26.08.2012

Asif Hacılının “Qurani Kərim Rus ədəbiyyatında” kitabını oxumusunuzmu?

Vasif Əlihüseyn

Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakulitəsində təhsil aldığımdan, bu il bir çox tələbələr kimi, mənə də professor Asif Hacılının “Qurani Kərim Rus Ədəbiyyatında” kitabı təmənnasız hədiyyə olunmuşdu. Sadəcə əlimdə başqa kitablar olduğundan, bu kitabı oxumağı bir az yubatdım. Miqel De Servantes Savedranın “Don Ki Xot”  əsərini oxumayan jurnalistə müsahibə verməyən və hamımıza bu kitabı oxumağı mələhət görən, B.S.U-nin rektoru, yazıçı Kamal Abdullanın məsləhətindən sonra,  “Don Ki Xotu”-da oxudum. Fürsətdən istifadə edib, bizim üçün “Yaradıcılıq” fakulitəsini yaradan, universitetin rektoru, yazıçı K. Abdullaya öz dərin təşəkkürümü bildirirəm!

Kitab ümumilikdə Qurani Kərimin rus ədəbiyyatında ki, rolundan bəhs edir.

“Qurani Kərim Rus Ədəbiyyatında” adıyla elə ilk dəfə oxucuda maraq doğuran bu kitab, doğrusu məni heyrətə saldı. Kitaba K. Abdulla ön söz yazaraq, Rusiyalı görkəmli alim və sənətkarların, yazıçı və şairlərin islama diqqət və sayqısını xüsusi vurğulamışdır. Beləcə Aleksandr Puşkin, Nikolay Qoqol, Lev Tolstoy, Konstantin Balmont, Velimir Xlebnikov, İvan Bunin və bir çox digər sənətkarlar Qurani Kərimin ecazkar mənalar aləminə, söz möcüzəsinə, valeh olmuşlar. Kitabda Şərq-islam aləminin rus ictimai, fəlsəfi, estetik və elmi fikri tərəfindən mənimsənilməsində Mirzə Cəfər Tobçubaşovun, islamşunaslıq üzrə bir çox əsərlərin müəllifi, Rusiya Elmlər Akademiyasının, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiyanın bir sıra elmi cəmiyyətlərin üzvü, professor, rus elmi şərqşünaslığının banisi Mirzə Kazım bəyin fəaliyyəti ayrıca qeyd olunur.
Bütün yaradıcılığı boyu Qurana və Məhəmməd Peyğəmbərin (s.ə.) şəxsiyyətinə, islam dünyasına müraciət etmiş dahi rus şairi A.S.Puşkin (1799-1837) üçün islam ilk növbədə ilham mənbəyindən, poetik kamillik münasibətindın ibarət olmuşdur. Puşkinin islama marağının olmasında onun əcdadlarının, şairin “Böyük Pyotrun ərəbi” povestində İbrahim adıyla verdiyi ulu babası İbrahim Hannibalın (1697-1781) müsəlman olmasında rolu var.
1824-cü ilin payızını bu tədqiqatların üzərində işləyən Puşkin, tədqiqatçıların dediyinə görə, 33 surənin 81 ayəsindən istifadə etmişdir. Qurani Kərim şairi o qədər cəlb etmişdir ki, Quran motivləri əsasında doqquz şeirdən ibarət xüsusi silsilə-nəzirə yazmışdır. Puşkin yaradıcılığında olduğu kimi, bir çox rus şair və yazıçıların, o cümlədən K.Rıleyev, A.Bestujev-Marlinski, M.Lermontov, L.Tolstoyun Şərq-islam dünyasına marağının güclənməsində əsas amillərdən biri də Qafqazla tanışlıq olub. Uşaqlığının beş ilini müsəlman şəhəri Qazanda keçirmiş Tolstoy ədəbi fəaliyyətə ilk dəfə Qafqazda başlamışdır. Bu baxımdan Tolstoyun “Hacı Murad” da yaratdığı xarakterlər Tolstoyun ümumən müsəlmanların mənəvi dünyasına münasibətini aşkarlayır.

F.M.Dostayevskinin əsili tatarlara gedib çıxır.

1389-cu ildə otuz atlı ilə Qızıl Ordadan Moskvaya köçmüş tatar əsilzadəsi Aslan Mirzə Çələbini Moskva knyazı Kremenskə sahib edir. Mirzə Çələbi nəslinin İrtişşev soyadı daşıyan bir hissəsi sonradan Litvaya köçür. F.M.Dostoyevskinin ulu babası, Mirzə Çələbidən törəyən Danilo İvanoviç Rtişevin (İrtişşev) 1506-cı ildən mülkü olan Dostoyevo kəndindən Dostoyeviski famili yaranır və bu tatar nəslinin həmin qolu bu famili daşıyır. Sonradan Danilo İvanoviçin nəvəsi Fyodr tatarların çox olduğu Volına köçüb və yazıçı F.Dostoyevski də Aslan Çələbidən gələn bu qolun birbaşa nümayəndəsidir.

Kitabda həm tanış, həm də tanış olmayan imzalara rast gəlinir.

Sovet dövründə  S.Lipkin, S.Yesenin, A.Axmatova, İ.Selvinski, V.Rojdestvenski, V.İvanov, P.Skosırev, P.Antokolski, V.Makainin, M.Sinelnikov kimi məşhur ədiblərlə yanaşı, az tanınmış şairlərdən İvan Rukovişnikov (1877-1930), Sergey Markov (1906-1979), Pavel Vasiliyev (1910-1937), Yevgeni Zabelin (1908-1943), Yuri Smelyakov (1913-1972), Natalya Burova (1918-1979), Yevgeni Vinokurov (1925-19993), Yuri Kuznesov (1941-2004) və bir çox başqaları da Şərq-islam mövzusuna müraciət etmişlər. Kitabda, adı çəkilən şair və yazıçıların şeirləri rus və azərbaycan dilində təqdim olunur.
Beş dövrü ( Qədim dövr ədəbiyyatı, Qızıl dövr ədəbiyyatı, Gümüş dövr ədəbiyyatı, Sovet dövr ədəbiyyatı, Müasir dövr ədəbiyyatı) əhatə edən kitab Qurani Kərim və islam dinin  qeyri müsəlman xalqlarında, islam dininə oyatdığı maraqdan bəhs edərək sona çatır.

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий