25.04.2012

Məhbuslarla yazarların görüşü


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə bu gün - aprelin 25-də Qobustan rayonunda yerləşn 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup gənc qələm adamı ilə məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və kitab bayramı keçirildi...
Bu tədbir ilə YYSQ-nin XII Bakı Kitab Bayramı Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verildi...

YYSQ-nin İllik Kulturoloji Tədbirlər silsiləsi - XII Bakı Kitab Bayramı çərçivəsində keçirilən məclisi cəzaçəkmə müəssisəsinin məsul əməkdaşı açdı. Daha sonra məclisi aparmaq üçün söz YYSQ sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verildi.
Görüş-tədbirin məqsədi barədə məlumat verdikdən sonra Aydın Xan son illərdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər məlumat verdi, məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında hər cür şərait yaradacağını söylədi.
Daha sonra çıxışçı www.kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi. Poeziya məclisi qonaqlarından Zaur Qəriboğlu, Yusif Nazim, Mübariz Cəmilbəyli, Orxan Məmmədov və başqa gənc şairlər, eləcə də bədii yaradıcılıqla məşğul olan bir çox məhkumlar öz şeirlərini oxudu, ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı...
YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda ora bağışlanıldı...
Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı işlər gücləndirilsin...



















Комментариев нет:

Отправить комментарий