03.05.2011

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ RÜŞVƏT İÇİNDƏ...

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ RÜŞVƏT İÇİNDƏ...Rektor Nadir Qəhrəmanov rüşvət pulları ilə özünə bina tikdirir



Sumqayıt Dövlət Universiteti ölkəmizin ən iri ali təhsil müəssisələrindən biridir. 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağında 6 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən özbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyintiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuzluqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi.
 Lakin rektorun dəyişməsin də universitetin normal vəziyyətə düşməsinə, təhsil müəssisəsində baş alıb gedən rüşvət hallarının dayanmasına təsir etmədi. "Gələn gedənə rəhmət oxutdurar" prinsipi Sumqayıt Dövlət Universitetində də keçərli oldu və yeni rektor Nadir Qəhrəmanov keçmiş həmkarını mumla aratdırdı.
Universitetdəki bütün vəzifələri pulla satan rektor təyinatından sonra nəinki keçmiş özbaşınalıqları aradan qaldırdı, hətta daha da xaos yaranmasına şərait yaratdı. Universitetdə dekan vəzifəsindən tutmuş, gözətçi vəzifəsinə qədər hər şeyi pulla satan rektor heç kimi saya salmadan qanunsuz əməllərinə davam edir.
Deyilənə görə, tələbələr arasında "Qəssab" ləqəbi ilə tanınan rektorun ötənilki məzunlara diplomu 700-1000 manat arası qiymətə satdığı bildirilir.
 Universitetdə oxuyan tələbələrdən aldığımız məlumata görə, bu il dövlət imtahanı verən bütün tələbələrdən məcburi qaydada 300 manat pul alınıb. Universitetin pedaqoji fakültələrini bitirərək dövlət tərəfindən azad təyinat alan məzunların yeni işlərinə təyin olunması üçün rektora aşağısı 500 manat xərac verməsi lazımdır.
 Məlumatlı şəxslərin sözlərinə görə, Nadir Qəhrəmanov yığıdığı pulları daşınmaz əmlaka yatırmağı üstün tutur. Belə ki, məlumata görə, rektor rüşvətlə yığıdığı pullara elə, universitetin yanındakı boş ərazidə 12 mərtəbəli bina tikdirir.
Əldə etdiyimiz məlumatlara görə şəhərin yeni icra başçısı Eldar Əzizov bütün bunlardan xəbər tutub və rektora öz işləri ilə məşğul olması xəbərini yollayıb. Bundan əndişələnən N. Qəhrəmanov isə onunla dil tapmaq üçün elçilər yollamağa başlayıb. Daha geniş məqaləni növbəti sayımızda oxuya bilərsiniz.



"Bizim dövr"

Комментариев нет:

Отправить комментарий