"Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun"
Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: Bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcək: Keçmiş SSSR-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qastrol səfərinə gələcək.
Martın 27-də Zeynəb Xanlarovanı qarşılamaq üçün onlarla pərəstişkarından ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun Con Kennedi adına hava limanına gəlib. Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqları, qucaq dolu gül-çiçək dəstələri ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən və qazax icmalarının üzvləri, yerli KİV nümayəndələri səbirsizliklə onu gözləyirdilər.
Bu da səbəbsiz deyildi. Axı, Zeynəb Xanlarovanın ABŞ-a sonuncu qastrol səfəri iyirmi üç il bundan əvvəl olmuşdu. O zaman Zeynəb Xanlarova Nyu-York, Sinsinati və Los- Ancelesdə konsert proqramları ilə çıxış etmişdi. Bu dəfə isə Azərbaycanın əfsanəvi səsi Nyu-York şəhərində cəmi iki konsert verməli idi. Məhz həmin səbəbdən də onun pərəstişkarları bu müddətin bir dəqiqəsini belə itirməyərək, sevimli müğənnilərini Amerika torpağına ayaq basan andan görmək istəyirdilər.
Martın 30-da Zeynəb Xanlarovanın Bruklinin 1400 nəfərlik “Millenium” Teatrında konsertinin ilk günündə yerli “Bukharian Times” qəzetinin üz səhifəsi “Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!” başlığı ilə çıxmışdır. Azərbaycanın və Buxaranın yəhudi icmalarının birgə təşkil etdikləri Zeynəb Xanlarovanın qastrol səfəri “Dostluq mahnıları” adı altında reallaşırdı.
Həm martın 30-da, həm də aprelin 1-də Kuins Kollecininin 2400 tamaşaçı tutumu olan Kolden zalında verilən konsertlər anşlaqla keçmişdir. Minlərlə mühacir icmasının üzvü Azərbaycanın səhnə ulduzunun illərdən bəri sevdiyi, əzbər bildiyi mahnılarını yenidən dinləmək imkanı qazanıb, xəyalən Vətənə dönmüş, gəncliklərini yaşayıblar. Auditoriya arasında gənc nəslin çoxsaylı nümayəndələri də gözə dəyirdi. Onlar da etiraf edirdilər ki, Zeynəb xanım evlərində ən çox dinlənilən ifaçılardan olduğuna görə əfsanəvi səhnə ulduzunu canlı görməkdən böyük sevinc hissi duyurlar.
Zeynəb Xanlarova səhnəyə mavi və parıltılı daşlarla bəzədilmiş gözəl ağ libasda çıxanda bütün zal ayağa qalxaraq əfsanəvi ulduzu alqışlamağa başladı. Azərbaycanın dünya şöhrətli qızı isə əlinə mikrofon alıb dedi: “Səhnədə olduğum ilk gündən bir dəfə də olsun konsertlərimdə fonoqramla oxumamışam. Bu yaşımda da başlamaq fikrim yoxdur. Mən tamaşaçıma hörmət edirəm. Ona görə bu gün də ifam canlı olacaq.”
Bu sözləri gurultulu alqışlarla qarşılayan tamaşaçılar Zeynəb Xanlarovanın daha bir neçə yumorlu xatirələrini dinlədilər: “1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də “Reyhan” idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər. Konsertlər zamanı məni səhnədən zorla aparırlar. Özüm konserti heç vaxt bitirmirəm. Görəcəksiniz, bu gün də belə olacaq”.
Bu sözlərdən sonra səhnə musiqiçilərin ixtiyarına verildi. Planlaşdırılmış iki saat əvəzinə, Zeynəb xanımın Azərbaycan, türk, fars, gürcü, özbək, rus dillərində mahnılardan ibarət konserti fasiləsiz iki saat yarım davam etdi. Təşkilatçılar səhnə arxasından konserti yekunlaşdırmağa eyham vuranda, bütün zal təbəssümə büründü- Zeynəb xanım doğru deyirmiş, onu gəlib aparmayınca konserti öz xoşu ilə bitirmir.
Qastrol konsertlərinin sonuncu günü onlarla fəxri ad və mükafat sahibi olan Zeynəb Xanlarova daha bir mükafata layiq görüldü. Bu dəfə Nyu-York Ştatı Milli Assambleyasının üzvü Rori Lankman Azərbaycan mədəniyyətini bütün dünyada şöhrətləndirən, istedadı ilə müxtəlif mənşəli neçə-neçə incəsənət adamını ruhlandıran, sözün əsl mənasında beynəlmiləl ulduz olan Zeynəb Xanlarovaya Nyu York ştatı və Nyu-York icmaları adından ehtiram ifadə edən sənədi təqdim etdi.
Azərbaycanın görkəmli incəsənət simalarından birinin Nyu-Yorkdakı qastrol konsertləri unudulmaz xatirələrlə yadda qalmışdır. Konsertdən sonra təəssüratlarını AzərTAc ilə bölüşən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri qürur və sevgilərini dilə gətirirdilər.
Nyu-Cersi ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri: “Mənim üçün konsert çox emosional idi. Hər mahnı keçmişi xatırladırdı: Azərbaycanın bizə nə qədər əziz olduğu, Amerikada böyüyərkən Vətənimizin ailəmiz üçün nə demək olduğu, mərhum anamın, əmilərimin, babamın burada milli mənliyimizi qoruyub saxlanması üçün etdikləri yadıma düşərkən göz yaşlarımı saxlaya bilmirdim. Zeynəb xanımın Amerikaya 1989-cu ildəki ilk qastrol səfəri bizim üçün böyük hadisə idi. Bu gün onun səsini dinləyərkən bütün ailəmizin təxminən 23 il bundan əvvəl birlikdə olduğunu, konsertə birlikdə gəldiyimizi düşünüb kövrəlirdim”.
