09.05.2011

YAĞMUR


Elnur Astanbəyli

 (Günel üçün)

bu gün getmə bu gün qal
sabah günəş doğmadan gedərsən
günəş doğmadan arxana baxmadan
bir tanış qəzet köşkünə
vida məktubu buraxmadan
quşlar yuvadan çıxmadan gedərsən
bu gün getmə bu gün qal

bu gün qal
qal, son dəfə mən səni
kilidlənmiş dodaqlarla öpmək istəyirəm
qapanmış gözlərlə baxmaq istəyirəm sənə
hələ yazılmamış şeir kimi oxumaq
hələ çalınmamış şarkı kimi
dinləmək istəyirəm səni
bu gün getmə

getmə
sabaha yağmur söyləmiş sinoptiklər
qal... yağmur başlayınca gedərsən
yağmur başlayınca-
ağlyaraq getməyini
istəmirəm çünki!..

Комментариев нет:

Отправить комментарий