Aydın Xan Əbilov
Məni sevən real yadlar, virtual doğmalarım üçün üçün Ömər Xəyyamsayağı neo-elegiya-qəzəl...
Dünyanı özümçün saqiyə çevirdim bu yaşacan...
Eşq şərbətini süzdü ruhuma, yandım, min can!
Həyatda ən gözəl insanları hər zaman mənim oldu,
Sevdim, sevildim, seviş odunda yandım, nə çox...
Hər sevişdiyimdə sevgimdən bircə zərrə qoydum,
Ruhunu məhəbbət toxumuyla hamilə etdim yaman...
Sevgidə bal arısına bənzədim, az oldu bir gül, tək çiçək,
Hər güldən şirə aldım, çiçəkləri tez-tez dəyişdim çox zaman...
Senin də eşqin bir gül idi mən arıdan ötrü, sevdiciyim...
Məhəbbətin bir Bahar ömrü olur, çox qısa, vəfasız, aman...
Bu gün mən arıyam, sənsə gül-çiçək, dövran amansız,
Sabah öləcəyik, sən arı, mən isə çikək olacağam o an...
Yetər ki, gözəl ömür arzulayasan bu həyatda,
Xəyallar reallaşar, əvvəl-axır gələr sənə də ad-san...
70 illik dünyadır, dostum, ye-iç, de-gül, sev-seviş, kam al,
Ömrün vəfasızlığını unutma, ruhunçun məhəbbətdə yan...
Royada da, gerçəkdə də, xəyalda da, arzularda da,
Çalış özün ol, ruhunla qal, sevgiyə dal, ölümü dan...
Комментариев нет:
Отправить комментарий