İstiqlal şairnin iş otağında olarkən...
Modern.az saytı bu dəfə yeni layihə- tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj təqdim edir. Bu rubrikada siz onların iş otağı, yaradıcılıqla bağlı vərdişləri və digər maraqlı məqamlar barədə biləcəksiniz. Rubrikamızın ilk sayı isə tanınmış şair, ruhu və canı ilə milli duyğuları şeirlərə çevirən, öz alovlu çıxışları ilə könülləri fəth edən Xəlil Rza Ulutürkün iş otağından hazırlanıb.
Qapını döyəndən bir neçə dəqiqə sonra içəridən açar səsi eşidildi. “Mənlə danışan müxbir sənsən?” – gülərüzlə soruşan Firəngiz Ulutürk başımı tərpədib “bəli” deyincə məni içəri dəvət etdi.
İçəri girər-girməz gözüm uşaqlıqdan şeirlərini və çıxışlarını televizordan dinlədiyim Xəlil Rzanın iş otağını axtarırdı. Lakin qonaq olduğumu nəzərə alıb, əvvəlcə buyrulan yerə-qonaq otağına keçməli oldum. Əslində evin hər guşəsindən Xəlil Rza nəfəsi, Xəlil Rza dəst-xətti duyulurdu. Qonaq otağı onun portretləri ilə bəzədilmişdi. Hər birində də Xəlil Rza ciddi görkəmdə, düşüncələr aləmində idi. Bir anlıq mənə elə gəldi ki, indicə o portretdən canlanıb şeir deyəcək....
Divardan asılmış xalçadakı portret isə daha fərqli idi.
“Orda Xəlili şəhid oğlum Təbrizlə təsvir ediblər. Xəlili oğlunun şəhid olması çox sarsıtmışdı...” –deyən Firəngiz xanım kövrəldi.
20 ildə dəyişməyən otaq
Milli sevdalı şairin yazıb-yaratdığı iş otağına keçirik. Səliqə-səhmanı, sadəliyi ilə seçilən otaq başdan-başa kitablarla doludur. Rəflərdən birində türk dünyasının tanınmış yazarı Hüseyn Nihal Atsızın şəkli olan süvenir, ailə şəkilləri, stolunun başından asılmış Füzulinin portreti şairin iç və mənəvi dünyasından xəbər verir. Üzqırxan aləti, lampası da stolun üzərində necə vardısa, durur. Bir vaxtlar tıqqıltısından divarların əks-səda verdiyi Xəlil bəyin yazı makinası da iş masasında səssizliyini qoruyur. Daha onunla heç kim şeir yazmayacaq...
Firəngiz xanımla söhbətimizə şairin iş otağında davam edirik. - Bu evə nə vaxt köçmüsüz?
- Deyəsən 1987-ci ildə köçmüşük. Telefonumuzun nömrəsi 87, qapımızın nömrəsi 87, 1987-ci ildə də bura köçmüşük.
- Xəlil bəy adətən günün hansı vaxtı bu otaqda işləyərdi?
- Səhər tezdən saat 6-da durar, çimər, yuyunar, otağa keçib günorta 12-yə kimi stol arxasında oturardı. Tələsəndə, harasa getməli olanda, yeməyini də bu otaqda verirdim. Makinada yazırdı. Mənə tapşırırdı ki, o, işləyəndə telefon zəng çalsa, onu narahat etməyim. Elə bilirəm ki, bu yazıçıların içində onun kimi mərifətli, yaxşı insan çətin olsun. Yaşadığımız müddətdə bircə dəfə də olsun səsini mənə ucaltmayıb. - 1994-cü ildə Xəlil Rza vəfat etdi, bəs sonra bu otaqda nə dəyişdi?
- Heç nə dəyişməyib. Heç nəyə əl vurmamışam. Necə vardısa, elə qalır. Yazı makinası, kitabları, stol-stulu. Kitabları özü necə qoyubsa, elə də qalır. Sadəcə evi yığışdıranda tozunu silirik. Heç nəyin yerini dəyişdirməyə qoymuram. Eşitmişəm ki, yazıçıların ev-muzeylərini təşkil etmək üçün ayrıca bina tikəcəklər. Əgər elə bir şey olsa, burdakı əşyalar da Xəlil Rzanın yeni ev-muzeyinə təqdim olunacaq. Xəstə vaxtlarında da gecə işləyirdi. Deyirdim, Xəlil, bir az dincəl. Deyirdi, yox, qoy qurtarım sonra. Deyirdim, sən qoy ora, mən makinada yazaram. O, yatanda görürdüm ki, əlyazmaların üstündə düzəlişlər var, onları makinada yazırdım. Səhər görürdü ki, yazılar hazırdır.
- Səhər yazıları hazır görəndə nə deyirdi?
- Deyirdi, sən mənim qəhrəman yoldaşımsan ( gülür). Görürdü ki, onu başa düşürəm.
