Salam Sarvan
Görünüş
Tavandan asılmış çilçıraqda
İşıqnan dolu beş qədəh.
İçmək istəyir adam
Dostlarnan bir yerdə.
Sevgi
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
Vəziyyət
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var- QƏZA!
Mən gələr olmadım, yolu qarşıla
Alın yazısında imza yeri boş-
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir “yox” de mənə,
Hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək...
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki, sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
Bir qız üstümdə saç olur
Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.
Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.
Mən də qəbir qapısını
döyürəm nəfər ilən.
Bir qız üstümdə saç yolur
hörmür, ilahi, hörmür.
Bağışla, otağım tör-töküntüdü
Yuvam dimdiyimdə gəzirəm hələ...
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e gəl, qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını-
Oynayım toyuna, batım yasına?...
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tulllayıram...poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə-
bağışla, otağım tör-töküntüdü.
Görünüş
Tavandan asılmış çilçıraqda
İşıqnan dolu beş qədəh.
İçmək istəyir adam
Dostlarnan bir yerdə.
Sevgi
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
Vəziyyət
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var- QƏZA!
Mən gələr olmadım, yolu qarşıla
Alın yazısında imza yeri boş-
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir “yox” de mənə,
Hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək...
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki, sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
Bir qız üstümdə saç olur
Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.
Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.
Mən də qəbir qapısını
döyürəm nəfər ilən.
Bir qız üstümdə saç yolur
hörmür, ilahi, hörmür.
Bağışla, otağım tör-töküntüdü
Yuvam dimdiyimdə gəzirəm hələ...
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e gəl, qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını-
Oynayım toyuna, batım yasına?...
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tulllayıram...poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə-
bağışla, otağım tör-töküntüdü.
Комментариев нет:
Отправить комментарий