Mayis Güləliyev
Psixi xəstələrin və ya
terrorçuların məktəblərə daxil olub kütləvi qırğınlar törətməsi təkcə Amerikada
yox, dünyanın ən tolerant ölkələrdən biri olan Azərbaycanda da baş verdi. Gücü,
zorakılığı təbliğ edən Amerika kinolarında olduğu kimi.
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi Azərbaycan cəmiyyətini ciddi şəkildə "silkələdi".
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi Azərbaycan cəmiyyətini ciddi şəkildə "silkələdi".
Təkcə ona görə yox ki,
çoxlu sayda günahsız insan qətlə yetirilmişdi, həm də ona görə ki, belə hadisə
hər bir kəsin başına gələ bilərdi. Hər bir kəs başa düşdü ki, onun təhlükəsizlyi
heç də təmin edilməyib.
Bu hadisədən dərhal sonra müxtəlif teledebatlarda və müsahibələrdə ölkədə, xüsusilə təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında geniş müzakirələr aparıldı. Görəsən, belə hadisələrin qarşısını silahlı nəzarətlə və ya insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqla almaq olarmı? Demək olar ki, hər bir küçəsində və idarəsində video-kameralar quraşdırılan Amerikada belə hadisələr azmı baş verir? Deməli, belə hadisələrin qarşısını almaq üçün onun əsil səbəbini aradan qaldırmaq lazımdır. Bəs əsil səbəb nədir?
"Gələcəyin şoku" əsərində Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik". Bəs nədir bu hədlər? Bu hədləri kim müəyyən edir? İnsanların getdikcə dözə bilməyəcəkləri ətraf mühiti kim formalaşdırır? Biz buna müqavimət göstərmək gücündəyikmi?
Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Azərbaycan ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələlər cəmiyyətin təhlükəsizliyi məsələləridir. Ayrıca götürülmüş insanın təhlükəsizliyi isə demək olar ki, yaddan çıxıb. Bu əsasən onunla bağlıdır ki, Azərbaycan cəmiyyətində "insan" və ya "vətəndaş" anlayışı "dövlət" və ya "millət" anlayışından xeyli geridə qalır. Odur ki, Azərbaycan siyasi həyatında baş verən ən ciddi məsələləri, o cümlədən Dağlıq Qarabağ və ya regional təhlükəsizlik məsələlərini millətçilik və dövlətçilik mövqeyindən həll etməyə cəhd göstərirlər. Bu isə yanlış yaxınlaşmadır. Unutmaq lazım deyil ki, cəmiyyətin təhlükəsizliyi hələ onun elementlərinin, yəni vətəndaşların təhlükəsizliyi demək deyil. Əksinə, elementlərin geniş ehtimalla təhlükəsizliyi sistemin təhlükəsizliyi üçün mühüm zəmin yaradır. Başqa sözlə, həm daxili, həm də xarici təhlükəsizlik məsələlərini sistemdən (cəmiyyətdən) elementə (vətəndaşa) yox, elementdən (vətəndaşdan) sistemə (cəmiyyətə) yönəltmək lazımdır.

Hər bir vətəndaşın təhlükəsizliyi fiziki, maddi və mənəvi
təhlükəzilik kimi üç qrupa bölünməlidir. Alvin Tofflerin qeyd etdiyi kimi, hər üç
sahədə hər bir vətəndaşın dözə biləcəyi hədlər müəyyənləşməlidir. Əks halda, ya
onun özü, ya da onun ətrafı dözümsüzləşir. Belə ki, ayrıca götürülən fərdin təhlükəsizliyi
təkcə onun özünün hər üç sahədə təhlükəsizlik hədlərinin müəyyən olması ilə yox,
həm də onun ətrafındakı insanların təhlükəsizliyi ilə bağlıdır. Odur ki, cəmiyyətin
"təhlükəsiz kimi" görsənməsi hələ onun ayrıca götürülmüş fərdlərinin
təhlükəsizliyi demək deyil. Hər bir dövlətin əsas vəzifələrindən biri vətəndaşlarının
təhlükəsizliyini qorumasıdır. Dövlətlərin əksəriyyəti bu funksiyanı yalnız
fiziki təhlükəsizliyin, qismən də mülkiyyətlə bağlı olan maddi təhlükəsizliyin
qorunması kimi həyata keçirir. Dünya dövlətləri arasında çox az dövlətin adını
çəkmək olar ki, vətəndaşların mənəvi təhlükəsizliyi məsələsi dövlətin prioriteti
olsun. Əksər ölkələrdə, o cümlədən post-sovet ölkələrində vətəndaşların mənəvi
təhlükəsizliyinin qorunmaması onların geniş informasiya imkanı olan ölkələr tərəfindən,
xüsusilə ABŞ tərəfindən "mədəni müstəmləkəyə" alınmasına şərait
yaradır. İrqçilik, etnik və dini dözümsüzlük, millətçilik və sair kimi insan ləyaqətinə
mənfi təsir göstərən, zorakılığı və gücü təbliğ edən KİV-lər XXI əsrdə yeni müstəmləkəçilik
siyasətinin mühüm silahlarıdır. Bəli, KİV, heç də çoxlarının iddia etdikləri
kimi "informasiya fabriki" deyil! KİV seçilmiş auditoriyaya lazım
olan təsiri göztərmək üçün istifadə edilən mühüm silahdır. XX əsrin ikinci
yarısından başlayaraq bu silah ayrı-ayrı şəxslərə yox, kütlələrə yönələrək
ABŞ-ın yeni müstəmləkəçilik siyasətinə xidmət etməyə başlamışdır. Artıq neçə
illərdir ki, Böyük Britaniyanın BBC Teleradio Şirkəti, ABŞ-ın "Amerikanın
səsi" və "Azadlıq" radioları, C�� televiziya kanalı və sair ABŞ
və Böyük Britaniya siyasətinə tam xidmət edərək, dünya ölkələrini nəzarətdə saxlamaq
üçün təbliğat maşınından ustalıqla istifadə edirlər. Üçüncü dünya ölkələrinin
özünəməxsusluğunu, milli və dini dəyərlərini məhv etməyə, onlar arasında dini,
etnik münaqişələri yaymağa yönələn bu silah "yavaş-yavaş təsir göstərən
kütləvi qırğın" silahı kimi təhlükəlidir. KİV-lə idarəedilən və
yavaş-yavaş dəyişən kütlə bunu hiss etmir. Lakin kütlə getdikcə zahirən mütiləşir,
daxilən aqressivləşir.
