09.05.2011

VƏHHABİLƏR MƏSCİDƏ HEÇ KİMİ BURAXMIR

Qəsəbədə dini kəsim arasında sayca çox olan vəhhabilər, tez-tez yerli sakinlərlə, o cümlədən dindarlarla qarşıdurma yaradır



Ötən həftə Müşfiqabad qəsəbəsində yerləşən məscidin bağlanması ilə bağlı məlumat vermişdik. İbadət ocağının bağlanması ətrafında gəzən söz-söhbətlərdən sonra, məscidin rəhbərliyi haqqında növbəti özbaşınalıq haqqında redaksiyamıza məlumat daxil olub. FaktXeber.com-un redakiyasına zəng edən Qaradağ rayonun Müşfiqabaq qəsəbə sakini, məsciddə vəhhabilərin öz başınalıq edərək, məzhəblər arasında ayrı-seçkilik saldığını bildirib.
“Biz may ayının 8-i İslam Peyğəmbərinin(s) qızı həzrəti Fatimə (s.ə)-nın vəfat gününü qeyd etmək üçün məscidin İmamı Mübariz Qaçayevə müraciət etdik. Qeyd edim ki, məscidin hazırki icması qeyri-qanuni fəaliyyət göstərir və rəsmi bir qeydiyyatı yoxdur. İcmanın 10 üzvündən 5-i şiə məzhəbinin, 5-isə vəhhabi məzhəbinin nümayəndələridir. Biz Mübariz Qaçayevdən icazə istədik ki, may ayının 8-i məsciddə həzrəti Fatimə (s.ə)-nın vəfat günü ilə əlaqədar mərasim keçirmək istəyirik. O, bizə cavabında İslam dinində belə bir şeyin olmadığını və bu işin bidət olduğunu bildirdi. Biz də bildirdik ki, bu sizin əqidədə bidət hesab oluna bilər, lakin İslam dinində bidət deyil. Sonra Mübariz Qaçayev dedi ki, onda siz gözləyin biz aidiyyatı orqanlara müraciət edək, sonra sizə bir cavab deyərik. İki gün biz gözlədikdən sonra cümə günü yenidən məscidin İmamının yanına getdik. Biz artıq həmin gün tədbirlə əlaqədar qəsəbə sakinlərinə xəbər verərək hazırlıq işləri görmüşdük. Şam namazında məscidə gəldikdə bizə Mübariz Qaçayevin həmişə yanında olan  Etibar adlı bir şəxs yaxınlaşaraq belə bir mərasimin təşkil olunmasını bidət olduğunu və buranın sələfilərin məscidi olduğunu bildirdi. Məclisdən bir gün qabaq bizim uşaqlara xəbər göndərdilər ki, əgər siz mərasim keçirməyə gəlsəz, biz də hazırlıqlı gələcək və burada qarşıdurma olacaq.  Bundan sonra dini komitənin qaynar xəttinə müraciət etdik. Bizə bildirdilər ki, tədbirin keçirilməsi haqqında onlara Mübariz Qaçayev tərəfindən heç bir müraciət ünvanlanmayıb. Dünən mərasimi keçirmək üçün məscidə gəldik. Məscidə qapıları səhərdən etibarən bağlanmışdı. Məscid ayın 8-i bütün günü bağlı qaldı. Bu gün səhər sübh namazında açılıb. Onu deyim ki, burada məscidə yığışan sələfi əqidəli şəxslər konkret bizi müsəlman kimi qəbul etmir, bizi bidət əhli və müşrik kimi qəbul edirlər. Həftənin cümə günləri ölkənin  müxtəlif regionlarından məscid insanlar axışır. Burada qeyri-qanuni olaraq dərslər keçirilir. Bizə qarşı edilən rəftarla əlaqədar polis və digər rəsmi dairələrə müraciət etmişik”-deyə Rauf Əhmədov adlı sakin bildirib.
Qeyd edək ki, Müşfiqabad qəsəbəsi son zamanlar vəhhabi əqidəsindən olan insanların məskəninə çevrilib. Qəsəbədə dini kəsim arasında sayca çox olan vəhhabilər, tez-tez yerli sakinlərlə, o cümlədən dindarlarla qarşıdurmalara girirlər. Ötən illər ərzində qəsəbədə bir neçə dəfə vəhhabi əqidəsindən olan sakinlərlə yerli dindarlar arasında qarşıdurma olub. Lakin yerli polisin müdaxiləsi ilə hər dəfə bu qarşıdurmaların qarşısı alınıb.

Комментариев нет:

Отправить комментарий