10.05.2011

TƏHRİR MEYDANINDAN QƏZZAYA YÜRÜŞ OLACAQ

Ərəb dünyasının gənclər təşkilatları may ayının 14-də Misirdə yerləşən Təhrir meydanından Qəzza zolağına yürüş edəcəklər



FaktXeber.com-un verdiyi məlumata görə, beynəlxalq təşkilatların dəstəklədiyi milyonlarla insan yürüşü, "milyonların Qəzzası" şüarları altında həyata keçiriləcək.

Ərəb dünyası tərəfindən "böyük fəlakət" olaraq adlandırılan İsrail rejiminin yarandığı günü olan 14 mayda təşkil olunacaq yürüş, Təhrir meydanından başlayaraq Qəzzada keçiriləcək mitinq ilə sona çatacaq. Digər tərəfdən bəzi gənclər təşkilatları həmin gün İsrail səfirliyi qarşısında aksiya keçiricəklər. 

Təhrir meydanında başlayacaq yürüşdən sonra, Süveyş şəhərinə avtobuslarla səfər edəcək nümayişçilər,oradan Qəzza şəhərinə keçəcəklər.

Misirli gənclər etdikləri bu yürüşdə İsrailə istədikləri sözləri deyəcəklərini  bildiriblər.

Комментариев нет:

Отправить комментарий