Yaradıcı insan üçün həyat yoldaşının onu duyması, mənəvi aləminə bələd olması üçün vacib şərtlərdəndir. Odur ki, Xəlil bəyin ilk oxucusu, məsləhətçisi Firəngiz xanım olub. Onun sözlərinə görə Xəlil Rza üçün günün və zamanın fərqi yox idi. O, hər an poeziyayla yaşayırdı. Hətta gecə də Firəngiz xanımdan onun yazdığı yeni şeiri dinləməsini xahiş edirdi:
- Gecə saat ikidə-üçdə qurtarırdı. Məni durğuzurdu ki, dur bu yazdığım şeirə qulaq as. Deyirdim ki, nə qaçaqaçdır, sabah qulaq asaram. Niyə məni yuxudan ayıldırsan? Cavabında deyirdi ki, bəlkə sənin fikrindən sonra başqa cür düzəltdim.
Qulaq asanda kəskin yerlərini məsləhət görürdüm ki, bir az yumşaq formaya salsın. Oxuyan adamda ona qarşı qəzəb oyanmasın. Razılaşmadığım məqamlar da olurdu. Deyirdim ki, bunu belə demək olmaz, meydanda belə danışmaz düz deyil. Marksın və Engelsin həyatından və mübarizə yolundan misallar çəkirdim. O da cavabında deyirdi ki, bura sənin üçün Avropa deyil ee, Azərbaycandır. Vaxt gələcək, bu ideyaları Xəzər dənizinə atacaqlar. Bəyənmədiyim hissəni göstərib deyirdi, ay Firəngiz, bu şeirin elə ən güclü hissəsi budur, bunu çıxarsam, daha nə qaldı, əsas ideya burdadır. Mən də deyirdim ki, o ideyanı yumşaq elə. (gülür) Çünki qorxurdum ki, başına bir iş gələr. - Onun yazı maşınkası dururmu?
Hə, stolun üstündədir. İki maşındır. Biri rus, biri də azərbaycanca idi. Lampası da stolun üstündədir. - Ən son bu otaqda işlədiyi gün yadınızdadır?
- Elə həmişə bu otaqda işləyib də. Onun poeziyaya olan məhəbbəti o qədər güclü idi ki, başqa sahəyə yönəlmirdi. Hətta qonaqlıqda, toyda, bayramda, iclaslarda da yazırdı. Ziyalıların çıxışlarını qələmə alırdı. O gündəliklər elə belə yaranmayıb ki? Hətta toyda da deyirdi ki, çıxış edən böyük şəxsiyyətdir, onun çıxışını mütləq yazmaq lazımdır. Vaxt gələr, onun dediklərini çıraqla axtararlar. Onun insanlara o qədər məhəbbəti vardı ki, eşitməmişəm desin ki, filan şair, pisdir, filankəs yaxşıdır. “Hər yazarın ədəbiyyatda öz yeri var”-deyirdi.
Firəngiz xanım söyləyir ki, bəzən ətrafdakılar Xəlil Rzanı “dəli fason” hesab edirmişlər. Müsahibimiz bu məqamda şairin bir şeirini də bədahətən dedi:
Sən elə bil qartalsan ki,
Qalxmağın var, enməyin yox.
Sən elə bil ocaqsan ki,
Yanmağın var, sönməyin yox.
Sən elə bil yolçusan ki,
Məsləyindən dönməyin yox.
Cahanda beş oğul varsa,
Sənsən biri Xəlil Rza. “....Ona yalan dedim”
O, həqiqətən ölümün gözünə dik baxırdı. Hətta Lefortovo zindanında olanda da Firəngiz xanım ona baş çəkir, ruhdan düşməyə qoymurdu. Bunun üçün yeri gələndə, şairə yalan da danışmalı olurmuş. Özü belə deyir:
“İstanbulda müalicə aldığı günlərdə əməliyyat ərəfəsi bir dəfə fikirli olduğunu gördüm. Yuxuyozma kitabını axtarırdı. Soruşanda dedi ki, əmilərimi yuxuda görmüşəm. Onlar rəhmətə getmişdilər. Narahat oldum, yalandan dedim ki, kitabı tibb bacısı götürüb. O yuxunu yalandan da olsa, xeyirliyə yozdum. Xəlili inandırmağa çalışdım ki, bu yaxşı əlamətdir. Daxilən sakitləşdi onda. Həqiqətən əməliyyat uğurlu oldu... ”.
Otaqda ötən illərin xoş xatirələrini yaşadan şəkillər var. Xəlil bəylə Firəngiz xanım və övladları. Gözəl bir ailə tablosu. Firəngiz xanım şəklə baxdığımı görüb onun tarixçəsindən danışır:
“Bu 50-ci illərin şəkli olar. Oğlum Milli Qəhrəman Təbriz və Rzadır. Təbriz Qarabağ müharibəsində döyüşüb və şəhid olub. Onun ölümü Xəlili həmişə ağrıdıb. Hey deyirdi ki, o, mənə görə şəhid oldu. Mənim poeziyam ona təsir etdi və o, mənim yolumla getdi...”
