Günay
Ümid
Bir az sənə oxşayır darıxmağım,
İyunun istisinə
bürünüb
üşüyürəm həsrətinə.
Boyum ayrılıqdan
çox kiçikdi…
Ayağımın altına
Ümidlərimi yığıb
pəncərədən
boylanıram getdiyin tərəfə...
Bir az sənə oxşayır darıxmağım,
bir az mənə oxşayır
nigaranlıgın.
lap çoxdan,
haçan ki ümidlərimi
səndə unutdum,
haçan ki taleyimə
toxunmağa basladın,
haçan ki yazılmamış
şerlərimdə oxunmağa basladın
bax , o
vaxtdan…
Ömrümün bütün
vaxtlarını xərcləmək gəldi içimdən
son məktubunun
eşqinə .
Bu gecə ölumlə qədəh
– qədəhə
özümsüzlüyümə içdim
son kəs...
Vərəq-vərəq
danışdığın məktublarda
hərflər pıçıldadı səsini
qulağıma.
mən böyqk hərflərlə
darıxdım bu gecə,
sən kiçik həriflərlə
pıçıldadıqca-
darıxdım…
darıxdım…
Açıq pəncərəmdən
otagıma xatirələr səpələndi
Üşüdüm…
Üşüdüm…
sənsiz darıxmaq, sənsiz
üşümək, sənsiz yaşamaq…
yaşamaqdan ölmək…
Bu gündə yalanına
sığınmaq istədim,
dayanlamaq istədim
mən aldanmadim ki,
sadəcə inanmaq istədim
yaşadıqlarıma…
Комментариев нет:
Отправить комментарий