Meyn ştatının Azərbaycan icmasının başçısı Tərlan Əhmədov: “Mən ailəmlə altı saat maşın sürüb Meyn ştatından bu konsertdə iştirak etmək üçün gəlmişəm. Azərbaycan səhnəsinin korifeylərindən biri olan Zeynəb Xanlarovanın bu yaşda fasiləsiz iki saatdan çox canlı ifası onun bütün dünyada yaşayan azərbaycanlıların milli qürur mənbəyinə çevrilməsi səbəblərini aydın nümayiş etdirdi. Həm Zeynəb Xanlarovanın, həm də onun istedadlı musiqiçilərdən ibarət ansamblının bizə bəxş etdikləri anları heç zaman unutmayacağıq. Bütün icmamız adından Zeynəb xanıma bu bahar fəslində möhkəm cansağlığı, uzun ömür və bundan da böyük uğurlar arzu edirik. ”
Azərbaycan Nyu-York Assosiasiyasının katibi Minəvvər Vahabova: “Bu görüşün sevincini çatdırmaq çox çətindir, onun həddi-hüdudu yoxdur. Mən inanıram ki, bu günün sevinci və xoş təəssüratı uzun zaman yaddaşlardan silinməyəcəkdir. Rəngarəng repertuarla çıxış edən Zeynəb xanım öz canlı ifası ilə zalda olan tamaşaçıları heyran etdi. Biz Zeynəb Xanlarovanın timsalında bir daha əsl sənətin, əsl musiqinin, əsl sənətkarın nə demək olduğunu duyub anladıq.. Biz qərib ölkədə yaşayan azərbaycanlıların gözü hər zaman yoldadır, hər zaman Vətəndən gələn qonaqların yolunu gözləyirik. Arzulayırıq ki, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, musiqisi, teatr sənəti, muğamı bütün dünyada tanınsın.”
Konsertdən sonra Zeynəb Xanlarova ABŞ-a budəfəki qastrol səfəri ilə bağlı AzərTAc-a qısa müsahibə verib.
- Zeynəb xanım, Birləşmiş Ştatlara iyirmi üç illik fasilədən sonra xoş gəlmisiniz. Konsertləriniz necə keçdi, Vətənə hansı təəssüratlarla qayıdacaqsınız?
- Qafqaz və yəhudi icmaları məni bu dəfə dəvət edəndə, Amerikadakı pərəstişkarlarımın intizarına son qoyub gəlməyə qərar verdim. Bilirəm ki, hər yerdə məni sevənlər gözləyirlər. Amerikada da həmçinin. Gördünüz ki, zal tam dolu idi. Heç kim konsertin bitməsini istəmirdi. Axırda təşkilatçılar məcbur olub bizi dayandırdılar ki, zalın kirayə vaxtı bitmişdir. Mən həmişə saatlarla oxumağa hazıram. Bu sənəti qəlbən sevirəm və özümü səhnədən ayrı təsəvvür edə bilmirəm. Amerikaya ötən dəfə qastrol səfəri daha geniş şəkildə keçmişdir. O zaman biz, Los-Anceles, Nyu-York, Çikaqo, Sinsinati və daha bir neçə şəhərdə olduq, hər yerdə böyük rəğbətlə və məhəbbətlə qarşılandıq. ABŞ çox gözəl ölkədir, insanları mehribandır. Şadam ki, burada da tamaşaçı sevgisi qazana bilmişəm. Nə qədər ki, onların sevgisi var, mən oxuyacam.
- Auditoriyanız doğrudan da beynəlmiləl idi. Sirr deyil ki, sizin yaradıcılığınız hətta bizim iyirmi ildən çox münaqişədə olduğumuz Ermənistanda da sevilir, izlənilir. Ermənilər sizin bütün mahnıları öz dillərində ifa edirlər.
- Elədir. Mən 1978-ci ildə Ermənistan SSR-in xalq artisti adına layiq görülmüşdüm. Hətta eşitdiyimə görə, bu yaxınlarda ermənilər yeni mahnılarımdan olan “Yaman könlümə düşmüsən” mahnısını oxumağa başlayıblar. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistana səfər etmişdi. Danışırdı ki, çoxları ondan mənim yeni diskimin olub-olmamasını soruşurdular. Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun. İnsanlıq naminə, ümid edirəm ki, münaqişə həll ediləcək və biz yenə də sülh şəraitində yaşayacağıq.
- Zeynəb xanım, bu il ömrünüzün 76-cı baharını yola saldınız. Sizi səhnədə görənlər heyran qaldılar. Sirr deyilsə, təravətinizi, şuxluğunuzu, gözəlliyinizi necə saxlayırsınız?
- Məni yaşadan və gənc saxlayan xalqımın, millətimin sevgisi, dövlətimdən gördüyüm qayğı və hörmətdir. Mən iki gözəl, məni həmişə fərəhləndirən övlad anasıyam, uzun illərdir Milli Məclisin deputatıyam. Sənətimi həmişə sevmişəm, onun vurğunu olmuşam. Xalqım da bunun müqabilində həmişə məni qiymətləndirmiş, əziz tutmuşdur. Mən dünyanın ən xoşbəxt insanlarından biriyəm. Yeganə arzum budur ki, Allah səsimi əlimdən almasın. Nə qədər ki, səsim var, səhnədə olacam, məni sevənləri gözü yolda qoymayacam.
AzərTAc

Комментариев нет:
Отправить комментарий