20.04.2012

“Bizim söz” qəzeti fəaliyyətini bərpa elədi


Bir ildən artıqdır nəşrini dayandırmış “Bizim söz” qəzeti yenidən nəşrə başladı. Ələmdar Cabbarlının baş redaktorluğu, Nofəl Ədalətin redaktorluğu ilə nəş edilən qəzet BDU-nun  Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşrə başlayıb. Əvvəlki xəttinə sadiq qalmaqla yanaşı qəzet, həmçinin BDU-da təhsil alan gənclərin yaradıcılığına da xususi yer ayracaq. Yeni nömrədə professor Elçin Əfəndiyevin tənqidçi, filologiya elmləri doktoru Şirindil Alişanlının elmi fəaliyətinə həsr edilmiş “Muasir humanitar təfəkkür”,  şair, fəlsəfə doktoru Knyaz Aslanın “Kitabxanaçılıq-İnformasiya fakültəsi yeni inkişaf yollarında” adlı məqaləsi və.s ədəbi mövzulara həsr edilmiş məqalələr, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun (Dağlı), tarix elmləri doktoru, professor Abuzər Xələfovun, Türkel-TV nin Baş direktor muavini Hikmət Əsgərovun müsahibələrini, Fikrət Sadığın, Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirlərini, Sabir Alimin “Nazzı” hekayəsini və digər maraqlı yazıları oxuya bilərsiniz.
“Bizim söz” bütün qələm adamlarını əməkdaşlığa dəvət edir. İstənilən mövzuda olan yazılarınızı elektron ünvanımıza (bizimsozqezeti@mail.ru) göndərməyinizi xahiş edirik. 

Комментариев нет:

Отправить комментарий