Bir anlıq bizim hansı təhlükələr qarşısında olduğumuzu düşünün
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Lanqleydəki mərkəzi ofisində bir otağın qapısına "İctimai araşdırmalar mərkəzi" yazılıb. Təbii ki, “ictimai araşdırma” sözü işin maskasıdır və bu mərkəzin əsas vəzifəsi ölkələrin “qaşınacaq” həssas nöqtələrini tapmaq və lazım olduğu vaxt haraların hansı üsullarla “qaşınaraq” Amerikanın siyasi mənfəətlərinə uyğun ictimai partlayışlar və ya vətəndaş müharibələri yarada biləcəyini araşdırmaqdır.
Bu departamentin tərkibində müxtəlif ölkələrin universitetlərindən olan sosiologiya, psixologiya, arxeologiya kimi ixtisaslara malik alimlər işləyirlər. Bu şəxslər bütün dünyada elmi araşdırma görüntüsü altında ətraflı araşdırmalar aparırlar. Məsələn, arxeoloji görüntü altında getdikləri ölkələrin müəyyən bölgələrini gəzərək, o bölgə insanlarının profillərini çıxardır, daha sonra da yerdən bir neçə daş yığaraq, "işimiz başa çatdı, sağ olun", - deyərək ölkələrinə qayıdırlar. Ya da sorğu işləri adı altında o ölkədəki insanların dini, etnik və iqtisadi məlumatlarını toplayaraq, hansı problemlərin qarşıdurma yarada biləcəyini təyin etməyə çalışarlar.
Bütün bu məlumatlar MKİ-nin ofisindəki "İctimai araşdırmalar mərkəzinə" toplanaraq, hər ölkə, hətta ən kiçik etnik qruplara qədər ətraflı fayllarda təsnifləşdirilir. Bu fayllardakı məlumatlar diqqətdə saxlanılaraq, əməliyyat planları hazırlanır və vaxtı gəldikdə tətbiq olunmaq üçün arxivləşdirilir. Əməliyyat planları hər il əlavə olunan yeni məlumatlarla zənginləşdirilir. Bundan əlavə, MKİ-nin operativ qrupları da o ölkədə bu növ əməliyyatlarda istifadə edə biləcəkləri adam və ya Qeyri Hökumət Təşkilatlarını müəyyənləşdirirlər. Uyğun hesab edilən şəxslər müxtəlif formalarda toplanırlar. Yığma əməliyyatında o şəxslərin zəif nöqtələrindən istifadə edilir. Bu zəifliklər pul, seks və ya ideoloji nöqtələr ola bilər. Bundan əlavə, yenə uyğun hesab edilən Qeyri Hökumət Təşkilatlarına da nüfuz edilərək, rəhbərlikləri ələ keçirilir. Əgər uyğun bir təşkilat tapılmasa, sıfırdan təşkilat yaradılır. Bu səbəbdən, kəşfiyyat təşkilatlarının ən rahat işlədikləri ölkələr demokratik cəhətdən axsayan ölkələrdir.
Bütün faktorlar hazırlandıqdan sonra Amerika rəhbərliyinin yaşıl işığı gözlənilir. Əgər yaşıl işıq verilsə, hədəf ölkəylə əlaqədar əməliyyat planı tətbiq edilir.
Mövzunu daha konkret izah etmək üçün hamımıza tanış olan bir ssenari nümunəsi göstərək. Tutaq ki, Amerikanın mənfəətləri üçün çox kritik bir məslənin həllinə o ölkənin (məs. Azərbaycan) hakimiyyəti icazə vermir. Bu vaxt Ağ Ev həmin ölkənin dövlətini razı salmaq üçün göz dağı vermək qərarına gəlir. MKİ bu ölkəylə əlaqəli "uyğun gələn" əməliyyat planını rəfdən götürərək, dərhal tətbiqə başlayır. Planda göstərilir ki, ölkənin "etnik" problemi var. Bu problemin qaşınması üçün mövzuya sosioloji olaraq ən həssas "bölgələr" (məs. Quba) hədəf kimi seçilir. Əvvəl bütün ölkənin ən dəyər verdiyi "simvollardan" birinə (məs. Namus, qeyrət, mənlik) “hücum” (məs. nankor) həyata keçirilir. Həmin simvola hücuma səssiz qala bilməyəcək seqmentlər (məs. yerli əhali) təbii olaraq reaksiya verirlər. Bu hücumdan dərhal sonra ölkənin etnik əksəriyyətinin (məs. ləzgi, yəhudi, türk, tat), məzhəb fərqliliyinin (məs. sünni, şiə, yəhudi, vəhhabi) sıx olduğu və psixoloji olaraq həssas göstərilən bölgələrə əvvəlcədən hazırlanmış və MKİ tərəfindən istiqamətləndirilən Qeyri Hökumət Təşkilatına mənsub şəxslər ezam olunur və "təhrik" üçün hərəkətlərə dair təlimatlar verilir.
Simvollarına hücum edilməsiylə onsuz da kifayət qədər qızışdırılmış kütlələr, əlavə olaraq həm də açıq şəkildə təhriklərdən sonra sərt reaksiyalar verirlər (məs. daş-kəsəyə əl atırlar, hədəf göstərilən evi yandırırlar).
Əməliyyatın birinci mərhələsində əgər lazımlı nəticə alınmasa, yəni bu ölkənin hakimiyyəti yenə də razılaşmasa, ikinci mərhələyə qədəm qoyulur. İkinci mərhələdə isə eyni təhriklər bu dəfə azlıq olduqları deyilən etnik seqmentə qarşı həyata keçirilir.
Əlaqədar ölkənin hakimiyyəti əgər ikinci mərhələni əvvəlcədən müəyyənləşdirib tədbir görməsə, üçüncü mərhələnin vətəndaş müharibəsi olduğunu başa düşüb, tələb olunan şeyi verərlər.
Bir anlıq bizim hansı təhlükələr qarşısında olduğumuzu düşünün.
Cavad Turan
Cox gozel yazidir,HALALDIR Avtor
ОтветитьУдалить