Müxtəlif seriallar, kompüter oyunları, yerli TV-lərdə
nümayiş edilən şou-proqramlar ayrı-ayrı fərdlərin təhlükəsizlik hədlərini qırır
və onları mümkün təhlükələrə "açıq" edir. İnsanlar fiziki cəhətdən
müxtəlif olduğu kimi, psixi cəhətdən də fərqlidirlər. KİV-lərin "açıq cəmiyyətlərə"
belə hücumu getdikcə daha çox fərdi "şoka" salır. "Söz azadlığı",
"mətbuat azadlığı" adı altında kiçik və zəif dövlətləri yerli KİV-lər
üzərində nəzarətdən məhrum edən Qərb siyasəti, əslində bu KİV-ləri öz nəzarətində
saxlayır. Zorakılığı və gücü nümayiş etdirən, "cinsi azadlıq" adı
altında əxlaqsızlığı üçüncü dünya ölkələrinə "ixrac" edən çoxlu sayda
filmlər cəmiyyətin əsas dayağı olan ailə münasibətlərinin qırılmasına və fərdin
daha çox bağlı olduğu "kiçik cəmiyyətlərin şokuna" şərait yaradır.
"Şoka" düşmüş onlarla fərd və "şoka" düşmüş onlarla ailə cəmiyyətdə
minlərlə fərdə və ya ailəyə sosial təhlükələr yaradır. Belələrinə qarşı
"müharibə" elan edənlər bu insanların və ya ailələrin cəmiyyətdəki dəyişikliklərə
tab gətirə bilmədiklərinin və KİV-lərin "mənəvi terrorunun" qurbanı
olduqarının fərqindədirlərmi? Onlar təsəvvür edirlərmi ki, belə dəyişikliklərin
bir qədər də dərinləşməsi digərlərini, bəlkə də onların özlərini
"şoka" sala bilər?
Bir neçə ay əvvəl ATV telekanalının "El içində"
proqramında zövqlə bağlı söhbət aparılırdı. Verilişin aparıcısı həmişə təkrar
etdiyi bir fikri bir daha tamaşaçıların diqqətinə çatdırıb qeyd etdi ki,
televiziya kommersiya strukturudur və hansı proqrama daha çox baxılırsa və
hansı proqram daha maraqlı qarşılanırsa, o proqram da yayımlanır. Kim istəyir baxsın,
kim istəmir baxmasın. Əlbəttə, televiziyaya kommersiya kimi baxmağa vərdiş edən
şəxsdən belə fikirləri eşitmək o qədər də qəribə deyil. Qəribə olan o idi ki,
verilişdə iştirak edən millət vəkili və tanınmış jurnalist onun fikirlərinə nəinki
narazılıq bildirmədilər, əksinə, bu fikirləri təsdiq etdilər. XX əsrin ikinci
yarısından başlayaraq ictimai şüurun formalaşmasında ən ciddi silaha çevrilən televiziyaların
kimlər üçünsə kommersiya xarakterli olması danılmaz faktdır. Lakin narahatedici
fakt ondan ibarətdir ki, KİV-lərin, xüsusilə də televiziyaların kommersiya
strukturu kimi gəlirli olması kütlənin mənəvi təhlükəsizliyinin azalması üzərində
qurulur. Yalnız mənəvi cəhətdən sarsıdılmış kütlə ucuz və mənasız şou
proqramların istehlakçısına çevrilə bilir. Televiziyalar kimlər üçünsə gəlir mənbəyi
olsa da, Qərb dövlətləri üçün yeni müstəmləkəçilik metodudur. Məgər ucuz şou
proqramlar, qeyri-intellektual verilişlər, dedi-qodular və s. kütlənin nəinki
zövqünə, hətta dünyagörüşünə mənfi təsir göstərən verilişlər vasitəsilə əldə
edilən gəlirlər ictimai şüurun və cəmiyyətin "mədəni terrora" məruz
qalmasına haqq verirmi?
Комментариев нет:
Отправить комментарий