25.04.2012

YUVA DAĞIDANLARA VƏ YUVASI DAĞILMIŞLARA DİLƏKÇƏM

Şirinxanım Kərimbəyli ŞADİMAN

Əslində  bu  yazını  heç  zaman  qələmə  almazdım, bu  yaxınlarda  baş  verən  Sulutəpə  əhvalatları olmasaydı. Vətəndaşa  ən  rahat  ölkə  onun  Vətəni  olmalıdır. Biz  Azərbaycan  türklərindəən pis  qarqış «Evin başına uçsun», « Evin dağılsın»   ən  xoş  alqış  isə  «Evin  tikilsin», « Evin  abad  olsun» deyimləridir. Yəqin  ki, bu  sözlər  istər  sevgidən, istərsə  nifrətdən  el  arasında  tez-tez  işlədilən  ifadə  vasitələridir.
Biz  əslində  heç  zaman  bir-birimizə  mərhəmətli  olmamışıq. Əlimizə  imkan  düşən  kimi, özümüzdən  imkansızı  əzməyə  çalışmışıq.  Qeyri  müsəlman  əhaliyə  isə  xüsusi  məhəbbət, sayğı  bəsləmişik. Hələ  20 il  müstəqillik  keçəndən  sonra  da  rusların  dilindən  qırıla  bilmirik, uşaqları  indiyədək  bir  qisimimiz  müstəqil  Quzey Azərbaycanında  rus  dilində  oxutdururuq. Və bununla  da  bol-bol  qürurlanırıq. İnsani  hisslər  hər  millətdə gözəl  kefiyyətdir, əgər  varsa, ancaq  bu  insaniliyi  birinci  özünə, soyuna, kökünə, dindaşına  bəsləməlisən. Necə  deyərlər, əvvəl  məscidin  içi, sonra çölü…Biz  ümumilikdə  götürəndə  evi  dağılmış, evi  başına  uçmuş  millətlərdənik. Çünki   qədər  qaçqın-köçkün  həyatı  yaşayan    bu  ağrıynan  da  dünyasını  dəyişən  soydaşlarımız  var. Düzünə  qalanda  heç  biz  fəxr  ediləsi  millət    deyilikyarımız  farsınyarımız  rusun  əsarəti  altında  kölə  həyatı  yaşamaq  məcburiyyətində  qalmışıq. Bu  gün    elə  Güneyli  bacı    qardaşlarımız  bu  əsarətin  acısını  dadmaqdadır. Bu  da  deyəsən  elə  bizim  bir-birimizə  sevgimizin  az  olmasından  irəli  gəlib. Əgər  belə  olmasaydı  vaxtında  birləşib  bu  köləlik  adlı  ağır  ləkənin  kölgəsində  ömür-gün  sürməzdik
Qayıdaq  mövzunun  üstünə. Düzün  sözü, sizdən    gizlədim, Sulutəpədə  baş  verən  Yuvadağıtma  əməliyyatı  məni   möhkəm  sarsıdıb. Bəlli  məsələdir  kiimkanlı  adamın  evini  bu  ölkədə  heç  kim  dağıda  bilməz. Bu  zornan-gücnən  daşı  daş  üstə  qoyub  özünə  yuva  quranların  faciəsidirƏgər, işdi  şayəd, imkanlının  evini  dağıtmış  olsalar  dahüquq  mühafizə  orqanları  tərəfindən  tutarlı  cəzaya  düçar  olarlar. Bu  cəza  yetim-yesirə  verilən  cəzadır. Bütün  bu  baş  verənlərin  ARD-  əlaqəli  olması  məndə  təəssüf  doğurur. Çünki  o  idarə  mənə  doğmadır    mən  o  idarənin  tabeçiliyində  işləmişəm. Ömrümün  22 ilini  ARD-in  tabeliyində  olan  Dəniz  Mədən  Geofizika  Ekspedisiyasında  yerin  tədqiqi  ilə  məşğul  olan  şöbədə  mühəndis  işlədiyim  üçün, yerin  üstündən  baş  açmağa  çətinlik  çəkdiyimə  baxmayaraq, yerin  altından  baş  çıxarma  təcrübəm  var. Bir  il  bundan  qabaq, Binəqədi  ərazisindən  təsadüfən  maşınla  keçərkən, mədən  ərazilərində  tikilən  evləri  görəndə, təəccüb  etmişdim. Niyə  görə ? Çünki  o  yerlər  insan  yaşamı  üçün  təhlükəli  ərazi  sayılmalıdır! Tam  istismardan  çıxmış  mədən  əraziləri  çirkliliyi  təmizləndikdən  sonra  o  yerlərdə  meşə  zolaqları  salınmalıdır. Belə kiistismardan  çıxmış  quyuların, yenidən  qazlılığının  artması  ilə  əlaqəli, işləmə  təhlükəsi  var. Yəni  hər-hansı  orda  tikilən  ev  haçansa  göyə  sovrula, yəni  partlayışla  üz-üzə  qala  bilər. Bəs  Bakıda  bu  işlə  məşğul  olan  adiyyəti  orqanlar  niyə  bu  vaxta  qədər  susublar    o  