Umberto Eko
Bütün yer üzündə savaş küləkləri əsir və bizim hamımızın taleyi, yer kürəsinin ən hökmlü adamı olan Corc V. Buşun (George W. Bush) əlindədir. Bu gün əlbəttə ki, heç kim dövlətlərimizin, Platonun arzuladığı kimi filosoflar tərəfindən idarə edilməsini istəməz, ancaq ən azından o adamların yerinə başında parlaq fikirləri olan adamların keçməsi heç də pis olmazdı.
Buşun bütün məşhur fikirlərinin toplandığı www.bushisms.com saytına girmək məsləhətdir. Həmin fikirlər arasından, mənə maraqlı görünən aşağıdakıları (deyilmə yeri və tarixi göstərilmədən) tapa bildim:
“Ətraf mühiti çirklənmə deyil, su və havanın təmiz olmaması təhlükəsi təhdid edir”.
Bunlar isə jurnalistlərə müraciətlərdən seçmələrdir:
“Gərək mənə sual verəndən soruşaydım. Təəssüf ki, mənə sual verən adamın özündən soruşa bilmədim ki, axı sual nədən ibarətdir?” (Ostin, Texas, 08.01.01)
“Fikrimcə əgər siz danışdığınıza həqiqətən əmin olsaydınız, sizin suala cavab vermək mənim üçün çox daha asan olardı. Mən sizin suala cavab verə bilmərəm.” (Reynoldsburq, Ohaya 04.10.00).
“Mənim üzündən oxumağı bacarmadığımı bilən qadın. Axı mən onunla heç vaxt görüşməmişəmsə, o bunu hardan bilə bilərdi?” (Oranj, Kaliforniya. 15.09.00).
Siyasət haqqında:
“Qanunsuz hərəkətlər haqqında elə danışmalıyıq ki, sanki ondan bizdə heç yoxdur”. (20.05.96).
“Fikrimcə, biz artıq daha böyük azadlıqlara və demokratiyaya doğru yönəlmiş dönülməyəcək bir yola girmişik. Ancaq yenə də bu yol dəyişdirilə bilər”. (22.05.98).
“Mən nəinki özüm üçün, həm də sələflərim üçün icraedici hakimiyyəti qoruyub saxlamalıyam”. (Vaşinqton, 29.01.01).
“Biz terroru hər iki tərəf üçün qəbul olunan səviyyəyə qədər endirmək yolunda, tərəflərlə əmədaşlıq etməyə hazırıq”. (Vaşinqton, 02.10.01).
“Mən bilirəm ki, Vaşinqtonun iddiaları çoxdur. Bu təbiidir. Lakin, mən ümid edirəm ki, iddialı olanlar, uğursuzluq deyil, məhz uğurla birgə addımlayanda daha asan qalib gələ biləcəklərini dərk edirlər”. (Assoşeyted Pressə müsahibədən 18.01.01).
“Amerikanın ən böyük nailiyyəti odur ki, burda hər kəs səs verməlidir”. (Ostin, 08.12.00).
“Biz istəyirik ki, iş tapa bilən hər kəs, iş tapa bilsin”. (“II 60 dəqiqə” verilişi, 05.12.00).
“Ticari münasibətlərin, ticarətin özündən qat-qat böyük olduğunu da anlamaq vacibdir”. (Amerika qitəsindəki ölkə rəhbərlərinin Kvebek-Sitidəki görüşündə çıxışından, 21.04.01).
“Açıqcası müəllimlər, bizim uşaqlara təhsil verənlər arasında yeganə peşə sahibləridir”. (18.09.95).
“İstərdim ki, Buş administrasiyası haqqında danışarkən, bizim bütün diqqətimizi məhz nəticə üzərində topladığımızı desinlər, çünki mən nəticəyə inanıram, gərgin diqqət və enerjini bizim uşaqlara oxumağı öyrətməyə sərf etməyin böyük nəticəsinə inanıram, çünki bizim təhsil sistemimiz uşaqlara və onların valideynlərini diqqətlə yanaşır, buna əyani sübutu kimi həmin sistemin Amerika kimi ölkədən bizim görmək istədiyimiz bir ölkə yaratmasını göstərmək istərdim: elə ölkə ki, insanlar oxumağı və gözləməyi bacarır”. (Vaşinqton, 11.01.01).
“Bütün təbəqələri əhatə edən təhsil sistemi, bizim demokratiyanın əsaslarında biridir. Son nəticədə, məhz təhsil müəssisələrində bizim uşaqlarımız məsuliyyətli vətəndaşa çevrilib, opportunist (prinsipsiz, hər şəraitlə razılaşan) cəmiyyətimizin bir parçasına olmaq üçün, bütün imkanlardan istifadə edib, hər cür lazımi vərdişlərə yiyələnirlər”. (15.05.02).
Elm haqqında:
“Təbii qaz – yerüstü sərvətdir. Mən onun təbiətdə yerüstü sərvət olduğu haqda danışmağı sevirəm, çünki biz ona hətta qonşumuzda belə rast gələ bilərik”. (Ostin, 20.12.00).
“Mən insanlarla kölələrin sülh içərisində birgə yaşamasına inanıram”. (Saqino, 29.09.00).
“Biz Afrika ilə ədalətdən danışmağa çox vaxt sərf etdk. Afrika çarəsiz xəstəlikdən əziyyət çəkən bir xalqdır”. (Mətbuat konfransındakı çıxışdan, 14.09.00).
“Mən Meksikanın yeni prezidenti Visent Foksla (Vicente Fox) Birləşmiş Ştatları neftlə təmin etmə haqqında söhbət etdim. Beləliklə biz bundan sonra neft tədarükü ilə bağlı xaricdən asılı olmayacağıq”. (İlk prezident debatlarından, 10.03.00).
“Fransızların problemi ordadır ki, onların iş adamları ilə danışmağa sözləri yoxdur”. (Toni Bleyerlə söhbətlərdən).
“Sizdə də zəncilər var?” (Buşun Braziliya prezidenti Fernando Kardozoya sualı, San-Paulo ştatı, 28.04.02).
“Nəhayət ki, düz bir həftə əvvəl Yasir Ərafat Rəmallahda açıq-aydın alman pasifistlərinin və buna bənzər adamların toplaşdığı iqamətgahında mühasirədə idi. İndi onlar çıxıb getdilər. İndi Ərafat rahatlıqla hamıya lider olduğunu, insanları idarə edə bildiyini nümayiş etdirə bilər”. (Vaşinqton, 02.05.02)
“Xaricdən idxal etdiyimiz malların böyük hissəsi bizə kaloniyalardan gəlir”. (NPR's Morning Editing, 26.09.00).
“Mən anlayıram ki, Yaxın Şərqdə gərginlik bütün regionda gərginliyə gətirib çıxaracaq”. (Vaşinqton, 13.03.02).
“Mənim Asiyaya səfərimin Yaponiyadan başlaması çox mühüm bir səbəbdən qaynaqlanır. Səfərim burdan ona görə başladım ki, artıq yarım əsrdir Amerika ilə Yaponiya öz aralarında yeni dövrdə mövcud olan ən möhkəm və ən uzunmüddətli ittifaqı qoruya biliblər. Məhz bu ittifaqdan Sakit Okean hövzəsindəki sülhün yeni erası doğulub”. (Tokio, 18.02.02).
Tərcümə: Namiq Hüseynli
(Məqalə ilk dəfə 21 fevral 2003-cü ildə İspaniyanın “El Mundo” qəzetində yayımlanmışdır.)
Комментариев нет:
Отправить комментарий