Pərviz Sadıqov
Bu insanlar adətən xırıltılı səslə danışırlar. Səbəbini bilmirəm, sadəcə küçədə insanın qarşısıma çıxaraq çox vaxt bu səs tonuyla müraciət edirlər. Eyni zamanda gözlərində, üzlərində bir qədər yazıq ifadəylə yanaşı, diqqət etsəniz, hiyləgərliyi də sezmək mümkündür. “Qədeş”sayağı təsbeh fırladanlar da, tərk edilmiş ismətli qadın rolunu oynayanlar da var. Adi dilənçilərdən fərqli olaraq onlar çox səliqəli geyinirlər, hərdən eynək də taxırlar, ya da əllərində diplomat olur. Bu surətlə kiməsə yaxınlaşanda onların dilənçi ya da fırıldaqçı olduqlarını zənn etmək olmur. Bəzən yaxınlaşıb uzun uzadı söhbət edir, anadan olmasından tutmuş bugün burda necə olmağına kimi danışır, sonra da bir manat istəyib uzaqlaşır.
Ya da əvvəlcə əlaqəsiz cümlələrlə diqqət çəkirlər, adam da dərhal “təkər”ə düşüb “nə deyirsiz?” soruşan kimi onlar da ikinci mərhələyə keçirlər.
Bakıda əvvəllər qaraçılar, küçə alverçiləri qarşını kəsib məcbur şəkildə ya nəyisə satırdılar ya da falına baxmaq üçün minbir oyundan çıxırdılar. Bir qədər əvvəl isə şəhərdə Çindən gələn alverçilər tüğyan edirdi. İndi isə dilənçiliyin yerli forması mövcuddur. Səhər durub, bəzənib-düzənib, “işə gedirəm” deyib, şəhər sakinlərini aldatmaq… İş o yerə çatıb ki, həqiqətən də köməyə ehtiyacı olanlarla onları ayırmaq olmur.
I EPİZOD. Bir dəfə Milli Bankın hələ qabağındakı parkda üzü-gözü sarğılı, təkcə gözləri və ağzı görünən bir cavan oğlan mənə yaxınlaşıb, “qəzaya düşmüşəm, həkimdən gəlirəm, evə getməyə pulum yoxdur, heç kim də yoxdur ki qabağıma gəlsin” deyərək 1-2 manat pul istədi. Deməli, bu zaman xırda detallara fikir vermək lazım idi ki, onun yalan dediyini bilim. Dəfələrlə olub ki, yalan dediyini bilsəm də, qəpikdən, manatdan vermişəm. Bu isə çox fərqli idi, çünki bu “mədəni dilənçi” artıq qabaqdangəlmişlik edərək “hücuma keçmişdi”. “Bu adamların zayı çıxıb lap, köməyə ehtiyacı olana bir manat vermək nədir ki” deyib əlini qolunu ölçərək. üz sarğısının sadəcə görünüş üçün bağladığını sübut edirdi. əgər üzü bu qədər sarğılıdırsa deməli onun üçün danışmaq çox çətin olmalıydı, ya da sarğıdan biraz da olsa qan görünməliydi, ya da nə bilim sarğı mumiya kimi olmamalıydı. Həm də qəzaya təkcə başı düşməyib ki Ona pul verə bilməyəcəyimi deyəndən sonra deyinə-deyinə getdi. Və bir anlıq fikirləşdim ki, bəlkə, yanıldım. Özümü günahlandırardım, amma iki gün sonra o insanı yenə eyni vəziyyətdə eyni parkda görməsəydim…
II EPİZOD. Təxmini iki-üç il əvvəl yay gecələrinin birində parkda oturub siqaret çəkirdim.
– Oturmaq olar?- səsə tərəf dönmədən “təbii ki” deyib telfonumla qurdalanırdım. Səsindən hiss etdim ki yaşlıdır. Bir az sonra söhbəti Qarabağdan saldı.
- Tez-tez gedib gəlirdim, sora müharibə başladı, amma yenə də gedirdim vertalyotla, pilot idim…
- Veteransınız?
