18.04.2012

Sovet vaxtı və indi

SOVET vaxtı balığın kiloqramı cəmi 50 QƏPİK, bu gün isə 4-5 MANAT, SOVET vaxtı qara kürünü qanlı-qanlı cappayla su kimi icərdin, indi kilosu 3,5 MİN DOLLAR, NECƏDİ?!!

Liberallar kapitalizmin bərpasından doğan sosial-iqtisadi tənəzzülü ört-bastır etmək ücün iddia edirlərki, guya bu kapitalizmin törətdiyi fəsad yox, guya sırf sabiq İttifaq Respublikalarıyla iqtisadi tellərin qırılmasının nəticəsidir.Onda sual olunur, bəs nə ücün Yeyinti sənayesi tənəzzül etdi, axı bu gündəlik tələbat mallarına ölkədaxilində kifayət qədər ehtiyac var və ən azından bu daxili tələbata hesablanmış istrehsalı tamamı ilə qoruyub saxlamaq ki, olardı?..

Fikir verin bizimlə eyni taleni yaşamış Belarusiya hazırda illik 7 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac etdiyi halda , Azərbaycan ixracat birtərəfə hec daxili bazarı yerli məhsulla təmin edə bilmir.Beləliklə bu dəfə ki, tədqiqat predmetimiz Balıqcılıq təsərrüfatıdır.Məlumat ücün deyək ki, balıqcılıq ta qədim zamandan bizim ölkədə müvcud olsada, Sənayeləşmiş Balıqcılıq ilk dəfə Sovet Hakimiyyəti zamanı yaradılmışdır, hansı ki kapitalizmin bərpasıyla bu sahədə tənəzzülə uğradı.Beləki Sosialist Respublika hakimiyyəti zamanı Azərbaycan SSR-idə sırf dövlət xəttiynən hər il 60-70 min ton balıq ovlanırdı, əhali tərəfindən ovlanan balıq məhsullarınıda bura əlavə etsək istehsalın 100 min tonu haqladığını söyləyə bilərik, hansıki həmən vaxt ölkədə 6-7 milyon əhali yaşayırdı.Bu gün isə Balıqcılıq sənayesi az qala 2 dəfə kicilib.2000-ci ildə Balıqcılıq sənayesinin illik istehsal gücü cəmi 19 min ton təşkil edib ki, bu da 70 il bundan əvvəlki Sovet dövründəki, istehsaldan belə 2 dəfə azdır.Beləki 1940-cı ildə Azərbaycan SSR-idə 34 min ton balıq ovlanmışdır, hansı ki bu zaman Respublikanın əhalisi cəmi 3 milyon nəfər idi, yəni indikindən 3 dəfə az. Deməli adambaşına düşən Balıq ovuna görə Azərbaycan Sovet dövrünün göstəricilərindən müqaisəyə gəlməyəcək dərəcədə geridə qalır.
 Bir dəfə Neftcala rayonundan bir nəfər sürücüylə söhbət edərkən o mənə bildirdiki” Sovet vaxtı biz caydan balığı tutar, qarnını yarıb kürüsünü cıxarar istifadə edərdik.Qara kürünü elə isti –isti su kimi icərdik.Bu gün bu artıq bizim ücün yuxudur.Nəinki kürü əldə edə bilərsən hec caydan balıq tutmağa qoymurlar.İndi balıqcılıq bir-iki oliqarx ailəsinin inhisarındadır.Caylarda, göllərdə, dənizdə ancaq onlar balıq ovlaya bilərlər və kürünün kiloqramını 3.500 dollara satırlar”.
Fərq ancaq bu deyil həmdə qiymətdədir.Sovet vaxtı balığın kiloqramı cox sinvolik məbləğə idi cəmi 50-60 QƏPİK, bu gün isə balığın kilosu 4-5 MANAT təşkil edir, yəni istehsal azalıb, qiymətlər isə 10 dəfə bahalaşıb.
 P.S. 1989-cu ildə meydanlarda xalqı aldadaraq deyirdilərki, müstəqil olsaq təkcə qara kürünün puluynan ölkəni yaşada bilərik, indi bu yağlı vədlərdən 23 il ötüb, amma qara kürünün kefini bir-iki oliqarx ailəs görür.Sovet vaxtı kürünü cappayla su kimi icən Neftcala əhli bu gün necə qara kürünü televizorda görsəniz tanıya bilərsinizmi?…əminəmki nəinki neftcalalılar, hec indiki yeni formalaşan nəsil belə qara kürünün üzünü belə görməyib…

kommunist.biz

Комментариев нет:

Отправить комментарий