Salam Ramil!!!
Sənə “Necəsən?” ənənəvi sualını salamın
ardınca vermirəm. Çünki necə olduğunu bəlkə də mənim qədər anlayan çox az adam
ola bilər. Bu imkanın yarandığını görəndə açığı çox sevindim…Ona görə ki,
İnşAllah sən azadlığa çıxandan sonra eyni sözləri sənə görüşəndə desəm artıq
vaxtı keçmiş olacaq.
Sənin gücünə, iradənə və mərdliyinə zərrə
qədər də şübhəm yoxdur. Çünki sən özün üçün deyil, millətin və xalqın üçün
yaşayırsan.
Həbsdə olduğun günləri heç də həbs kimi zənn etmə, çünki sən orada olduğun müddətdə hər gün hər bir Azərbaycanlının qəlbində yaşayırsan. İnşAllah inanıram ki, tezliklə səni Vətənimizdə görəcəm və Allahın izni ilə biz bir cəhbədə çiyin çiiyinə səninlə döyüşə gedəcəyik.

Bu şeiri Həzrət Əlinin bir hədisindən
təsirlənib yazmışam. Sənin seçdiyin yol, çox çətin, ağır amma haqq yoludur.
Allah yolunu açıq etsin, qapını tezliklə açsın…
Həzrət Əli Kufəyə getməyə
hazılraşanda ona deyirlər…
- Ya Əli getmə, Kufəlilər səni öldürərlər
- Mən getməsəm, Sən getməsən, kim gedəcək? – deyə cavab verir…
- Ya Əli getmə, Kufəlilər səni öldürərlər
- Mən getməsəm, Sən getməsən, kim gedəcək? – deyə cavab verir…
Haqq nahaqqa verməyəni
sevməyəcək Haqqı yeyən
Haqq yolu bir ağır yoldur, çox olacaq getmə deyən
Sən gemtəsən, mən getməsəm, kim gedəcəy?
Haqq yolu bir ağır yoldur, çox olacaq getmə deyən
Sən gemtəsən, mən getməsəm, kim gedəcəy?
Can çox şirin, məna dərin,
hicran səhra, vüsal sərin
Canı candan əziz tutan, canı qoru, muğayat ol?
Sən verməsən, mən verməsəm, kim verəcək?
Canı candan əziz tutan, canı qoru, muğayat ol?
Sən verməsən, mən verməsəm, kim verəcək?
Anamdı həmdəmim mənim,
laylasında duydum qəmim
O olmasa bəlli kəmim, Anasını sevməyən ey nadan eşit
Sən sevməsən, mən sevməsəm, kim sevəcəy?
O olmasa bəlli kəmim, Anasını sevməyən ey nadan eşit
Sən sevməsən, mən sevməsəm, kim sevəcəy?
Yurdum yağı tapdağında,
yağı düşmən torpağında
Hərb başlasa getməyəcəm deyən soysuz
Sən getməsən, mən getməsəm, kim gedəcəy?
Hərb başlasa getməyəcəm deyən soysuz
Sən getməsən, mən getməsəm, kim gedəcəy?
Rəzalət bitirməy üçün, lalələr yetirməy üçün
Hücum edib Şuşanı götürməy üçün ŞƏHİD olaq
Sən olmasan, mən olmasam, kim olacaq ?
Hücum edib Şuşanı götürməy üçün ŞƏHİD olaq
Sən olmasan, mən olmasam, kim olacaq ?
VƏTƏN !!! qara üzüm qalıb, Qarabağda gözüm qalıb
Cidirda çox izim qalib, hələ neçə sözüm qalıb
Mən deməsəm, Sən deməsən, kim deyəcəy?
Cidirda çox izim qalib, hələ neçə sözüm qalıb
Mən deməsəm, Sən deməsən, kim deyəcəy?
Çox aşiqlər sürdü dövran, hər kitab olmadı Quran
Laçın nə xoşbət insandır, könüllərdə saray quran
Sən qurmasan, mən qurmasam, kim quracaq?
Laçın nə xoşbət insandır, könüllərdə saray quran
Sən qurmasan, mən qurmasam, kim quracaq?
Laçın Məmişov 24
aprel 2012-ci il
P.S. Sən
könüllərdə saray qurdun, odur ki, xoşbəxtsən! Kitablardan birini yox
hamısından öz imzan və ürək sözlərinlə istəyirəm:) Hələlik Qardaşım
Комментариев нет:
Отправить комментарий