16.04.2012

Sözlərə bükülüb şairlər


Tural Sahab

Kaş Günəş dogaydi
isdiyədi ruhumu
xeyirə yozaydi yuxumu
əriyəydi ruhumun buzlari
gətirəydi sonsuz baharlari

Kaş Günəş dogaydi
bütün acilarim
bir damla qar kimi
əriyib yox olaydi

yorulaydi
Gözlərim gülümsəyib səmaya
gözlərim təbəssümlə yumulaydi



Kaş Günəş dogaydi 
qiş fəslində,gecə vaxti
tezcə bahar olaydi
güllər ölümsüz, tikanlar saralib solaydi
gülümsəyən bir uşaq
o gülləri
gülərək məzarima qoyaydi
bahardan salam gətirib mənə
gətirdiyi xəbərlə ruhumu təmizləyə,
ruhumu yuyaydi

Kaş Günəş dogaydi
gizlicə,səsizcə
ayaq səslərinden öncə
Qiş,qişda ölüncə
***
Elə bilirdim gülüm gələcək
nə biləydim ölüm gələcək
ürəyim dolu söz ikən
dilimə son sözüm gələcək

yeniləcək yenə sevgi
seviləcək yenə sevgi
düşüb səmalardan
düşüb buludlardan
çevrilecek selə sevgi
sellə kəfənim gələcək


qadin fəryadına
kişi fəryadına
üzr istəməyə
göydən tanrı
özü gələcək

sözlərə bükülüb
sözlərə tökülüb
şairlər gülüb
şairlər ağlayacaq
insanlar yerinə
şeirlər yaşayacaq

gələcək əlbət gələcək
ya ölüm ya gülümlə
son fəryadım son sözümlə

Комментариев нет:

Отправить комментарий