- Yox, müharibə vaxtı pilota ehtiyac vardı, burdan ora ərzaq, ordan bura isə qadınları, uşaqları və aralarında gizlənmiş kişləri gətirirdim.
- Müharibədən sonra neynədiz bəs?
- Heç, Neft Daşlarında işlədim uzun müddət, sonra işdən çıxardılar.
- İndi?
- İndi də, heç, evə pul gətirmirəm deyə arvad da tərəfimi saxlamır, oğlum-gəlinim qovur məni…
- Niyə qovurlar ki?- üstündən gələn araq iyindən hiss olunurdu ki, özündə də az yoxdur- bəs pensiya almırsız?
- Hə, alanda gedə bilirəm.- həvəsim olsaydı daha çox danışdırardım, amma nədənsə davam eləmək istəmədim. Və eşitdiyim bir cümlə bu qədər söhbətin bütün aurasını dağıtdı.
- Bir-iki manatın olmaz dayıya kömək edəsən?
III EPİZOD. – Salam,qaqaş. Kəndə (və ya Sumqayıta) getməliyik avtobusa pulumuz yoxdur, qardaşlarıva bir manat kömək edə bilərsən?
Ən çox rastlanan variantdır. Amma dəfələrlə eləsinə pul verdiyim olub. Hətta inandığım da olub, amma sabah yenə mənə yaxınlaşıb, tanıyanda isə qaçıb.
Və yaxud da:
- Qıznan restorana getmişik, pulum çatmayıb, qızın yanında biabır olmamaq üçün pul lazımdır, içəridə məni gözləyir…- bu tip insanlar da həmişə son dəbə uyğun geyinirlər.
- Salam, cavan oğlan, “podruqalarımla” marşruta minməyə pulumuz çatmır, kömək edə bilərsən?- cavan, qəşəng bir qız və ondan arxada duran daha üç qızı göstərərək demişdi bunu.
IV EPİZOD. İndi danışacağım hal isə ən az rast gəlinəndir, ya da mən cəmi bir dəfə rastlaşmışam. Bir kişi, bir qadın və yanlarında balaca bir qız. Qadın yaxınlaşaraq dedi:
- Qızım xəstələnib, nəzir etmişik ki, dərman pullarını dilənib qapı-qapı yığmalıyıq.- Uşağın üzündə isə xoşbəxt bir ifadə vardı, ata-anasının (elədirsə) bu mənasız oyununu yəqin ki, anlamır. Çıxarıb əlli qəpik verirdim ki, “bir manatdan nəzir eləmişik e, mümkünsə…”- deyən qadının üzünə baxıb, nəysə deyib uzaqlaşdım. Bu nəzir məsələsi nəydi elə, hansı dinə qulluq eliyirlər bunlar, bu cür absurd pul qazanma üsulu kimin ağlına gələ bilərdi. Həyatımda bu cür axmaqlıq görməmişdim.
V EPİZOD. – Qardaşımsan, maşın dayanıb orda, benzinə pulumuz çatmır ki, evə gedib çıxaq. İstəyirən, ala telfonumu da saxla, sabah zəngləşib götürərəm. Lap otur maşına, hara lazımdırsa aparım. Amma benzin vurmaq lazımdır.
Onlara pul verib vermədiyimi xatırlamıram. Çünki çox vaxt onların yalan danışdığını bilsəm də, üstümdə pul olanda onalrdan tez uzaqlaşmaq üçün bu yolu seçmişəm. Cəmi bir dəfə bir qaqaşdan israrla soruşdum ki, pulu neynirsən düzün de. Vallah ciddi səbəb falan deyildi, nəysə…
Əminəm ki, şəhərin mərkəzində elə insanlarla qarşılaşmayanlar yoxdur. Bəzən yazığınız da gəlir, istər istəməz inanırsız, ya da heç cavab vermədən keçirsiz. İndi o da baxır bu dilənənlərin təcrübəsinə və seçdiyi üsulun səmərəli olub olmamasına.
Bu yazıya nöqtə qoymuram, hələ qayıdacağam.

Комментариев нет:
Отправить комментарий