30.08.2012

Tural Qul - MÜDAFİƏNAMƏ

 - Mən Quran müəllimiyəm, qağa.
- Nədən dərs deyirsən de, qaqa, amma hamıya dərs vermək iddiasından gen dur.
Əziz Vaqif qağam, hamıya dərs vermək deyəndə ki... Öncəliklə bunu qeyd edim: Təkəbbürlükdən, riyakarlıqdan Allaha sığınıram! Hə, indi, sevgili qağam, siz mənim bu sözümdən (Allah uzun ömürlər versin!) sonra deyirsiniz ki: Allah xırda işlərlə məşğul olmur. Mən isə deyirəm: Bu yanlış fikirdir! Bu qədər rahat danışmağımın da səbəbi:
Dediyim hər kəlməmi Qurana, Hədisə (Buxari kimi ən zirvədə olan hədis aliminin kitabilə), bir də ki, Şeyx Nizaminin, daha doğrusu Şeyx Nizamimin sözlərinə isnad edə bilmə gücümün olmasıdır.
Bu arada: Sual ola bilər ki, Buxari kimdir, ay Tural? Cavabım: Qağa, Şeyxin özü də elə Buxariyə isnad edərdi dini məsələlərdə. Məsələn, Şeyx "Yeddi gözəl" poemasında belə demişdir:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.

Bu, öz yerində. Düşündüm... İşi buraya qədər gətirdimsə, daha dayanmayım, məsələyə tam aydınlıq verim yəni. Şeyxin adını zikr etmişkən, elə onun dəyərli iki misrasilə də tamamlayaq bu məsələni. Şeyx "Sirlər xəzinəsi" poemasının minacatında belə demişdir:
Səndən (Allahdan) danışmayanda susa bilmək yaxşıdır,
Sənsiz yada nə düşsə yaddan silmək yaxşıdır.
Hörmətli Vaqif qağam, siz artıq məni anladınız. Geriyə isə sadəcə bir məsələ qalır, o da ki, mənim məsələmdir: Yaxşı, bəs mən kiməm? Bunun da cavabı belə olsun: Mən, alim-şair (eynən Şeyx Nizami Gəncəvi kimi) olmağı düşünən biriyəm! Və bu yolda da dəstək aldığım dəyərli isimlər var: Alimlərimizdən - Əhməd Qəşəmoğlu, Tehran Elişənoğlu, Şahlar Göytürk, Etibar Babayev. Şairlərimizdən - Vaqif Səmədoğlu (yəni siz: Olacaqsan da. İnanıram buna. / O zamankı dialoqumuzun tarixi: 20.02.2012), Baba Vəziroğlu, Qəşəm Nəcəfzadə, Elman Tovuz. Ziyalı bəylərimizdən - Nürəddin Mehdixanlı, Gülağa Aslanlı, Zəlimxan Məmmədli, Emin Əzimli, Şərif Yılmaz, Vaqif Şirinov. Ziyalı xanımlarımızdan - Xanım İsmayılqızı, Məlahət Yusifqızı, Mənsurə Qaçayqızı, Nüşabə Sadıxlı, Arifə Əliyeva, Əfsanə Məmmədova və b.

Etiqadım 1: Eyni göydə uçarlar ama quzqunun dünyası başqa, şahinin dünyası başqadır (Muhamməd İqbal). Etiqadım 2: Cəsarətin bitdiyi yerdə əsarət başlar (Akif Cəmil). İnşAllah, burdan sonrasını əyani görüşüncə danışarıq. Bu arada onu da deyim ki, mən "Facebook" dəftərini uzun bir müddətlik qapatmağa qərar verdim. Qağa, buralar yaman vaxtımı aldı! Mən gedirəm... Siz isə Allaha əmanət olun!

Комментариев нет:

Отправить комментарий