10.05.2011

NYU-YORKDA İKİ TƏYYARƏ TOQQUŞUB

                           Qəza zamanı təyyarələrin hər iki pilotu həlak olub

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-ın Nyu-York ştatındakı meşəlik olan ərazinin üzərində iki kiçik təyyarə toqquşub. Qəza zamanı təyyarələrin hər iki pilotu həlak olub. Yerli polis hadisə ilə bağlı bildirib ki, hər ikisi bir motorlu, dörd nəfərlik olan "Pipers" tipli təyyarələr, Nyu-Yorkun təxminən 100 kilometr şimalındakı Nyu Hampton kəndi üzərində qəzaya uğrayıb.

Qeyd edək ki, təyyarələrdən birinin alovlanaraq yandığı bildirilir. Hələlik iki təyyarənin hansı səbəbdən toqquşduğu  məlum deyil. Hadisə ilə əlaqədar istintaq gedir.

Комментариев нет:

Отправить комментарий