29.04.2012

“Bədbəxtlik riyazi düsturlara sığmır”

Aytən Nəsibbəyli “TEZ BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Aytən Nəsibbəyli.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Ümumiyyətlə, təqdimata ehtiyac olmayanda.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- “O” buna hələ cavab verməyib.

- Dost…
- Bu dörd hərfdən həddindən çox şey gözləyirik.


- İlk sevginiz? 
- Sevgi sonsuzadək sürür, rəqəmlərə bölünmür.

- Əsas ixtisasınız? -
- Düşünmək.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Fikirlər.

- Sevdiyiniz maşın markası? .
- Markaları sevmirəm
.

- Sevdiyiniz brend?
- Öz brendim.

- Sevdiyiniz saç düzümü?
- Xəfif bir küləkdə azadlığına qovuşmuş saçlar.

- Sevdiyiniz rəng?
- Rənglərin əlvanlığı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Cənnətimi quracağım yer.

- Sevdiyiniz yemək?
- Çox acanda yediyim hər hansı bir yemək.

- Ən çox istifadə etdiyiniz söz?
- Niyə?

- Leksikologiyanıza yad olan söz?
- Leksikologiya sözünün özü, daha doğrusu, leksikon
.

- Sizi nə həyacanlandıra bilər?
- Şeir yazmamaq.

- Ən çox sevdiyiniz kitab?
-
Bu bölgünü etmək oxuduğum digər kitablara haqsızlıq olar.

- Ən çox sevdiyiniz yazar?
- Eləcə də yazarlara.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Yaxşı olan hər şey və hər kəs bəyəniləndir.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Bəyəndiyim heç nəyi təsnif etmirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bunu özümdə tərbiyə etməyə çalışıram.

- Mənfi xüsusiyyətiniz?
-
Mənfi xüsusiyyətlərim barədə çox düşünmək.

- İdeal insan necə olmalıdır?
- İlk növbədə bu möhrü üzərindən götürməlidi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Əsas məsələ özünü insan hiss etməkdi.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Cavabların suallara uyğun gəlməməsi.

- Həyat fəlsəfənizi ifadə edin.
- Heç bir fəlsəfənin həyatı anlatmağa gücü yetdiyini düşünmürəm.

- Siz xoşbəxtsinizmi?
-……. Bu suala düşünərək cavab verən heç kəs xoşbəxt deyil.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bədbəxtlik riyazi düsturlara sığmır.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Hər bir sonun digər başlanğıclara əsas olduğunu düşünürəm.

- Ölüm niyə ölmür?
- O ən son öləcək.

- Dinlərə münasibətiniz?
- Hər şeyin əsli faydalı və qəbulediləndir.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Özümdən və üsyanımdan.

- Falçıya inanırsızmı?
- Təəssüf ki.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- O daşların arasında bitən çiçək olmaq.

- Sevinciniz nə qədərdir?
- Onu itirənə qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsanolma cəhdlərinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bağlamaq və bağlanmaq lazım gəldikcə.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Əgər o çay Rubikondursa, keçmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Harada hansı faydalıdırsa.

- Mənə sualınız.
- Sualsız bir dünyada yaşasaydınız, neyləyərdiniz?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий