07.05.2011

"Teymurləng" kitabı 660 min dollara, “maşınka” isə 250 min dollara satıldı!


Makkartinin makinəsi demək olar ki bunun eynidir.
Rövşən Qənbərov    azadlliq.org

Amerika yazıçısı Kormak Makkartinin ən məşhur əsərlərini yazdığı makinə Kristi auksionunda 250 min dollara satılıb. Halbuki makinəyə 15-20 min dollar qiymət qoyulmuşdu. 

Makinə hərraca çıxarılarkən Kristi elan etmişdi ki, yazıçı makinəni alacaq şəxsi təşəkkür üçün nahara dəvət edəcək.

Yazıçı «The Road» və «No Country for Old Men» əsərlərini də məhz 1958-c ilin “Olivetti” makinəsində yazıb.

Satışdan əldə edilən gəlir yazıçının yaşadığı Nyu Meksiko ştatındakı Santa Fe Institutu adlı qeyri-kommersiya təşkilatına yardım üçündür.

76 yaşlı yazıçının özü də həmin ştatda yaşayır.

O, vaxtilə makinəni 50 dollara alıb.

Yazıçı bunun əvəzində oxşar modeldən olan makinəni bu yaxınlarda dostu vasitəsilə 11 dollara tapıb.

Kormak Makkarti “Road” əsərinə görə 2007-ci ildə Pulitser mükafatı alıb. Onun «No Country for Old Men» əsəri əsasında çəkilən film isə 2007-ci ildə “Oskar” mükafatına layiq görülüb. .

O güşənişin həyat tərzi sürür.

Bu arada Edqar Alan Ponun ilk kitabının (“Tamerlan”) nadir nüsxəsi rekord qiymətə - 662 500 dollara satılıb. Bu Amerika ədəbiyyatı tarixində bir kitaba verilən ən yüksək qiymətdir.

Bu kitab da Kristi hərracında satılıb. Əvvəlki rekord elə həmin kitabın 20 il qabaq satılan nüsxəsinə aiddir.

40 səhifəlik şeir kitabı 1827-ci ildə nəşr edilib. 

Комментариев нет:

Отправить комментарий