Bu yaxınlarda Səfəvilər (səfəvilərə yeni baxış)
adında Guntay
Gencalpin yeni kitabını nəşr etdik. Kitab tarixçilər və tarixlə
maraqlananlar arasında bir çaxnaşma yaradıb. Kitabdakı fikirlərlə
razılaşmayanlar zənglərlə nəşriyyatı topa tuturlar, özümə zəng edib saysız
hesabsız iradlar bildirirlər. yerində səslənən iaradlarla razılaşıram,
iradların ünvanı düzgün olmalıdır. Ortalıqda kitab var, bununla razılaşmayan
yeni bir kitab yazsın. Digər tərəfdən çox sevinirəm ki, ən nəhayət kitablar ətrafında
da diskussiya başladı, amma xahiş edirəm ki, bunu elə diskussiya formasında da
saxlasınlar, bundan şantaj vasitəsi kimi istifadə etməsinlər. Tarixə fərqli
münasibətlərin olması tam təbiidir, əsas odur ki, bu fərqli münasibətləri göstərmək
üçün mövzular tapılsın, kitablar yazılsın. Kimin bu kitaba iradı varsa yazıyla
cavab versin, istərdim ki, Prezident təqaüdü alan tarixçilərimiz indi oturub
cavab yazsınlar, fars, ərəb, türk və avropa mənbələrinə istinad edərək, və mən o
kitabı məmnuniyyətlə çap edərəm. Axı onlar o təqaüdü yalnız yaşamaq üçün deyil,
həm də yazmaq üçün alırlar.
Комментариев нет:
Отправить комментарий