22.04.2012

İşsizlərə müjdə

Vasif Əlihüseyn

Bu gün doğrusunu etiraf etsək, bizim həyatımızın yəni, normal yaşaya bilməməyimizin başlıca səbəbi, işsizlikdi. Olan-qalan bir iki obyekt var ki, orda da 100-150 AZN əmək haqqıdı bu da çoxlarını qane etmir. Doğrudu, istər şəhər sakini ol, istər rayon sakini ol yenə bu normal yaşamaq üçün elə də orta maaş deyil. Elə bu indi ki, zaman da digər gənclərimiz kimi, mənim də yaxşı iş tapmaq arzum var. Bununla əlaqədar olaraq internetdə çoxları kimi, mən də iş elanı yerləşdirmişəm. Bu yaxınlar da mənə iki yerdən zəng gəldi və internetdə yerləşdirdiyim iş elanı ilə bağlı iş təklif olundu. Zənglərdən birinin iş təklifinə elə yerində “yox” dedim. Digər işlə bağlı isə, mən R. Behbudov 31-də yerləşən “Jalə plazaya” dəvət aldım. Oteldə çalışmaq istədiyimdən düşündüm ki, “Jalə plaza”-da çalışacam.

Martın 30-da saat 11:00-da dəvət aldığım ünvana gəldim. İçəri daxil olduqdan sonra mən “Qeydiyyat şöbəsinə” yaxınlaşdım. Bir xanım tərəfindən mənə bir cədvəl təqdim olundu. Mən cədvəldə tələb olunanları yazıb, cədvəllə birgə kobinetə daxil oldum. Kobinet də məni elə özümlə tay-tuş olan bir bəy qzrşıladı.  Mən qarşı stula əyləşməm üçün dəvət aldım. Əyləşdikdən sonra, bəyin bayağı sualları ilə qarşılaşmağa başladım. “Şəbəkəli biznesdən xəbərdarsan?” Verilən suallardan anladım ki, mən yenə bu saxtakar adamların qıynağına keçmişəm.  Birdən gözüm bəyin yaxasında ki, yazıya sataşdı. Bu yazı şirkətin adı idi, “Tianşi” və fikrimdə daha da əmin oldum ki, məni aldatmaq istəyirlər. Amma buna Bakı da yaşadığım bir neçə illik təcrübəm imkan verə bilməzdi. Mən “Tianşi”-ni bir daha xatırlamağa başladım. Çünki, bu şirkətlə 2008-ci ildən tanışam. Onlar hələ 2008-ci ildə S. Rəhimov küçəsində yaşayış evini icarəyə götürüb ofisə çevirmişdilər. Orada milləti aldatmaqla məşğul idilər.  Onda hələ mən “Bisness time” qəzetin də yerləşdirdikləri elan vasitəsi ilə, orda olmuşdum. Deməli, 2008-ci ildə bizim hər birimizdən “10 AZN” alaraq bizə bir həftəlik treninq təşkil keçmişdilər. Treninq zamanı bizə, tez bir zaman da milyoner olacağımızı demişdilər. Treninq bitdikdən sonra hər birimizin biznes açmaq üçün “300 Azn” gətirməmizi dedik də, çoxları oranı tərk etdi, həmçinin mən də. Təsəvvür edin 50-yə yaxın adamdan “10 AZN”  məbləğində pul qazanmışdılar. Olanları qarşımda ki, bəyə danışdıqdan sonra, bəy daş atıb başını tutdu ki, belə şey ola bilməz. Bilmədim ona inanım yoxsa, özümə. Onu da qeyd edim ki, həmin ərəfə də bu bəy orada çalışmırdı. Qarşımda oturan dilli-dilavər bəy olanlardan xəbərdar olduğum üçün mənə yaxşı yol arzuladı. Kobinetdən çıxanda 2008-ci ildə mənə treninqlər də, nağıl danışan müəllim və müəllimələrlə də rastlaşdım. Qeyd edim ki, müəllimələr arasında bir türk xanım da var. İndi də hələ təmiri davam edən “Jalə plaza”-da ofisi icarəyə götürüb burada başlayıblar əməliyyata. İnanıram ki, bunlar “Jalə plaza”-nın əməkdaşlarına da etdikləri barədə düzgün məlumat verməyiblər. Ona görə də, burada yerləşiblər.  Bu gün iş elanları dərc olunan qəzet və internet saytlarında bu saxtakarların elanlarından göz açmalı deyil. Elanın forması belədir; “Ali və orta təhsilli şəxslər təcili ofis işinə dəvət olunur. Əmək haqqı yüksək və daimi artandır. Tələsin yerlər məhduddur. Sonra da telefon nömrəsi qeyd olunur”.  Bu elanlar metroda da ayaq tutub yeriyirdi. O, günlərdə “Bakı metropoliteni” sərnişinlərə belə bir müraciət etmişdi ki; “Araşdırdığımız işlərdən məlum oldu ki, bu elanlar yalandı və insanları aldatmaqla məşğuldurlar. Bu elanlara inanmayın. Metroda bu elanların kiminsə yapışdırdığını gördükdə, metropoliten işçilərinə və polisə xəbər verin”. Ona görə də, mən də vətəndaşlarımızdan xahiş edirəm ki, bu elanlara inanmasınlar.

Vasif_C85@mail.ru

Комментариев нет:

Отправить комментарий