Faiq Balabəyli
Baylıl türməsində bizimlə bir kamerada cəza çəkən dustağa həyat yoldaşı boşanmaq üçün razılıq verməsini tələb edən məktub göndərmişdi. O, onu gözləməyən qadının uşaqları ilə birlikdə olan şəklini sinəsinə sıxıb siqareti-siqaretə calamışdı
Nə baxırsan əlindəki şəkilə,
nə görmüsən o şəkildə təzə, nə?
Kimdir səni bu alvda yandıran,
Kimdir sənin şərik çıxan sevginə.
Bu otaqda fikrə gedib hər axşam,
duruxarsan, nələr düşür yadına?
Onunla bir xoşbəxt olub gəzdiyin
anlar düşür, günlər düşür yadına?
Ürəyinə hey sıxarsan bu şəkli,
göz yaşını səpələrsən şəkilə.
Günahları görərsən bu şəkildə
qarğaşanı səpələrsən şəkilə.
Əl atarsan, istəyərsən özünü
öldürəsən, qatil tutub bu şəkli.
Amma birdən dayanarsan, bəlkə sən
oda atıb yandırasan bu şəkli?
kimsə səni başa düşdü, bəlkə də,
bəlkə səni ağlayanlar tapıldı.
Səndən sonra əlindəki bu şəkli
sinəsində saxlayanlar tapıldı.
Hey baxarsan, boylanarsan bu şəklə
bu şəkildə donub qalıb sevginiz.
Elə bil ki, bu şəkilin üstünə
lap indicə qonub qalıb sevginiz.
Haçan olub o sevgili anınız,
haçan sənə bağışlanıb bu şəkil?
Ətrafında sevən ürək, çiçəklə
bəzədilib, naxışlanıb bu şəkil.
Ötüb keçən hər saatı, hər anı
indi sənə oxuyacaq bu şəkil.
Burda sənin ürəyinə damanı
dönə-dönə oxuyacaq bu şəkil.
Hey baxarsan əlindəki şəkilə
bu şəkildə nə görmüsən axı sən...
26.09. 2006-çı il. Bayıl türməsi
Baylıl türməsində bizimlə bir kamerada cəza çəkən dustağa həyat yoldaşı boşanmaq üçün razılıq verməsini tələb edən məktub göndərmişdi. O, onu gözləməyən qadının uşaqları ilə birlikdə olan şəklini sinəsinə sıxıb siqareti-siqaretə calamışdı
Nə baxırsan əlindəki şəkilə,
nə görmüsən o şəkildə təzə, nə?
Kimdir səni bu alvda yandıran,
Kimdir sənin şərik çıxan sevginə.
Bu otaqda fikrə gedib hər axşam,
duruxarsan, nələr düşür yadına?
Onunla bir xoşbəxt olub gəzdiyin
anlar düşür, günlər düşür yadına?
Ürəyinə hey sıxarsan bu şəkli,
göz yaşını səpələrsən şəkilə.
Günahları görərsən bu şəkildə
qarğaşanı səpələrsən şəkilə.
Əl atarsan, istəyərsən özünü
öldürəsən, qatil tutub bu şəkli.
Amma birdən dayanarsan, bəlkə sən
oda atıb yandırasan bu şəkli?
kimsə səni başa düşdü, bəlkə də,
bəlkə səni ağlayanlar tapıldı.
Səndən sonra əlindəki bu şəkli
sinəsində saxlayanlar tapıldı.
Hey baxarsan, boylanarsan bu şəklə
bu şəkildə donub qalıb sevginiz.
Elə bil ki, bu şəkilin üstünə
lap indicə qonub qalıb sevginiz.
Haçan olub o sevgili anınız,
haçan sənə bağışlanıb bu şəkil?
Ətrafında sevən ürək, çiçəklə
bəzədilib, naxışlanıb bu şəkil.
Ötüb keçən hər saatı, hər anı
indi sənə oxuyacaq bu şəkil.
Burda sənin ürəyinə damanı
dönə-dönə oxuyacaq bu şəkil.
Hey baxarsan əlindəki şəkilə
bu şəkildə nə görmüsən axı sən...
26.09. 2006-çı il. Bayıl türməsi
Комментариев нет:
Отправить комментарий