BDU-dan siyasi baxışlarına görə qovulan, mühacirətdə yaşayan tələbə Güney Azərbaycanda tapılan daş kitabəni oxuyub
BDU-nun tarix fakültəsində təhsil almış keçmiş tələbə, KXCP üzvü Cavid Mehrəliyev keçən həftə güneydən tapılan bir daş kitabəni oxuyub. Bununla bağlı yazdığı məqaləni şəxsi bloqunda yayımlayan Cavid Mehrəliyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı fikrini öyrəndik.
“Bunu üç gün öncə dəyərli xocam Firudin Cəlilov mənə göndərib, güneydən tapıldığını bildirdi. Güneyli qardaşlarımız bunun türkcə bir mətn olduğunu düşünmüşdülər, ancaq təəssüf ki, elə deyildi. Mən də istəyərdim ki, Azərbaycan ərazisindən türkcə yazılmış mətnlər çox tapılsın və belə yazıların mövcud olduğuna şübhə etmirəm.
Sadəcə axtarmaq lazımdır. Azərbaycan Türk tarixinin əsas kultura mərkəzi güneydədir və çox təəssüf ki, o ucsuz-bucaqsız torpaqlar da elə bir rejimin işğalı altındadır ki, milli haqlar bir yana, tarixi haqlarımızı da tapdayırlar. Dəhşət bir durumdur ki, ərazidə heç bir arxeoloji qazıntı aparmaq mümkün deyil. Beləcə təsadüfi tapılmış kitabələrin tarixi isə təbii ki, çox uzağa getməz. Elə bu kitabə də, üzündən bəlli idi ki, əski pers dilində, Azərbaycan Türk tarixinə görə çox gənc sayılan Əhəməni dönəminə aiddir. Yanılmamışdım, ilk olaraq əski pers mixi yazısı ilə oxumağa başladım və dəqiq şəkildə oxundu.” deyə Cavid Mehrəliyev bildirib.
Mətndə nə yazıldığına gəldikdə isə keçmiş tələbə bildirib ki, bu kiçik kitabə Əhəməni şahı Daraya aid olub bir cümlədən ibarətdir. Sadəcə “Mən(O), böyük, Tanrısal Dara” deyə yazılmışdır.
Qeyd edək ki, Azərbaycanın qədim mixi yazılar üzrə mütəxəssisi yoxdur və bu sahədə də yetişməkdə olan gənclərin ciddi dəstək əvəzinə Tarix fakültəsindən siyasi baxışlarına görə xaric edilməsi utanc hadisəsidir.
Keçən il aprel hadisələrində həbs edildikdən sonra oxuduğu universitetdən xaric edilən KXCP üzvü indi Avropa ölkələrinin birində mühacirətdədir və bu mövzularda bir neçə elmi məqalə yazmışdır.
kultaz.com
Комментариев нет:
Отправить комментарий