Xəlil Rzanın iradı: “Nə görmüsüz bu televizorda?”
Firəngiz xanım deyir ki, Xəlil bəy kitablara əl vurulmasını, onların yerinin dəyişdirilməsini xoşlamazmış. Bir də otaqda işləyərkən qonşu otaqdan televiziyanın səsini ucadan olduğunu eşidəndə iradını bildirirmiş. “Onda deyirdi ki, səsini azaldın. Uşaqlar adətən futbola baxırdı. Məsləhət görürdü ki, uşaqlar kitab oxusun. Deyird ki, eyni şeyləri göstərən, plagiatlıq edən televiziyada nə görmüsüz? Stolun üstündə yazılar necə vardısa, elə qalmalıydı”.
Firəngiz xanım deyir ki, pullarını iş otağında bir yeşiyə qoymaq Xəlil Rzanın adəti idi.
“Pul lazım olanda mənə və uşaqlara zarafatla deyirdi ki, gedin götürün, yeşikdədir. Mən deyirdim ki, Xəlil, uşaqları belə öyrətmə, yaxşı deyil”.
Vaxt vardı, bu otaq qonaqlı-qaraqlı olardı. Xəlil Rzanın dostları, yazıçı həmkarları onunla burda hal-əhval tutardı.
“Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və digər şair həmkarları onun üçün çox əziz idi. İndi də arada dostlarından zəng edib mənlə hal-əhval tutan olur” - Firəngiz xanım nigaranlıqla deyir.
“Qızıllarımı Xəlil Rzanın kitablarına xərcləmişəm”
İndi Xəlil Rza Ulutürkün saysız-hesabız əlyazmaları, qeydləri evin ayrıca bir otağında qorunur. Burada rəflərə düzülmüş əlyazma və dəftərlərin düzülüşü arxivdə sənədlərin düzülüşünü xatırladır. Firəngiz xanımın icazəsi ilə şairin ömrünün son illərində yazdığı bir neçə qeyd dəftərçəsini oxuyuram. İstanbulda müalicə aldığı günlərdə də qələmi əlindən yerə qoymayıb. Bu otağı isə Firəngiz xanım Xəlil bəy rəhmətə gedəndən sonra onun arxivi üçün ayırıb.
“ ...O yazdıqca həmişə qeydləri götürüb səliqə ilə yığırdım. Hazırda İstanbulda müalicə aldığı günlərdə yazdığı gündəlik və qeydlərini oxuyuram. Orda xəstəxanada keçirdiyi günləri yazılıb. İstəyərdim, növbəti dəfə bu əlyazmaları kitab kimi tərtib edim. Burda işləyərək indiyə kimi 42 kitabını çap etdirmişəm. Elə olub ki, qızıllarımı da satıb bu kitablara xərcləmişəm”.
Firəngiz xanım darıxanda dərdləşmək, ya da hal-əhval tutmaq üçün vaxtilə Xəlil bəylə yaxın olmuş yazıçıların həyat yoldaşları ilə görüşdüyünü, ya da telefonla əlaqə saxladığını deyir.
“Arada Əliağa Kürçaylının həyat yoldaşı ilə, Məmməd Arazın həyat yoldaşı Gülxanımla zəngləşirəm. Həmsöhbət oluruq. Küçəyə çıxanda, mağazaya gedəndə tanıyanlar olur. Xəlil Rzanı bir şair kimi çox sevdiklərini deyirlər”.
... Firəngiz xanım vaxtaşırı Xəlil Rzanın nəfəsinin və ruhunun dolaşdığı bu otağa gəlir, keçmişə dalaraq, gözünü onun portretinə tuşlayıb həmsöhbət olur. “Həmişə tək olanda bu otaqda onunla danışıram, ürəyimdəkiləri bölüşürəm. Hətta istəyirəm yuxuma gəlsin. Amma yuxularımda görmürəm. Bir dəfə bundan narahat olub, molladan da soruşdum. Dedi ki, o, sizdən narahat deyil. Rəhmətə gedən adamlar narahat olanda yuxuya gəlir... ”.
Yaşanan acılı-şirinli ömür sanki şirin bir xatirə, röya imiş Firəngiz xanım üçün. Deyir ki, hərdən ötən günləri xatırlayaraq piano arxasına keçib ifa da edir. Bu dəfə də bizim xahişimizlə piano arxasına keçdi. Ötən günlərə bir daha qayıtmaq üçün... “Ala gözlüm” mahnısının lirik sədaları otağa yayıldı... Ötən günləri isə geri qaytarmaq olmur...
Əfsanə BAYRAMQIZI

Комментариев нет:
Отправить комментарий