29.04.2012

Camaat nə deyər :)


Gülnar Musayeva
Uzun bir boşluqdan sonra mən yenə qayıtdım əziz oxucularım və dostlarım.Bəlkə mənim üçün darıxmamısız ama yazılarım üçün əminəm ki darıxmısız.Ən azından qalmaqallı yazılarım üçün :) .Uzun zamandır yazmaq istəyib ama bir vaxt tapıb yaza bilmədiyim bir mövzudan yazmaq istəyirəm bugün.Mövzunun bir ucu yenə gedib mentalitetə sataşacaq deyəsən.))
Əsində mentalitet var yox mübarizəsi hələ bugünə kimi öz mübarizəsini davam etdirir.Kimi üçün var,kimi üçün yoxdur.Ama gerçəklikdə metalitet anlayışı bütün dünayda var.
Yəni hər bil ölkəni təbliğ edən adət-ənənəsi,özünə xas olan bir mentaliteti var.Maraqlıdır bizim ölkədə mentalitet nədir?İnsanlar niyə nəsə edərkən bu metalitetdən qorxurlar?Məsələn elə camaat nə deyər vəziyyətinə düşmüş insanlar kimi.Görəsən bu bizim insanların beynində hansı düşüncənin təməlidirki,öz elədiyi bir şeyin nəticəsini özünən çox qıraqdakının fikrini daha çox önəmsəyib özündə pis nəticə çıxarır.Bəlkə bu insanların özlərinə məxsus kompleksidir?Yox,yox kompleks ola bilməz.Yada ətrafda eyni mövzuya uyğun bu qədər kompleksli insanın olması normal deyil.Mənə hələdə maraqlıdır əgər bir insan bir işi görəndə düşünürsə yanımdakı nə deyər onda belə çıxır ki,yanındakı da sabahsı gün nəsə edəndə bunun düşüncəsini nə deyər deyib həmin işi görməz.Beləki rahat yolu var.Heç kim heç kimə qarışmasın.Belkə onda daha yaxşı olar.Bu problemin kökünü ən çox ona görə mentalitetde axtardım ki,bu camaat nə deyər məsəli daha çox qızların həyatında baş verir.Məsələn bir qiz hər halda əks cins nümayəndəsi kimi insandır.Özünə aid sıxıntıları və düşdüyü vəziyyət ola bilər.Çətin vəziyyətində insan yalqız qalmaq istəyir axşam çıxıb biraz təmiz,sakit havada gəzmək kimi.Ama ilk ağlına gələn nə olur?aaaa camaat görsə filankəsin qızı axşam çölə çıxdı nə deyər?nə ad qoyar?Yəqin düşünərki nəsə zibili var.Daha sonra qızım yolda gedəndə başını qaldırma,ya kim sənə nəsə desə cavab vermə ha yoxsa tanışlardan görən olar,camaat sonra nə deyər))Hər hansı bir ölkəyə getmək istəyirsən rəfiqələrinlə ilk ağıla gələn.AAA filankəsin qızı özbaşınadır yanında böyük olmadanxaricə gedir,camaat nə deyər.Aman facebooka şəklini qoyma sonra tanışlardan görən olar deyərki filankəsin qızı internətə şəklini qoyub camaat nə deyər))) bu tipli söhbətlər insanları əsasda gənc qızlarda cəmiyyətdə rahat hərəkətində çoxlu komplekslər yaradır.Məncə əslində hərkəs özünə cavabdeh olsa heçdə belə problemlər yaranmaz.Bizim cəmiyyət çox geride qalıb desəm heç də səhv olmazdı.Ən pisi də odurki,insanları başa salmaq istəyəndə ki bu mentalitet deyil sənin geri dünüşcəndir qayıdıb sənə deyirki sənin metalitetin olmasa sən xaricdəki kimi olarsan.Yəni 18 yaşından sonra ürəyin nə istəyir edərsən.Gecə barlarından tutmuş evə gəlməməyə qədər,içkidən tutmuş pis yola getməyə qədər.Bax yenə geri düşüncə.Görəsən bu cür misalları çəkən insanlar niyə yaxşı olanları deyil pis olanları nümunə göstərir???Sanki bütün xarici ölkələrdəki gənclər yolunu azıb.Bəs o qədər ağıllı savadlı ölkəni idarə edən gəncləri hansı anda misal çəkəcəklər mənə çox maraqlıdır.Bu da bir növ bizim qanımızda var bir insanın bir ölkənin ancaq pislərini dilə gətirib özümüzü ağıllı göstərməyə çalışırıq.Ama unutmayaq ki,elə pis hər yerdə var.Eləcə bizim Azərbaycanda.Bəlkədə bu üzdəndir ki,bizim ölkədə gənclərə yer azdır.Əsasda gənc qızlar.Bir iş başına keçmək istəyəndə artıq o hamı üçün gündəmə gəlirki,qadının filan işdə nə işi.Qadının yeri evdir yemək bişirməkdir,uşağa baxmaqdır.Camaat eşitsə nə deyər…Elə hər dəfəsində inkişaf edirik dəyişirik deyirik ama dəyişən nəsə yoxdur .Məncə hər  bir şəxs içindəki məni dəyişsə elə bu bir növ inkişafın təməli olacaq.Camaat da nə deyəcək cabavına hər kəsin cavabı eyni olacaq ki- özü bilər özü üçün doğru olan bu…
Növbəti postlarda görüşənədək… :)

Комментариев нет:

Отправить комментарий