “Amerika mənə xəyanət etdi. Məni İranla müharibəyə vadar etdilər. Sonradan isə məni tək qoydular. İndi isə məni bu günə salıblar. Səndən istəyim budur ki, mənim amerikalılarla müttəfiqliyimdən dərs götürəsən. Onlar heç zaman bağladıqları əhdə vəfalı deyillər. Onlara lazım olsa səni də mənim günümə salıb ölkəni qarət edəcəklər. Sənə tövsiyəm budur ki, onlardan bacardığın qədər uzaq durasan”.
O, məktubun sonunda diktator dostuna xitabən belə bildirir ki: “Vəhhabi əqidəsi sənin əlində ən yaxşı vasitədir. Bundan lazımınca yararlanmağa çalış. Cavanların boş-boş işlərlə məşğul olmağına imkan vermə. Onlara bu əqidəni diktə etməklə öz gücünü artır”.

Комментариев нет:

Отправить комментарий