Zaur Baxşəliyev isə
efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır
Müxtəlif ünvanlara müraciət edən, lakin heç bir nəticə görməyən L. Hüseynzadənin atası Məzahir Hüseynov sonda “Qafqazinfo”ya üz tutub. O bildirib ki, müsabiqənin bitməsindən 20 gün keçməsinə baxmayaraq hələ də gözləyirlər: “Bir həftə gözlədik. Sonra ölkə başçısına, Heydər Əliyev Fonduna, Ombudsmana, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktubla müraciət etdim. Sonda sizə üz tutdum. Dəfələrlə ATV-nin rəhbərlərindən olan Həsən müəllimin qəbulunda olmuşam. Mənə deyirlər ki, biz deməmişik qalibə şəhərdə üç otaqlı mənzil verəcəyik. İnternetdə yerləşdirilmiş videolardan da həmin hissəni çıxarıblar. Amma bizdə canlı yayım vaxtı çəkilən kadrlar var ki, onu sizə təqdim etmişəm. Hər şey açıq-aydın görünür. Üstəlik, Həsən müəllim mənə kobud şəkildə hədə-qorxu gəlir, təzyiqlər edir. Laləyə müxtəlif təkliflər olunur ki, onların da qarşısında sədd çəkirlər. Bunlar efirə baxan 9 milyonluq xalqı, Laləni xarici ölkələrdən dəstəkləyən insanları baxın necə aldadırlar?”.
Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım Səni” yarışmasının
qalibi Lalə Hüseynzadəyə vəd olunan mənzilin açarları hələ də verilməyib. Kanal rəhbərliyi və layihənin müəllifləri qalibə
mükafat olaraq Bakı şəhərində tam təmirli, üç otaqlı mənzil veriləcəyini desələr
də, sözlərinə əməl etməyiblər. Finalda təqdim olunan üç otaqlı mənzilin açarını
veriliş bitən kimi ondan alıb, layihənin prodüseri Faiq Ələkbərlinin evinin
açarı olduğunu deyiblər. L. Hüseynzadəyə Bakı-Sumqayıt yolunun 7-ci
kilometrliyində yerləşən Masazırda ATV-nin digər prodüseri Mirsalam
Mirsalamovun adına olan, 36 kvadratmetrlik, yaşayış üçün yararsız, 12 min 400
manat dəyərində bir otaqlı mənzili təklif ediblər. “Tanıdım Səni”nin aparıcısı
və münsifi Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri,
bu gün boynuna almır.
Müxtəlif ünvanlara müraciət edən, lakin heç bir nəticə görməyən L. Hüseynzadənin atası Məzahir Hüseynov sonda “Qafqazinfo”ya üz tutub. O bildirib ki, müsabiqənin bitməsindən 20 gün keçməsinə baxmayaraq hələ də gözləyirlər: “Bir həftə gözlədik. Sonra ölkə başçısına, Heydər Əliyev Fonduna, Ombudsmana, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktubla müraciət etdim. Sonda sizə üz tutdum. Dəfələrlə ATV-nin rəhbərlərindən olan Həsən müəllimin qəbulunda olmuşam. Mənə deyirlər ki, biz deməmişik qalibə şəhərdə üç otaqlı mənzil verəcəyik. İnternetdə yerləşdirilmiş videolardan da həmin hissəni çıxarıblar. Amma bizdə canlı yayım vaxtı çəkilən kadrlar var ki, onu sizə təqdim etmişəm. Hər şey açıq-aydın görünür. Üstəlik, Həsən müəllim mənə kobud şəkildə hədə-qorxu gəlir, təzyiqlər edir. Laləyə müxtəlif təkliflər olunur ki, onların da qarşısında sədd çəkirlər. Bunlar efirə baxan 9 milyonluq xalqı, Laləni xarici ölkələrdən dəstəkləyən insanları baxın necə aldadırlar?”.
M. Hüseynzadə deyir
ki, heç bir müəllimsiz, fitri istedada malik olan qızına qarşı bu cür
laqeydlikdən çox təəssüflənir: “Uşağı həvəsdən salırlar. On bir ay Bakıda
qohum-əqraba yanında qalıb yarışmaya hazırlaşıb, hər həftənin qalibi olub.
Bütün nəsil yığışıb 10 min manatlıq SMS göndərib. Hələ başqa göndərənləri
demirik. Kanal səslərin hesabını bizə vermək istəmir. Efirdən də ancaq faizi
göstərilər. Bununla da vergidən yayınırlar. Halbuki, bir SMS-in dəyəri 1 manat
18 qəpikdir”.
Şikayətçi ata deyir
ki, ATV dediyi üç otaqlı mənzili vermirsə, heç olmasa şəhərdə bir otaqlı mənzil
versin ki, Lalə burada qalıb təhsil ala bilsin: “Ona Türkiyədən, digər ölkələrdən
təhsil alması üçün dəvət gəlir. Amma deyirəm ki, qalıb öz vətənimizdə oxusun,
xeyir versin. Heydər Əliyev Fondu Laləni qeydiyyatdan keçirib. “Eurovision”un açılışında
iştirak edəcək. Efirdən Şeyx Əbdül deyirdi ki, Fərhad Xəlilovla danışıb, Laləni
Rəssamlıq Akademiyasına heç bir imtahansız qəbul edəcəklər. Ortada hələ heç nə
yoxdur. Boş vədlərdən başqa. Masazırda verilən bir otaqlı evi özümüzə təhqir
sayırıq. Onu verib özlərini biabır etdilər”.
Mövzu ilə bağlı
Azad Azərbaycan Telekanalında yayımlanan “Tanıdım Səni” proqramının rejissoru Əzizə
Dünyamalıyevaya müraciət etsək də, heç bir cavab vermədi. Məsələ ilə bağlı
ATV-nin də mövqeyini verməyə hazırıq (Qafqazinfo).
Комментариев нет:
Отправить комментарий