ərazidə  minlərlə  ev  tikilib, hətta  deyilənlərə  görə  orta  məktəb    inşa  olunub. Bu  vaxta  qədər  ARD  özü  niyə  susub    bu  tikintiyə  seyirçi  qalıb? Bəs  Korrupsiya  üzrə  idarə  hara  baxıb? Qoy  bu  sualların  cavablarını  məsuliyyət  daşıyanlar  xalqa  açıqlasınlar. Amma  mən  mədən  ərazilərdə  evi  uçulmaşlara, yuvası  dağılmışlara  üzümü  tutub  demək  istəyirəm  ki, qətiyyən  bunu  çox  ürəyinizə  götürməyin. Sadəcə  dəymiş  ziyanı  tələb  eləyin. Çünki  ziyanın  yarsından  qayıtmaq  özü    xeyirdir. Mən  sizə  sadalayım  niyə?.
1. Mədən  ərazilərində  yaşayış  üçün  tikilən  evlər  təhlükəlidir.
2. Torpaqda şualanma  gedir. Orda  xərçəngə, qan  azlığına  tutulma  ehtimalları  çoxdur.
Şualanma  gedən  yerdə  oksigen  qıtlığı  yaranır, bu  da  ağciyərürəkçatmazlığı  xəstəliklərinə  səbəb  ola  bilər.
3. Bakıya  üz  tutub, mərkəzi  özünə  yuva  seçənlərə  isə, demək  istəyirəm  kibu  ərazi  oksigen  kasıblığından  neçə  illərdir  kiəzab  çəkir. Neftli  ərazilər  insan  yaşayışı  üçün  əlverişli  sayılmır.
Üstəlik    istiqlalımızı  qazandıqdan  sonra  ilk  olaraq  paytaxda  ekoloji  təmiz  olan  tramvay, trolleybus    Bakı  bağlarına  gediş-gəlişi  təmin  edən  elektrik  qatarlarını  şəhərdən  yığışdırdılar. Bu  da  paytaxda  oksigen  qıtlığının  daha  da  artmasına  səbəb  oldu. Minlərlə  balaca, böyük  minik  maşınları  bu  ərazidə  ekoloji  fəlakətin  aratmasına  xidmət  edir.
Mənə  inanmırsınızsa, səhər  saat  8-  gəmiyə  minib  Böyük  Zirə (Nargin) adasının  yaxınlığına  qədər  gedin    ordan  Bakıya  baxınSiz  üstündə  sıx  sarı  duman  dayanmış  bir  şəhər  görəcəksiz.  Bu  sarı  duman  zəhərdir, sarı  zəhər. Bu  isə  Bakının  oksigen  çatmazlığından  xəbər  verir. Bu  gün  paytaxda  oksigen  qıtlığından  əzab  çəkən  xəstələrin  sayı  artıb. Buna  ürək  çatmazlığı  deyirlər. Özü   bu  xəstəlik  axır  illərdə  xeyli  sayda  cavan  insanlarımızın  arasında  baş  verir. Yəni, yarımçıq  ömürlülərin  sayını  artırıb. İnsan  ömürünün  səhifələrinindən  bəllidir  ki  o  heç    çox  uzun  deyil. Və  qısa  ömürü  daha  da  qısaltmağa    lüzum?
ARD-ə isə  demək  istəyirəm  ki, insanlarla  kobud  rəftarqəddarlıq, dünyada  dördüncü  hakimiyyət  sayılan, jurnalistin  hüququnu  tapdalamaq, ona  əl  qaldırmaq  şənininizə  ucalıq  gətirməz. Bir    sizdən  rica  edirəm  kiyerli-yersiz  ARD-in  ərazisi  adlı  dəmir  plakatı  harda  gəldi  yapışdırmayın. Bir az  diqqətlli  olun, məsələn  mən  Pirallahı  adasında  yaşayıram. Yaşadığımız  mənzil  isə  80 il  bundan  öncə  tikilib. Hal-hazırda  bu  evlər  Abşeronneftin  balansından  alınıb Bakı  İcra  Hakimiyyətinin  tabeçiliyinə  verilib. Yəni  bu  evlərin  ARD-ə  dəxli  yoxdur. Deyəsən, bu  neft  bizi  istiylə  yoxtüstü  ilə  boğmaq  istəyir. Bir el  məsəlində  deyildiyi  kimi  «qızınmadıq  istisinə, kor  olduq  tüstüsünə»… Mənim  Bakı  ərazisində  yaşayan  imkansız  caamatımıza  bir  məsləhətim    var. E  mən    sizi  qarışıq  gəlin  hər  ailə  özünə  bir  çadır  alsın. Çünki  evimizin  qəfildən  sökülmə  məqamı  çatsaallah  eləməmiş, onda, heç  olmasa, başımızı  salmağa  çadırımız  olsun. Sonda  İlahidən  diləyim  budur  ki, bizim  insanlarımızda  bir-birinə  qarşı  istəyi, sevgini, ülfəti  artırsın. Amin!...  
Vəssalamşüt tamamHələlik  deyəcəyim  bu  qədər...

Комментариев нет:

Отправить комментарий