15.05.2011

Təzəxan Mirələmli təhsil nazirini məhkəməyə verir

“Vasif Mirələmovun səhhəti yaxşıdır, istintaq aparılması üçün bu gün Cəlilabada yatab olunması gözlənilir”. Bu barədə “Turan”a aprelin 5-də Cəlilabad şəhərindəki 7 saylı məktəbdə qətl hadisəsinə görə ittiham edilən V.Mirələmovun atası Təzəxan Mirələmli bildirib.

AXCP Cəlilabad rayon təşkilatının sədri T.Mirələmli V.Mirələmovla bağlı istintaq hərəkətlərinin sonuncu dəfə bu il aprelin 5-6-da aparıldığını nəzərə çatdırıb. T.Mirələmli qeyd edib ki, V.Mirələmov yetkinlik yaşına çatmadığı üçün bəzi telekanalları onun sifətini açıq göstərdiklərinə görə məhkəməyə verməyə hazırlaşır. O, bu faktı Azərbaycanın da qoşulduğu uşaqlar və yeniyetmələrlə bağlı Avropa Konvensiyasının müddəalarının pozulması kimi dəyərləndirib. 
T.Mirələmli Ictimai Palatanın 2 aprel aksiyasında iştirak etməsilə bağlı Cəlilabadın Fərzili kəndində dərs dediyi məktəbdə müəllimlikdən azad edilməsi, təhsil naziri Misir Mərdanovun aksiyaya “dövlət əleyhinə mitinqlər” söyləməsi ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşdığını qeyd edib. “Deyəsən, təhsil naziri vətəndaş hüququ ilə dövlət əleyhinə olan fəaliyyəti bir-birindən ayırd edə bilmir və bu cümləsi ilə hakimiyyətin aksiyalara bəslədiyi əsl münasibəti üzə çıxarır", - deyə T.Mirələmli qeyd edib.

Комментариев нет:

Отправить комментарий